02 May 2025 16:48
582
DÜNYA
A- A+
Ukrayna və ABŞ üçün yeni mərhələ: Nadir metalların birgə işlənməsinə dair saziş tərəflərə nə qazandıracaq?  

Ukrayna və ABŞ üçün yeni mərhələ: Nadir metalların birgə işlənməsinə dair saziş tərəflərə nə qazandıracaq?  


Bu ilin fevral ayından müzakirə olunan Amerika Birləşmiş Ştatları (ABŞ) və Ukrayna arasında nadir metalların birgə işlənməsinə dair saziş nəhayət ki, imzalandı. Hazırda əsas maraq doğuran məsələ isə sənədin bu ölkələrə gətirəcəyi dividendlərlə bağlıdır.

İndi bu məsələ ətrafında fərqli fikirlər mövcuddur. Ukrayna rəsmiləri sazişdə hər iki ölkənin maraqlarının bərabər şəkildə qorunduğunu açıqlayırlar. Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, ABŞ-la birlikdə İnvestisiyaların Bərpası Fondu yaradılacaq. Bu Fond 50/50 prinsipi əsasında fəaliyyət göstərəcək. Ukrayna dövləti təbii sərvətlərə tam nəzarəti özündə saxlayır. Üstəlik, saziş ölkənin Avropaya inteqrasiyasını yavaşlatmamalıdır. Bundan başqa, sənəddə Ukrayna üçün heç bir borc öhdəliyi nəzərdə tutulmur.

Ukraynadan olan analitiklər isə hesab edirlər ki, saziş rəsmi Kiyevin təhlükəsizliyi baxımdan da önəmlidir. Ukraynalı siyasi ekspert İvan Us AZƏRTAC-a açıqlamasında bildirib ki, bu sənəd həm Amerika, həm də Ukraynanın gələcəyi üçün olduqca əhəmiyyətlidir. “Bir neçə ayın əsas mövzusu Ukrayna ilə ABŞ arasında nadir mineral ehtiyatların birgə işlənməsinə dair sazişin imzalanmasına aydınlığın gətirilməsi idi. Sözsüz ki, fevralın sonunda Ağ evin Oval kabinetində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Vens arasında yaranan qalmaqaldan sonra bu məsələyə nöqtə qoyulduğunu düşünənlər az olmadı. Amma burada məsələyə nöqtə qoyulmadı, Amerika tərəfindən Ukraynaya böyük təzyiq var idi. ABŞ sazişin tezliklə bağlanmasını, Ukrayna isə Qələbə Planının tərkib hissəsi olan nadir mineral ehtiyatların birgə işlənməsinə dair müddəaların dərindən işlənməsini istəyirdi. Hələ o zaman Kiyev bu razılaşma çərçivəsində Amerikanın Ukraynaya hərbi yardımları davam etdirməsinin vacibliyini bildirirdi. Uzun sürən müzakirələrdən sonra Ukrayna bu sazişi imzaladı. Sənəddə Ukrayna üçün əhəmiyyətli olan bir neçə məsələ var. Bunlardan birincisi, köhnə tarixlə Ukraynanın Amerikaya borcunun olmamasının qeyd edilməsidir. İkincisi, bu saziş Ukraynanın Avropaya inteqrasiyasını məhdudlaşdırmayacaq. Üçüncüsü, sənədin sonradan parlamentdə ratifikasiyasıdır. Hazırda sazişin texniki tərəfləri üzərində iş davam etdirilir”, - deyə ekspert vurğulayıb.

İvan Usun fikrincə, artıq Amerika tərəfi sazişdən irəli gələn bəzi addımları atmağa başlayıb. Buna Tramp Administrasiyasının Ukraynaya növbəti hərbi yardımın ayrılmasına dair verdiyi göstərişi misal göstərmək olar. “Sazişin ilk nəticəsi var. Tramp Ukraynaya ABŞ-ın 50 milyon dollar həcmində silah satmasına razılıq verib. Kimlərsə, bu məbləğin əvvəlki hərbi yardım fonunda az olduğunu düşünür. Ancaq unutmaq olmaz ki, Trampın andiçmə mərasimindən sonra Birləşmiş Ştatların Ukraynaya heç bir hərbi yardımı olmamışdı. Artıq buzlar əriyib, proses başlanıb. İndi hər şey prosesin davamından asılıdır. Ukrayna üçün müharibə dönəmində Amerikanın yardımları vacibdir. O ki qaldı, nadir mineral ehtiyatların işlənməsinə, bunlarla məşğul olmaq üçün ölkədə müharibə bitməlidir. Ukrayna öz ərazilərinə nəzarət etməlidir”, - deyə ukraynalı ekspert diqqətə çatdırıb.

Sazişi Ukrayna tərəfdən imzalayan Baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Sviridirenko isə bildirib ki, fondun ilk 10 ilinin mənfəəti və daxilolmaları bölüşdürülməyəcək. Lakin Ukraynaya yeni layihələr və ya bərpa üçün sərmayə qoyula bilər. Bu şərtlər əlavə olaraq müzakirə ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!