21 İyun 2025 08:30
477
SİYASƏT
A- A+
Türkiyədəki "Azərbaycan" məhəlləsi dostluq, qardaşlıq abidəsidir

Türkiyədəki "Azərbaycan" məhəlləsi dostluq, qardaşlıq abidəsidir


Ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış Azərbaycan-Türkiyə münasibətləri tarixin bütün sınaqlarından uğurla çıxaraq  dünyaya qardaşlıq nümunəsini təqdim edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" çağırışı bütün dövrlərdə aktuallığını qorumaqla bərabər,  bu əlaqələrin hər sahədə uğurlu inkişafına  bələdçilik edir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, bu günlərdə imzalanmasının 4 illiyini böyük qürur və coşqu hissi ilə qeyd etdiyimiz Şuşa Bəyannaməsi  iki dost, qardaş, müttəfiq ölkənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır. Bu bəyannamənin qəbulundan sonra hər il sənədin imzalanması günündə Qarabağın tacı Şuşanın evsahibliyi ilə keçirilən beynəlxalq konfranslar  günümüzün  əsas çağırışlarını  özündə ehtiva etməklə yanaşı, iki dost ölkənin  həmin  məsələlərə  birgə yanaşmasını, qarşıya qoyduğu hədəfləri  açıqlayır. 

Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hazırda  dünya bu birliyin fonunda ümumilikdə türk dünyasının həmrəyliyinin  şahididir. Yeni dünya düzəninin formalaşdığı hazırkı dövrdə bu birliyin daha da möhkəmləndirilməsinə, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına böyük ehtiyac var. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə deyil, bütövlükdə Avrasiya üçün önəmli amilə çevrilib. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlərin necə həll edilməsi Türkiyənin mövqeyindən asılıdır. Türkiyə regionda əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Qardaş ölkənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan dost ölkənin nailiyyətlərinə öz uğurları kimi sevinir. İkinci Qarabağ müharibəsi zamanı da Türkiyə Azərbaycanın yanında idi. Bu, siyasi və mənəvi dəstək Azərbaycana  yetərli oldu və 30 il ərzində danışıqlar vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi  savaş meydanında cəmi 44 gün ərzində həll etdik.

 Deputat söyləyib ki, iki dost, qardaş ölkənin birgə siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri dünya ölkələrini, xalqlarını birləşdirir, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verir. Ölkəmiz Cənubi Qafqazın ən böyük enerji ixracatçısı kimi Türkiyə ərazisindən Avropa bazarına enerji tədarükündə mühüm mövqeyə malikdir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr iki ölkə arasında enerji sahəsində əməkdaşlığın təməl sütunlarına çevrildi. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, həm də regional siyasi sabitlik və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir. 2020-ci ildən tam fəaliyyətə başlayan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) isə Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə çevrilib. TANAP yalnız iqtisadi tərəfdaşlığı gücləndirməklə kifayətlənmir, həm də Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycanın və Türkiyənin rolunu əhəmiyyətli dərəcədə artırır. Bu tərəfdaşlığın daha bir nümunəsi isə İğdır-Naxçıvan qaz kəməri layihəsidir. Uzun illər Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikası üçün bu kəmər həyati əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə prezidentlərinin uzaqgörən siyasəti nəticəsində ərsəyə gələn bu layihə Naxçıvanın enerji təminatında yeni mərhələ açıb. 

Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə şad günlərdə də, dar günlərdə də bir-birinin yanında olub. 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələ qardaş ölkə üçün növbəti sınaq oldu. Bu fəlakət Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə birgə  faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Bu dəhşətli zəlzələnin ilk dəqiqələrindən  Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Rəsmi Ankara qardaş dəstəyini yüksək dəyərləndirdi. Zəlzələnin bütün mənfi təsirlərinə, çətinliklərə baxmayaraq, Türkiyə bu problemin də öhdəsindən gəldi.  Kahramanmaraşda  yenidənqurma işləri başlandı. Azərbaycan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında da fəal iştirak etdi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin inşasına start verildi. İyunun 19-da isə bu möhtəşəm layihənin açılış mərasimi keçirildi. İki qardaş prezidentin - cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə böyük sevinc və qürur hissləri yaşandı: "İyunun 19-da Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi bu sarsılmaz qardaşlığın rəmzinə çevriləcək.  Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan "Azərbaycan" məhəlləsi artıq ilk sakinlərini qəbul etdi. Azərbaycan və Türkiyə bu gün regionda və beynəlxalq müstəvidə bir-birinin ən etibarlı tərəfdaşı kimi çıxış edir. Gələcəkdə də bu strateji müttəfiqliyin daha da güclənəcəyini, ölkələrimizin türk dünyasının və regionun rifahı, sabitliyi və inkişafı naminə mühüm layihələrə imza atacaqlarını əminliklə söyləyə bilərik".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlanıb  

16:54
17 İyul

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

15:47
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!