07 Oktyabr 2025 08:05
892
SİYASƏT
A- A+
Türk dünyası həmrəyliyinin Qəbələ zirvəsi

Türk dünyası həmrəyliyinin Qəbələ zirvəsi


Oktyabrın 6-da Azərbaycanın Qəbələ şəhərində "Regional sülh və təhlükəsizlik" mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı öz işinə başladı. Bu hadisə həm Azərbaycan, həm də bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir, çünki beynəlxalq birliyin köklü transformasiyalarla üzləşdiyi, regional ittifaqların və birliklərin isə qlobal siyasi səhnədə getdikcə daha nüfuzlu aktorlara çevrildiyi bir dövrə təsadüf edir.

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, təşkilatın Zirvə toplantısının 16-cı ildönümündə ölkəmizdə keçirilməsi rəmzi və strateji əhəmiyyət daşıyır, çünki onun təməli qədim Azərbaycan torpağında qoyulub: 2009-cu il oktyabrın 3-də Naxçıvanda sonradan TDT-yə çevrilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb: "Türk Dövlətləri Təşkilatının tarixi türkdilli ölkələr arasında koordinasiya və dialoq ideyasından geniş gündəliyə və artan təsirə malik olan tamhüquqlu beynəlxalq quruma qədər uzanan bir yoldur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ilkin olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxil idi. Daha sonra Özbəkistan üzv oldu, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti isə müşahidəçi statusu aldı. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən 8-ci Zirvə toplantısında təşkilatın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması barədə qərar qəbul edildi. Bu sadəcə ad dəyişikliyi deyil, təşkilatın siyasi yetkinləşməsini və beynəlxalq institut kimi fəaliyyət göstərməyə hazırlığını simvolizə edən inteqrasiyanın yeni səviyyəsinə keçid idi".

Deputat qeyd edib ki, təxminən 175 milyon əhalisi və 4,5 milyon kvadratkilometr ərazisi olan türk regionu mühüm iqtisadi potensiala malikdir. 2024-cü ildə üzv və müşahidəçi dövlətlərin ümumi ÜDM-i 2,1 trilyon dolları keçib, ticarət dövriyyəsi 1,1 trilyon dollara çatıb, TDT-nin üzvü olan dövlətlər arasında ticarət isə təxminən 850 milyard dollar təşkil edib. Bu, böyük iqtisadi, demoqrafik və geosiyasi potensialı əks etdirir. Təşkilatın üzvü olan dövlətlər enerji ehtiyatları ilə zəngindir və strateji nəqliyyat dəhlizləri onların üzərindən keçir. Bu platformada TDT-nin üzvü olan dövlətlər siyasət, iqtisadiyyat, nəqliyyat, müdafiə, təhlükəsizlik, mədəniyyət, təhsil, turizm və idman sahələrində əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər. Bütün bunlar Türk Dövlətləri Təşkilatını qlobal siyasətdə mühüm oyunçuya çevirir. 

O bildirib ki, TDT-nin strukturuna Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Yüksəkvəzifəli Şəxslər Komitəsi və Katiblik daxildir: "Bundan əlavə, təşkilat Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk İnvestisiya Fondu və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini əlaqələndirir. Təşkilat BMT, ATƏT, İƏT, Ümumdünya Gömrük Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir və bununla da qlobal siyasətdə öz təsirini tədricən genişləndirir. Xüsusilə qeyd edilməlidir ki, İstanbulda keçirilən 8-ci Zirvə toplantısında qəbul edilmiş və etimadın, siyasi həmrəyliyin möhkəmləndirilməsi, iqtisadi və texniki əməkdaşlığın inkişafı, mədəni irsin qorunması, vahid nəqliyyat məkanının yaradılması, təhlükəsizliyin əlaqələndirilməsi kimi uzunmüddətli prioritetləri özündə əks etdirən "Türk dünyasına baxış - 2040" konsepsiyası TDT-nin mühüm strateji sənədinə çevrildi".

Azərbaycanın Türk Dövlətləri Təşkilatında xüsusi yer tutduğunu deyən K.Bayramov əlavə edib ki,  ölkəmiz türk inteqrasiyası gündəliyini əsas beynəlxalq prioritet kimi qəbul etməklə, onu fəal şəkildə təşviq edir. Prezident İlham Əliyev TDT-nin xüsusi əhəmiyyətini dəfələrlə vurğulayıb və bu gün də onu qabardır. Dövlət başçısı oktyabrın 3-də Qəbələ Zirvə toplantısı ərəfəsində öz sosial şəbəkə hesablarında paylaşım edərək bildirib: "3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə türk dünyasını səmimi-qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!"

Deputat qeyd edib ki, bu sözlər TDT-ni təkcə siyasi birlik kimi deyil, həm də sivilizasiya layihəsi kimi qəbul edən Azərbaycanın uzunmüddətli strategiyasını əks etdirir. Bu baxımdan İlham Əliyevin ötən il fevralın 14-də andiçmə mərasimindəki söylədiyi nitqində olan bu sözlər xüsusi əhəmiyyət kəsb edir: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".

K.Bayramov deyib ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə toplantısı onun inkişafında mühüm mərhələ olacaq: "Toplantının "Regional sülh və təhlükəsizlik" şüarı bu günün əsas çağırışını əks etdirir: artan turbulentlik fonunda TDT həmrəyliyin, qarşılıqlı yardımın və koordinasiyanın təkmil, səmərəli və uğurlu modelini təklif edə bilər. Azərbaycan isə toplantıya evsahibliyi edən ölkə kimi, təhlükəsizlik çağırışlarını birgə həll etmək, iqtisadi əməkdaşlığı genişləndirmək və nəqliyyat layihələrini təşviq etmək üçün qardaş türk dövlətlərinin konsolidasiyasını gücləndirmək naminə hər cür səy göstərəcək".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

16:46
07 Oktyabr

Qlobal iqlim təhlükəsizliyində Azərbaycan nümunəsi

16:31
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi

16:22
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

16:17
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!