27 Noyabr 2026 08:20
161
SİYASƏT
A- A+
Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib


Ankarada Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) iclası keçirilib. "2026-cı ildə TDHİT-yə üzv dövlətlərdə işçilərin sosial-iqtisadi vəziyyəti və bu istiqamətdə həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr" mövzusunda keçirilən iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.

Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri, TDHİT-nin prezidenti Ərgün Atalayın sədrlik etdiyi iclasda təşkilatın 2026-cı il üzrə fəaliyyətinin yekunları, üzv dövlətlərdə işçilərin sosial-iqtisadi vəziyyəti, təşkilati məsələlər, eləcə də 2027-ci il üçün iş planı müzakirə olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, TDHİT-nin vitse-prezidenti Sahib Məmmədov çıxışında dövlət başçılarının siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələrin son illərdə daha da genişləndiyini, müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini deyib. O, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, məşğulluğun artırılması, sosial müdafiə mexanizmləri, eləcə də əmək hüquqlarının müdafiəsi və həmkarlar ittifaqlarının bu sahədə fəaliyyəti barədə məlumat verib.

Çıxışda rəqəmsallaşma və süni intellektin əmək münasibətlərinə təsiri, bu dəyişikliklərə uyğun yeni bacarıqların inkişaf etdirilməsi, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi diqqətə çatdırılıb.

Konfederasiya sədri Sahib Məmmədov TDHİT-yə üzv təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin, ortaq maraq doğuran məsələlər üzrə vahid yanaşmanın formalaşdırılmasının və beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb.

İclasda gündəlikdəki məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Ankarada TDHİT-nin yeni inzibati binasının da açılışı olub. Açılış mərasimində çıxış edənlər binanın istifadəyə verilməsini türk dünyası həmkarlar ittifaqı hərəkatında birliyin və qarşılıqlı etimadın göstəricisi kimi dəyərləndiriblər. Yeni binada genişmiqyaslı tədbirlərin təşkili, işgüzar görüşlərin keçirilməsi və əməkdaşların səmərəli fəaliyyəti üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Sonra üzv təşkilatların rəhbərləri bina ilə tanış olublar.

 

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunmasının mümkünlüyünə inanıram  

19:32
26 Noyabr

On ayda ixrac edilən xam neft və neft məhsullarının dəyəri 12 faiz artıb

19:11
26 Noyabr

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Azərbaycandan ixrac olunan təbii qazın dəyəri 7 faizədək artıb

18:31
26 Noyabr

İxrac olunan neft koksunun dəyəri 2 dəfəyədək artıb

18:13
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!