26 Noyabr 2026 15:13
380
SİYASƏT
A- A+
Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib

Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib


Noyabrın 23-26-da Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov növbəti Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələrində iştirak etmək məqsədilə Avstraliyaya səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, genişləndirilmiş formatda keçirilən siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən “AzərGold” QSC-nin və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin nümayəndələri də iştirak ediblər.

Siyasi məsləhətləşmələr çərçivəsində Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinin (DFAT) nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan-Avstraliya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dick, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri və üzvləri, eləcə də müxalifətin xarici işlər üzrə kölgə naziri Ted O’Brien və iqlim dəyişikliyi və energetika üzrə kölgə naziri Dan Tehan ilə görüşlər keçirilib.

Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı təmasların intensivləşdirilməsi və ikitərəfli əməkdaşlığın inkişafında parlament diplomatiyasının rolu müzakirə olunub.

Avstraliyanın İqlim Dəyişikliyi, Energetika, Ətraf Mühit və Su Resursları Departamentinin (DCCEEW) və Avstraliya Birliyinin Elmi və Sənaye Tədqiqatları Təşkilatının (CSIRO) nümayəndələri ilə keçirilən dəyirmi masada bərpaolunan enerji, müasir texnologiyalar və mədən sənayesi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq imkanları müzakirə edilib.

Avstraliya Ticarət və İnvestisiya Komissiyasının (Austrade) nümayəndələri ilə keçirilən dəyirmi masada isə Azərbaycan - Avstraliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dəyirmi masa görüşləri çərçivəsində Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və “AzərGold” QSC-nin nümayəndələri müvafiq təqdimatlar ediblər.

Kanberra İnnovasiya Şəbəkəsinin (CBRIN) nümayəndələri ilə görüşdə Avstraliya Paytaxt Ərazisində innovasiya və sahibkarlıq ekosisteminin inkişafı üzrə təcrübə ilə tanışlıq olub. Universitetlər, tədqiqat institutları, dövlət qurumları və biznes sektoru arasında əməkdaşlığın təşviqi, innovativ ideyaların biznes layihələrinə və startaplaraçevrilməsi, eləcə də yeni texnologiyaların kommersiyalaşdırılması mexanizmləri müzakirə edilib.

Yeni Cənubi Uels ştatına səfər çərçivəsində Elnur Məmmədov ştatın Qanunvericilik Şurasının prezidenti Bencamin Franklin ilə görüşüb. Görüşdə Azərbaycan ilə Yeni Cənubi Uels arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ştatın İllavarra regionuna səfər zamanı nümayəndə heyəti Vollonqonq Universitetinin İnnovasiya Kampusuna da baş çəkib. Nümayəndə heyəti burada universitetin innovasiya ekosistemi, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, startapların inkişafına dəstək, habelə universitet, sənaye və dövlət qurumları arasında əməkdaşlıq mexanizmləri ilə tanış olub. Vollonqonq şəhərinin meri Tanya Braun, Vollonqonq Universitetinin vitse-kansleri və Prezidenti Max Lu AO, eləcədə İllavarra regionunun işgüzar dairələrinin nümayəndələri ilə görüşlərdə regionun innovasiya ekosisteminin inkişafı və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal bazarlarda qarışıq mənzərə yaranıb

16:29
26 Noyabr

Azərbaycanda elektromobillərin və hibrid avtomobillərin sayı kəskin artıb

16:23
26 Noyabr

İnfarkt və insultun ilk əlamətləri 30 il əvvəl üzə çıxır  

16:23
26 Noyabr

Azərbaycan sənayesində alüminium istehsal 56,7 faiz artıb

16:22
26 Noyabr

2027-ci ildə Avropada əmlak investorlarının ən çox maraq göstərdiyi 10 şəhər açıqlanıb  

16:12
26 Noyabr

Azərbaycanın ət və süd idxalına çəkdiyi xərclər artıb

16:11
26 Noyabr

Azərbaycan və Litva Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıb

16:07
26 Noyabr

Azərbaycan və Çin yaşıl enerji sahəsində birgə əməkdaşlıq perspektivlərini dəyərləndirib  

16:05
26 Noyabr

Bakı–Moskva iqtisadi gündəliyində sənaye və ticarət prioritetləri

15:52
26 Noyabr

Qusarda kənd təsərrüfatına 78,3 milyon manat investisiya qoyulacaq  

15:28
26 Noyabr

Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib

15:13
26 Noyabr

Litvanın xarici işlər naziri Milli Məclisdə olub

15:09
26 Noyabr

Slovakiyanın Baş prokuroru Bakıda: yeni əməkdaşlıq proqramı imzalanıb

14:52
26 Noyabr

Azərbaycan və Slovakiya prokurorluqları arasında təcrübə mübadiləsi aparılacaq

14:34
26 Noyabr

“Reuters”: Tramp dünya ticarətini Çinin təsirindən azad etmək istəyir  

14:20
26 Noyabr

APA-nın komitə iclasında

14:19
26 Noyabr

Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib  

14:14
26 Noyabr

Ağdam Sənaye Parkının rezidenti Britaniyaya ilk məhsulunu ixrac edib

14:13
26 Noyabr

Rusiyanın cənubuna dron hücumları nəticəsində altı nəfər xəsarət alıb  

14:06
26 Noyabr

“Sabah”ın qapıçısı UEFA Çempionlar Liqasında qurtarış sayına görə liderdir  

14:02
26 Noyabr

Sabah ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir

14:01
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!