27 Noyabr 2026 08:30
150
SİYASƏT
A- A+
Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Antalyada səfərdə olub.

Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildirilib ki,  "Antalya Beynəlxalq Seçki Forumu"nda iştirak məqsədilə gerçəkləşdirilən səfər Türkiyənin Yüksək Seçim Kurulunun sədri Sərdar Muttanın dəvəti əsasında baş tutmuşdur.

Türkiyənin Yüksək Seçim Kurulunun təşəbbüsü ilə təşkil olunan beynəlxalq forum müasir dövrdə seçki proseslərinə təsir göstərən qlobal tendensiyalar, seçki idarəçiliyi, seçki proseslərində müasir çağırışlar, seçki qurumlarının media ilə münasibətləri və ictimaiyyətlə əlaqələr, seçkilərin hazırlanıb keçirilməsində şəffaflıq və ictimaiyyətlə səmərəli kommunikasiyanın təmin olunması kimi bir sıra aktual məsələləri əhatə etmişdir.

Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov forumda çıxış edərək seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasının, media və ictimaiyyətlə səmərəli kommunikasiyanın və seçki subyektlərinin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanın seçki praktikasına istinad edən MSK sədri ölkəmizin seçki qanunvericiliyinin yaratdığı imkanlar, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, müşahidəçilərin və media nümayəndələrinin seçki prosesində sərbəst iştirakı, eləcə də ictimaiyyətin dəqiq və operativ məlumatlandırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. M.Pənahov rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin aktuallığını xüsusi qeyd edib.

Səfər çərçivəsində MSK sədri foruma qatılan xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşüb. Görüşlərdə seçki sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ümumilikdə 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndənin qatıldığı "Antalya Beynəlxalq Seçki Forumu" seçki idarəçiliyi sahəsində beynəlxalq dialoqun inkişafı, müxtəlif ölkələrin ali seçki qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanları və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətli beynəlxalq platformadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunmasının mümkünlüyünə inanıram  

19:32
26 Noyabr

On ayda ixrac edilən xam neft və neft məhsullarının dəyəri 12 faiz artıb

19:11
26 Noyabr

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Azərbaycandan ixrac olunan təbii qazın dəyəri 7 faizədək artıb

18:31
26 Noyabr

İxrac olunan neft koksunun dəyəri 2 dəfəyədək artıb

18:13
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!