27 Noyabr 2026 08:35
134
SİYASƏT
A- A+
Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Həştərxan vilayətinə işgüzar səfəri çərçivəsində IV Həştərxan Beynəlxalq Forumunda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi: Yeni üfüqlər və imkanlar" adlı forumda iştirak edib.

AZƏRTAC xəbər verir ki, diplomat "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi: Azərbaycanın uzunmüddətli strateji prioriteti" adlı əsas plenar iclasda təqdimatla çıxış edib.

Səfir Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişaf etdirilməsində Azərbaycanın mərkəzi rolunu vurğulayıb. O, forum iştirakçılarını Bakının marşrutun həyata keçirilməsində əsas prioritetləri, ölkənin dəmir yolu və yol infrastrukturunun inkişafı, eləcə də bu sahədə Rusiya və İranla əməkdaşlığı barədə məlumatlandırıb.

O, Zəngəzur dəhlizinin (TRIPP) regional nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün strateji əhəmiyyətini xüsusi qeyd edib. Diplomat vurğulayıb ki, Azərbaycan tərəfinin gördüyü tədbirlər sayəsində "Şimal-Cənub" dəhlizi boyunca ölkəmizdən keçən tranzit yükdaşımalarında davamlı artım müşahidə olunur. Xüsusilə, 2025-ci ildə tranzit daşımaları 12 faiz artaraq 2,34 milyon tona və 2026-cı ilin ilk 10 ayında daşımalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artımla 2,26 milyon tona çatıb.

Bununla yanaşı, dəmir yolu daşımaları 40 faizdən çox, avtomobillə daşımalar isə 18 faiz artıb.

R. Mustafayev qeyd edib ki, bizim ortaq hədəfimiz nəqliyyat infrastrukturunun əlaqələndirilmiş inkişafını təmin etmək, habelə beynəlxalq daşımaların davamlı artımı üçün etibarlı və səmərəli şərait yaratmaqdır. O həmçinin bildirib ki, infrastrukturun daha da modernləşdirilməsi, fiziki və inzibati maneələrin aradan qaldırılması və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun səmərəliliyini və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Forum çərçivəsində səfir R.Mustafayev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüş keçirib. Görüş əsnasında Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı ilə bağlı cari və gələcək məsələlər müzakirə olunub.

Qubernator Bakı ilə Həştərxan arasında birbaşa uçuşların bərpası qərarına və bu regionla Azərbaycan arasında əməkdaşlıq layihələrinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunmasının mümkünlüyünə inanıram  

19:32
26 Noyabr

On ayda ixrac edilən xam neft və neft məhsullarının dəyəri 12 faiz artıb

19:11
26 Noyabr

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Azərbaycandan ixrac olunan təbii qazın dəyəri 7 faizədək artıb

18:31
26 Noyabr

İxrac olunan neft koksunun dəyəri 2 dəfəyədək artıb

18:13
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!