27 Noyabr 2026 08:10
193
İQTİSADİYYAT
A- A+
Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur


Azərbaycanın xarici iqtisadi siyasətində Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi vacib istiqamətlərdəndir. Bu kontekstdə Baltikyanı respublikalar - Litva, Latviya və Estoniya ilə iqtisadi münasibətlərin inkişafı xüsusi diqqətə layiqdir. Sözügedən ölkələrlə əməkdaşlıq Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyasının dərinləşdirilməsi, xarici ticarət əlaqələrinin şaxələndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və nəqliyyat-logistika potensialının reallaşdırılması baxımından əhəmiyyətlidir.

Baltikyanı respublikaların Avropa İttifaqının üzvü olması, onların inkişaf etmiş nəqliyyat infrastrukturu, logistika sistemləri, rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində təcrübələri Azərbaycan üçün qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri formalaşdırır. Eləcə də Azərbaycanın enerji resursları, əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və geniş tranzit imkanları bu ölkələrin Azərbaycanla iqtisadi əlaqələrə marağını artıran amillər sırasındadır. Qarşılıqlı iqtisadi maraqlar və mövcud potensial Baltikyanı respublikaların hər biri ilə ikitərəfli əməkdaşlığın konkret istiqamətlər üzrə inkişafını şərtləndirib. 

Məsələn, Latviya və Estoniya ilə münasibətlərdə də iqtisadi əməkdaşlığın təşkilati bazası formalaşıb. Bu ölkələrlə hökumətlərarası komissiyaların fəaliyyəti, imzalanmış ikitərəfli sazişlər və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi iqtisadi münasibətlərin inkişafına xidmət edir.  Azərbaycan-Latviya iqtisadi əməkdaşlığı ticarət, tikinti, sənaye, bankçılıq, sığorta, nəqliyyat və xidmət sahələrini əhatə edir. Azərbaycan-Estoniya münasibətlərində isə informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal mexanizmlər, logistika və ticarət əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. 

Litvanın  isə bu münasibətlər sistemində xüsusi yer tutmasını şərtləndirən əsas amillərdən biri iki ölkə arasında iqtisadi əməkdaşlığın geniş hüquqi-normativ bazaya malik olmasıdır. Azərbaycan və Litva arasında iqtisadiyyat, sənaye və energetika sahələrində əməkdaşlıq haqqında sazişin imzalanması, investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, gömrük məsələləri və beynəlxalq nəqliyyat sahələrində hüquqi sənədlərin mövcudluğu iqtisadi münasibətlərin inkişafı üçün əlverişli institusional zəmin formalaşdırmışdır. 2008-ci ildə yaradılmış Azərbaycan-Litva Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının da bu əlaqələrin koordinasiyasında böyük rolu var.

Litva ilə əməkdaşlığın ən önəmli istiqaməti nəqliyyat və logistika sahəsidir. Azərbaycanın "Şərq-Qərb" nəqliyyat dəhlizində artan rolu ilə Litvanın Baltik dənizi hövzəsində yerləşən nəqliyyat infrastrukturu arasında qarşılıqlı tamamlanma imkanları mövcuddur. Xüsusilə Litvanın Klaypeda dəniz limanı və dəmir yolu infrastrukturu Azərbaycan yüklərinin Avropa bazarlarına daşınması, tranzit marşrutlarının şaxələndirilməsi və multimodal daşımaların inkişafı baxımından əhəmiyyətlidir. 2022-ci ildə Azərbaycan və Litva arasında beynəlxalq avtomobil daşımaları haqqında sazişin imzalanması isə bu sahədə əməkdaşlığın hüquqi və praktiki əsaslarının möhkəmləndirilməsinə yönəlib. 

Azərbaycan-Litva iqtisadi əməkdaşlığının inkişafında siyasi dialoqun və yüksəksəviyyəli qarşılıqlı təmasların yeri danılmazdır.  Bu baxımdan,  iki gün əvvəl  Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Litvanın xarici işlər naziri Kestutis Budris ilə keçirdiyi görüş ikitərəfli münasibətlərin gündəliyində diqqətçəkən hadisələrdən biri kimi qiymətləndirilə bilər. Görüşdə iki ölkə arasında mövcud tərəfdaşlığın inkişaf perspektivləri, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər kənd təsərrüfatı və aqrar-sənaye, energetika, sənaye, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik və innovasiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını nəzərdən keçiriblər. Azərbaycanda fəaliyyət göstərən Litva şirkətlərinin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsindəki rolu qeyd edilib,  eləcə də biznes-forumların keçirilməsinin işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulmasına və qarşılıqlı investisiya imkanlarının artırılmasına töhfə verəcəyi vurğulanıb.

Nəqliyyat və logistika məsələləri də müzakirələrin əsas istiqamətlərindən  olub. Xüsusilə Orta dəhlizin Bakı vasitəsilə Xəzər regionunu Baltikyanı ölkələr və Avropa bazarları ilə birləşdirən mühüm nəqliyyat marşrutu kimi əhəmiyyəti diqqətə çatdırılıb.  Litvanın liman, dəmir yolu infrastrukturu ilə əlaqələrin inkişaf perspektivləri ön plana çəkilib ki, bu da  iki ölkənin nəqliyyat-logistika potensialının qarşılıqlı tamamlanması və Avrasiya məkanında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan  vacib hadisə olub. Sənədin imzalanması iqtisadiyyat, ticarət, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın daha geniş çərçivədə inkişaf etdirilməsi üçün siyasi və hüquqi zəminin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Litva şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən iqtisadi layihələrdə iştirak imkanlarından da söz açılıb. Xüsusilə Litvanın "Dominare" şirkətinin Araz Vadisi İqtisadi Zonasında mebel istehsalı müəssisəsinin yaradılması təşəbbüsü iki ölkə arasında iqtisadi əməkdaşlığın konkret investisiya layihələri müstəvisinə keçməsinin nümunəsi kimi diqqət çəkir. Bu fakt Litva biznes dairələrinin Azərbaycan iqtisadiyyatında iştirakının genişləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərin sənaye və istehsal potensialının inkişafı baxımından əhəmiyyətlidir.

Göründüyü kimi,  Azərbaycanın Baltikyanı respublikalarla iqtisadi əlaqələri ümumi regional əməkdaşlıq kontekstində qiymətləndirilsə də, Litva ilə münasibətlər hüquqi baza, nəqliyyat-logistika imkanları və iqtisadi əməkdaşlığın çoxşaxəliliyi baxımından araşdırma predmeti kimi maraqlı ola bilər. Bu səbəbdən Azərbaycan-Litva iqtisadi əlaqələrinin daha dərindən araşdırılması, ticarət dövriyyəsinin dinamikasının, ixrac-idxal strukturunun, investisiya münasibətlərinin və gələcək əməkdaşlıq perspektivlərinin təhlili iki ölkə arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyətini və inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından önəmlidir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunmasının mümkünlüyünə inanıram  

19:32
26 Noyabr

On ayda ixrac edilən xam neft və neft məhsullarının dəyəri 12 faiz artıb

19:11
26 Noyabr

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Azərbaycandan ixrac olunan təbii qazın dəyəri 7 faizədək artıb

18:31
26 Noyabr

İxrac olunan neft koksunun dəyəri 2 dəfəyədək artıb

18:13
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!