02 Oktyabr 2023 22:47
399
İQTİSADİYYAT
A- A+

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır  

 

Ölkəmizin nailiyyətlərini bu Konqres və sərgidə nümayiş etdirməkdən şərəf duyuruq. Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi (“IAC-2023”) sözsüz ki, qardaş ölkəmiz Azərbaycanda, dünyanın hər yerindən olan “Bütün kosmik insanları birləşdirən” mötəbər platformadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri "SPACE 2030: QLOBAL Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiyada çıxışında Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Serdar Hüseyin Yıldırım deyib.

TUA prezidenti bildirib ki, “IAC-2023”ün sponsoru olmaq TUA üçün Türkiyənin ən sürətlə inkişaf edən şəhərlərindən olan Antalyada “IAC-2026”ya ev sahibliyi etmək öhdəliyimizi təsdiqləmək üçün bir şansdır.

S.H.Yıldırım bildirib ki, kosmik sahəyə yatırımlar etmək çox önəmlidir. Belə ki, kosmik sahədə edilən yatırımlar bir neçə dəfə artaraq geri qayıdır. Kosmik sənayeyə edilmiş yatırımlar bizim gələcəyimizə, gənclərimizin gələcəkdə dayanıqlı inkişafına doğru atılmış addımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video