17 Noyabr 2022 02:18
817
İQTİSADİYYAT
A- A+
Tovuzda kartof istehsalı məhsuldarlıq hesabına artır 

Tovuzda kartof istehsalı məhsuldarlıq hesabına artır 

 

Son vaxtlar kartof istehsalına görə qonşu gədəbəylilərdən geri qalmayan tovuzlular  keçən il 6245,3 hektardan məhsuldarlıq 286,9 sentner olmaqla ümumilikdə 179 min 172 ton məhsul yığmışlar. 
Tovuz Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il əvvəlki illərdən fərqli olaraq əkin sahələri bir qədər azaldılaraq intensiv texnologiyaya üstünlük verilmişdir. Daha məhsuldar toxum sortları əkini aparılması (Rusiya, Türkiyə və Ukraynadan 3 min tona yaxın yüksək reproduksiyalı kartof toxumu  gətirilmişdir), aqrotexniki tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi nəticəsində daha çox məhsul istehsalına nail olunmuşdur. Belə ki, 5947,1 hektardan keçən ildəkindən çox, yəni hər hektardan 291 sentner məhsul götürülmüşdür.  
Fermer Sakit Yəhyayev deyir ki, kartof toxumunu Rusiyadan özü gətirir. Onun məhsuldarlığına əmin olduğu üçün həm özü istifadə edir, həm də ürəklə digər fermerlərə satır. "Anna Koroleva", "Arizona" toxumlarının daha məhsuldar olduğunu bildirən təsərrüfat sahibi onu da vurğulayır ki, bu kartof sortlarından gələn il üçün toxum tədarükü də edib.
Elxan Sarıyev də hər il sahələrdən bol kartof götürür. Dediyinə görə, məhsul istehsalında əl əməyi ilə yanaşı, texnikadan da istifadə edir. Ancaq çalışır ki, kartof səpinində əl əməyindən daha çox istifadə etsin. Bunun da əsas səbəbi kartof toxumunun cücərmiş halda olmasıdır.  
Söz düşmüşkən qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il məhsulun  çıxarılması texnikanın köməyi ilə həyata keçirilmişdir. Hazırda rayonda kartofçuluqla məşğul olan yüzlərlə fermer var. Rayonda ən çox kartof əkən kəndlərdən biri də Əyyubludur. Kənddə əhalinin 90 faizi kartofçuluqla məşğul olur. Burada mövcud əkin sahələrinin 1000 hektarında kartof əkilir. İstehsal olunan kartofun bir hissəsi elə sahədəcə satılır. Qalanları isə soyuducu anbarlara yığılır. 
Tovuzda ən çox kartof əkən təsərrüfat sahiblərindən biri də Bozalqanlı kəndinin sakini Kamal Ələkbərovdur. Fermer bu il 100 hektar sahədə kartof əkmiş və yüksək məhsuldarlığa nail olmuşdur. Yığdığı məhsulu özünün inşa etdirdiyi soyuducu anbarda saxlayır. Onu da bildirək ki, fermer mövsüm ərzində 200 nəfəri işlə təmin edir.

S.ƏLİYEV,
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!