12 İyul 2023 09:30
1226
SİYASƏT
A- A+
Tovuz döyüşləri - hərb tariximizin şanlı səhifələrindən biri

Tovuz döyüşləri - hərb tariximizin şanlı səhifələrindən biri

 

İşğalçı Ermənistan Azərbaycan Ordusunun hansı gücə sahib olduğunu görüb qorxuya düşdü

 

2020-ci iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisi boyunca başlayan və xalqı birliyə, döyüşə cəsarətləndirən Tovuz döyüşlərindən üç il ötür. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərimizi artilleriya atəşinə tutmasıyla başlayan döyüşlər bir neçə gün davam edib. Azərbaycan Ordusunun əks-həmlə tədbirləri nəticəsində Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.
Tovuz döyüşləri göstərdi ki, Azərbaycan Ordusu yenidən formalaşıb, yüksəkrütbəli zabitlər də öz əsgərləri ilə birlikdə səngərdə, ön cəbhədə olur. Bu döyüşlərdə ordumuzun 12 hərbi qulluqçusu və bir mülki şəxs qəhrəmancasına şəhid oldu.
Hərb tariximizin şanlı səhifələrindən hesab olunan Tovuz döyüşləri, həmçinin Vətən müharibəsinin başlanmasında da mühüm əhəmiyyət kəsb edib.  

 

Komandiri öndə gedən Azərbaycan Ordusu

 

Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında deyib ki, Tovuz döyüşlərinin həm önəmli, həm də hər iki tərəf üçün ibrət çıxarılası cəhətləri vardı. 
İlk növbədə Azərbaycan xalqı artıq dövlətimizin texniki parametrlər və struktur baxımından NATO standartlarına uyğun ordu  formalaşdırdığını, mənəvi baxımdan isə  türk ordusu yaradıldığını bildi: "İlk növbədə onu nəzərdə tuturam ki, məhz türk ordusunda komandir ən çətin anlarda, ağır döyüşlərdə həmişə əsgərindən öndə olub. Polad Həşimov örnəyi göstərdi ki, məhz  Azərbaycanda belə bir ordu formalaşıb. Elə bir ordu ki, orada general çətin anlarda çəkinmədən əsgəri ilə eyni səngərdə, hətta ondan da öndə olur, təhlükəli anlarda əsgərinə qoruna biləcəyi yerə gedəcəyini tövsiyə edərək özü ön xətdə qalır". 
Sahib Alıyevin fikrincə, Tovuz döyüşləri həm də Qərbdəki bəzi dairələrin bu qarşıdurmanın əsl mahiyyətini bir daha dərk etməsinə imkan yaratdı: "Gördülər ki, Ermənistan sadəcə işğalçı kimi deyil, həm də Xəzər dənizinin karbohidrogen ehtiyatlarının öz ərazilərindən yan keçməklə Qərbə çatdırılmasını həzm etməyən, bunu milli maraqlarına cavab verməyən addım kimi qiymətləndirən güclərin "proksisi" rolunda çıxış edir. Çünki Tovuz döyüşlərində əsas məqsədlərdən biri də strateji kommunikasiya xətlərini,  qaz kəmərlərini sıradan çıxarmaq, həmin xətlərin keçdiyi ərazilərin bir hissəni ələ keçirmək idi. Məhz belə bir reallığın çılpaqlığı ilə üzə çıxması səbəbindən Qərb Azərbaycanın haqlı olduğunu aydın gördü".
Deputat vurğulayıb ki, Tovuz döyüşləri sentyabrda Azərbaycanın əks-hücum əməliyyatlarına başlaması üçün önəmli arqumentlərdən biri oldu. Məhz həmin döyüşlər ərəfəsində Ermənistanın sabiq müdafiə naziri Tonayan bildirirdi ki, yeni ərazilər uğrunda yeni döyüşlərə başlaya bilərlər. Qərbdəki müəyyən çevrələr gördülər  ki, bu sadəcə hədə deyil, qarşı tərəf buna təhrik edilir. Ermənilər əgər xəstə təfəkkürlü cəmiyyət olmasaydı, İkinci Qarabağ savaşına ehtiyac duyulmadan Azərbaycan torpaqlarını tərk edərdilər. Çünki bu döyüşlər Azərbaycan Ordusunun üstünlüyünü,  qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirə biləcəyini ortaya çıxardı: "Həmin vaxtlar Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirirdi ki, orduya əmr verilsəydi, İrəvana da gedib çıxa bilərdi. Amma bizim ordunun qarşısına belə bir tapşırıq qoyulmamışdı. Tapşırıq o idi ki, düşmənin qətiyyətlə cavabı verilsin və verildi də", - deyə Sahib Alıyev əlavə edib.
Deputatın sözlərinə görə, cəmiyyətə Birinci Qarabağ müharibəsindən Tovuz döyüşlərinə kimi sovet ordusundakı kimi, döyüşlərdə ancaq əsgərlər və ya kiçik rütbəli zabitlərin öndə olduğu ilə bağlı fomalaşmış fikirlərin yalnış olduğu aydın oldu. Tovuz döyüşləri göstərdi ki, bu, elə deyil, dövlətin formalaşdırdığı yeni orduda ən böyük, fədakar, qəhrəman əsgər məhz general, yüksəkrütbəli zabitlər özüdür. Bunu hər kəs Vətən müharibəsi zamanı döyüşlərdə də açıq-aydın görə bildi. 

 

Tovuz döyüşləri ordumuzu da, xalqımızı da qələbəyə ruhlandırdı

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Tovuz döyüşləri Ermənistanın təxribatlarına verdiyimiz ən tutarlı cavablardan biri olub. Tovuz döyüşləri həm də göstərdi ki, Ermənistanın təxribatlarının qarşısı tamamilə alınmalıdır. Çünki ermənilər dövlət sərhədi boyunca ardıcıl təxribatlar törədirdi. Yeni ərazilər  işğal etmək istəyində olan təcavüzkar Ermənistan özünü tam cəzasızlıq  şəraitində hiss edirdi. 
"Ona görə də Tovuz döyüşləri bir neçə  məqam baxımından çox əhəmiyyətli idi. Birincisi, bu, Azərbaycan Ordusunun olduqca inamlı qələbələrindən biridir. İkincisi, dövlətimiz Ermənistanın təxribatlarının özünə baha başa gəldiyini göstərdi. Bu döyüşlərdə işğalçı Ermənistan ordusunun 120-dən  artıq əsgəri məhv edildi. Bundan sonra Ermənistanda hakimiyyətlə cəmiyyət arasında gərginlik başladı", - deyə  deputat əlavə edib.
 Aprel döyüşlərindən sonra Ermənistan hakimiyyətinin itkilərin sayını cəmiyyətdən gizlətdiyini deyən E.Mirbəşiroğlu qeyd edib ki, Tovuz  döyüşlərindən sonra da eyni davranış sərgilənib. Tovuz döyüşlərinin ardınca torpaqlarımızın işğaldan azad olunması əməliyyatları üçün bir ruh yüksəlişi, olduqca təsirli mənəvi, psixoloji elementlər meydana gəldi. Bu döyüşlər həm də Azərbaycan xalqı ilə hakimiyyət arasındakı münasibətlərin xarakterini - birliyi, həmrəyliyi, vəhdəti göstərdi. Ermənistan cəmiyyəti ilə hakimiyyət arasında isə dərin fikir ayrılığı, inamsızlıq mövcud idi. Azərbaycan vətəndaşları Tovuz döyüşlərindən dərhal sonra silaha sarılaraq torpaqların tam işğaldan azad olunması istəyini, döyüşə getməyə hazır olduqlarını nümayiş etdirdilər. 
Deputat hesab edir ki, Tovuz döyüşləri Azərbaycan vətəndaşlarının təcavüzkar Ermənistan üzərində psixoloji qələbəsi idi: "Bu döyüşlər torpaqlarımızın işğaldan azad olunması istiqamətində olduqca təsirli rol oynadı. Azərbaycan göstərdi ki, Ermənistanın bütün təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Düşmən bu təxribatları törətdiyinə görə özü peşman olacaq. Biz, həqiqətən də, düşməni həm Tovuz döyüşlərində,  həm də ondan 2 ay sonra - Vətən müharibəsində peşman etdik". 

 

Bu döyüşlər İkinci Qarabağ müharibəsinin başlanmasında mühüm əhəmiyyət daşıyıb

 

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Tovuz döyüşləri dünyaya bir daha Ermənistanın hərbi siyasi rəhbərliyinin Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində olmadığını göstərib. Mülki əhali ilə bərabər hərbi qulluqçularımızın şəhid olduğu Tovuz döyüşlərində Azərbaycan Ordusunun hissə və bölmələri adekvat tədbirlər görərək düşməni itki verməyə və geri çəkilməyə məcbur edib.
Onun sözlərinə görə, bu, beynəlxalq ictimaiyyətə Azərbaycan Ordusunun kifayət qədər ciddi müdafiə və əks-hücum potensialına malik olduğunu bir daha göstərib: "Ermənistanın bu döyüşlərdə əsas məqsədi Azərbaycanın üstün mövqelərdən geri çəkilməsinə nail olmaq, həmçinin sərhəddə baş verən proseslərdə günahı Azərbaycanın üzərinə yıxmaqla beynəlxalq ictimaiyyəti, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının güc və vasitələrini sərhədə yerləşdirməyə nail olmaq idi. Azərbaycanın general-mayor Polad Həşimov olmaqla, yüksək və kiçik rütbəli 12 hərbçisi şəhid oldu. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm iyul döyüşlərində, həm də Vətən müharibəsi zamanı şəhidlərin qisası alındı". 
Ə.Verdiyev vurğulayıb ki, Tovuz döyüşləri İkinci Qarabağ müharibəsinin başlamasında mühüm əhəmiyyət daşıyıb. "Tovuz döyüşlərindən sonrakı düşmən təxribatları Vətən müharibəsinin başlanması ilə nəticələndi və bu savaş Azərbaycanın 44 gün ərzində ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. Ordumuz döyüş meydanında düşməni tamamilə darmadağın edərək möhtəşəm qələbə qazandı", - deyə o əlavə edib. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!