06 May 2025 08:30
347
SİYASƏT
A- A+
Tolerantlıq nümunəsi

Tolerantlıq nümunəsi


"Azərbaycan tolerant, din-dövlət münasibətləri baxımından böyük təcrübəsi olan  dövlətdir. Ölkəmiz dinlərarası münasibətlərə görə bütün dünyaya nümunədir".

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib. Deputat bildirib ki, dünyanın heç bir yerində müsəlman, katolik, pravoslav, yəhudi, eyni zamanda alban dinindən qalan udi mədəniyyətinin vəhdətini, bir-birilərinə olan yüksək hörməti, bütün tədbirlərdə birgə iştiraklarını görmək mümkün deyil. Bunu ancaq Azərbaycanda müşahidə etmək olar.

Komitə sədri qeyd edib ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin səmimi olması iki xalqın maraqlarına xidmət edən amildir: "Dövlətlərarası münasibətlərdə rəsmi məmur münasibətlərindən əlavə, din həmişə mühüm rol oynayıb. Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsi, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasındakı yüksək münasibətlər də əlaqələrə müsbət təsir göstərir və xalqlarımızı yaxınlaşdırır.  Patriarx  Kirillin Azərbaycana səfəri də əlaqələrin inkişafında mühüm rol oynayır. Kirill Azərbaycana dəfələrlə gəlib və yüksək səviyyədə qəbul olunub. O, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə də görüşüb. Ümumiyyətlə, belə  görüşlərdə iki dövlət arasında münasibətlərin daha da inkişaf etməsi ilə bağlı maraqlı təkliflər səsləndirilir, o cümlədən din-dövlət münasibətlərinin  Azərbaycan nümunəsi haqqında Rusiya tərəfinin maraqlı fikirləri olur. Bu dəfə də Kirill bu məsələləri qabartdı, Azərbaycanın uğurlarını bir daha dilə gətirdi".

A.İsgəndərov xatırladıb ki, qələbənin 80 illiyi ilə bağlı Prezident İlham Əliyevin Rusiyaya dəvət olunması, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın Patriarx tərəfindən ən yüksək mükafata layiq görülməsi bizim münasibətlərimizin mövcud vəziyyətini göstərir. Azərbaycan təkcə Şərqlə Qərbi birləşdirmir, həm də dünya dinləri arasında səmimi münasibətlərin yaradılmasında nümunəvi ölkədir. Bunu əksər dövlətlər görür və qəbul edir. Bəzən Azərbaycanın bədxahları dinlərə olan münasibətdə ölkəmizə qarşı böhtanlar yağdırırlar.  Bütün bunlar, təbii ki, qarayaxma kampaniyasının bir parçasıdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın uğurlarını qəbul edə bilməyənlər ortaya çıxıb. Amma Azərbaycanın uğurları göz qabağındadır. Onlar unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin  dövləti deyil.

Din-dövlət münasibətlərinin yaradılmasında, inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayan komitə sədri bildirib ki, bu sahədə Ulu Öndərin müəyyən etdiyi siyasət dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir: "Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində məscid, sinaqoq, kilsələr tikilir, təmir-bərpa olunur. Bütün dini abidələrə eyni münasibət bəslənilir, diqqət göstərilir. Bütün bunlar Azərbaycanın tolerant ölkə olduğunu bir daha göz önünə sərir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!