05 Avqust 2023 13:16
2411
Mədəniyyət
A- A+
Təzə Pir məscidini inşa edən Nabat xanım Aşurbəyova

Təzə Pir məscidini inşa edən Nabat xanım Aşurbəyova

 

Nabat Qoca qızı məşhur Afşar tayfasından olan Aşurbəyovların nəcib ailəsindən idi. Bu qeyri-adi qadın səxavəti və xeyriyyəçiliyi sayəsində insanlar arasında böyük hörmət qazanmışdı. O, 117 il yaşamışdı.
Məşhur Azərbaycan xeyriyyəçi-mesenatı Nabat xanım Aşurbəyova 1795-ci ildə Bakı şəhərində anadan olmuşdu. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (indi A.Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi.
Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Bu nəcib xanımın həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzə Pir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomlu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur. Nabat xanım Zivər bəyə xeyli vəsait verərək, onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə ezam etmişdir.
Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim etmişdi, lakin Bakı qubernator idarəsi pravoslav ruhanilərinin fitvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə vermişdi. Əgər məscidin minarəsi ikimərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş Aleksandr Nevski pravoslav kilsəsini kölgədə qoyardı.
Qısa minarə ilə tikilməsinə baxmayaraq, Təzə Pir məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq verən gözəl memarlıq abidəsi oldu. Məscidin özülünə birinci daşın qoyması üçün Nabat xanım, öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. 9 ildən sonra, məscidin baş günbəzinə sonuncu daşı da o qoyur, lakin Nabat xanım öz arzusunun sona yetdiyini görmür. 1912-ci ildə — 117 yaşında ikən vəfat edir. Onun ölümündən 2 il sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu Rzayev başa çatdırır. Nabat xanım və oğlu Hacı Abbasqulu məscidin girişində dəfn edilmişlər.
Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayevin həyat yoldaşı olmuşdur. Onların bir oğlu (Hacı Abbasqulu Rzayev) və 2 qızları – Əşrəf (Züleyxa) xanım və Gülbəstə xanım olmuşdur.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!