17 Oktyabr 2025 09:20
13605
Oxucu məktubları
A- A+
Tərtərlilərin fəxri, valideynlərinin Sevinci

Tərtərlilərin fəxri, valideynlərinin Sevinci


Prezident İlham Əliyevin 4 oktyabr 2025-ci il tarixli sərəncamına əsasən, 2025-2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü veriləcək. 

Həmin tələbələr arasında həmyerlimiz, Tərtər şəhər 5 saylı tam orta məktəbin məzunu Sevinc Əlizadə də var. Biz Sevinclə görüşəndə hələ abituriyent idi. Tələbə adını qazanmaq üçün qarşıda onu çətin imtahan gözləyirdi. Ancaq çox rahat və özünə inamlıydı. Artıq yolun yarısını keçmişdi. Özü də böyük uğurla. 

Öyrəndik ki, Sevinc Əlizadə kiçik yaşlarından ömür yolunun memarı olmağa çalışıb.  İllər ötdükcə qədəm qoyduğu cığırlar genişlənib və böyük bir yola çevrilib. Bu yolda ilk bələdçiləri olan valideynlərinin və müəllimlərinin hər sözünə, tövsiyəsinə diqqətlə yanaşıb, bunları gərgin zəhməti ilə birləşdirib və pillə-pillə ucalıb, nəinki təhsil aldığı məktəbdə, yaşadığı rayonda, eləcə də respublikada tanınıb, adı daim qaliblər sırasında çəkilib. 

Məktəb illərində o, üç dəfə tarix üzrə respublika fənn olimpiadasının finalçısı olub, XI sinifdə olimpiadanın gümüş mükafatını alıb, inşa yazı müsabiqələrində, məktəblər arasında keçirilən müxtəlif yarışmalarda dəfələrlə qalib gəlib, sınaq imtahanlarında iki dəfə qızıl, bir dəfə gümüş sertifikata layiq görülüb. IX sinfi fərqlənmə attestatı, XI sinfi "Xüsusi nümunəvi attestat" və qızıl medalla bitirib. 

Bu uğurların hər biri onun gərgin zəhmətinin, vaxtı düzgün bölüşdürmək qabiliyyətinin, eləcə də özünə inamın, həyatda məqsədli olmasının nəticəsidir. 

 Sevinc zəhmətinə böyük dəyər verdiyi müəllimlərinin adlarını da çəkdi. Ən çox sevdiyi tarix fənnini Elnur İsmayılovdan, ingilis dilini Nigar Məmmədovadan, riyaziyyatı Aidə Məmmədovadan öyrənib. Bütövlükdə isə məktəb məzunlarının yüksək nəticələr qazanmasında, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında burada çalışan hər bir pedaqoqun, o cümlədən məktəbin direktoru Arzu Babayevanın payı var. 

İndi Sevinc Əlizadə Dövlət İdarəçilik Akademiyasında qəhrəman şəhərimizi layiqincə təmsil edir. 


Svetlana BAÜIROVA,

"Yeni Tərtər" qəzetinin redaktoru     

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!