07 Fevral 2023 01:29
818
SİYASƏT
A- A+
Terrorçuluq İranın dövlət siyasətidir

Terrorçuluq İranın dövlət siyasətidir

 

İranın Azərbaycanla bağlı siyasəti birmənalı olaraq qərəzli siyasətdir. Molla rejimi ölkəmizin müstəqilliyini həzm edə bilmir. Azərbaycanın  iqtisadi inkişafı İran üçün arzuolunmazdır. Dövlətimizin artan hərbi qüdrətini, siyasi nüfuzunu İran özü üçün başlıca təhlükə hesab edir. Ermənistanın 30 il işğal altında saxladığı Qarabağın düşməndən azad edilməsi İrana dərd olub. 
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca, mövqeyi möhkəmləndikcə "islamçı"ların düşmənçiliyi daha da şiddətlənir. İran "siyasiləri", "molla rejimi" Azərbaycanı özünün birnömrəli düşməni hesab edirlər. İranın Azərbaycana olan belə münasibəti dünənin, bu günün söhbəti deyil. Özünü "İslamın hamisi" adlandıran, vaxtaşırı "sionist rejimini" təhdid edən "İsraili yer üzündən siləcəyik" kimi hədələrini on illərlə təkrarlayan İran rejimi Azərbaycana qarşı da qərəzli mövqe tutub. İran "müştehidləri", "ayətullahları" yaxşı dərk edirlər ki, indiyə kimi ölüm, terror hesabına qorxudub, despotik rejimin  güc ilə, zor ilə təzyiq altında saxladığı soydaşlarımız bir gün ayağa qalxıb haqlarını, hüquqlarını tələb edəcəklər. İllərdir öz ana dilində məktəbi, qəzeti, jurnalı olmayan, adi insan haqlarından məhrum xalq öz haqqını istəyəcək. Molla rejimi heç vaxt unuda bilmir ki, 1989-cu ildə əlinə fürsət düşən xalq ilk növbədə sərhəd dirəklərini yandırdı. Rejim belə hesab edir ki, o taylı, bu taylı azərbaycanlılar bir gün qalxıb sərhədləri bir də açsalar, bu, müvəqqəti olmayacaq, əbədi olacaq.
Elə bu səbəbdən də Ermənistanla Azərbaycanın müharibə-münaqişə şəraitində yaşaması İrana sərf edirdi. İran hər vasitə ilə Ermənistanı müharibəyə təhrik edir, onu gücləndirməyə çalışır. Müttəfiqinə kəşfiyyat materialları ötürür. Əgər İran əvvəllər bunu gizli şəkildə edirdisə, sonra da açıq şəkildə etməkdən çəkinmədi. Ermənistanla "müttəfiqlik", "qardaşlıq" , "birgə təhlükəsizlik tədbirləri haqqında" müqavilələr imzaladı. Ermənistana hərbi sursat verib əsgəri yardım göstərdi. İndi də İranın ali dini lideri Xameneyə birbaşa tabe olan SEPAH-ın generalları "Azərbaycana qarşı daha ciddi tədbirlər görə bilərik, ta müharibəyə qədər" mesajını verirlər.
Fars rejiminin 44 günlük Vətən müharibəsi zamanı Ermənistana göndərdiyi "humanitar" yardımın qarşısı cənublu soydaşlarımız tərəfindən qətiyyətlə alındı.  Cənublu soydaşlarımız sərhəd boyu əllərində Azərbaycan bayrağı tutaraq  ordumuzun uğurlarına sevinib, əsgərlərimizlə həmrəyliklərini nümayiş etdirirdilər. Həmin günlər  dünyanın harasında yaşamasından asılı olmayaraq bir Azərbaycan xalqı var idi. Bütün azərbaycanlıların bir Ali Baş Komandanı var idi. Qarabağ uğrunda haqq savaşında bütün soydaşlarımız qələbəmiz üçün birləşib vahid xalq olduğunu ortaya qoydu. Təbii ki, xalqımızın birliyi Ermənistanla bərabər ilk növbədə İranı qorxutmaya bilməzdi. Ölkəmizdə casus şəbəkəsinə malik olan molla rejimi, ordumuz qələbə çalmasın deyə hər cür rəzillik edirdi. Düşmən üzərində qazandığımız qətiyyətli qələbədən sonra İran sərhədlərimizə 50 minlik bir qoşunla gəldi... İranda haqqını, hüququnu tələb edən soydaşlarımıza daha amansız divan tutuldu. İran mediası, televiziya kanalları dövlətimizə qarşı  ideoloji terrora start verib "səlib yürüşünə" başladılar. SEPAH-ın yüksəkrütbəli zabitləri ölkəmizi hədəfləməkdən belə çəkinmədilər. 
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində SEPAH yetgilisi Yasin Hüseynzadənin törətdiyi terror İranın apardığı dövlət siyasətinin nəticəsidir. Terror ölkəmizə qarşı siyasi təzyiq kimi düşünülüb və həyata keçirilib. Terrorçunun artıq SEPAH-la bağlılığını gizlətmək mümkün deyil. Yasin Hüseynzadənin SEPAH-ın İraqda öldürülən generalı, Qasım Süleymani ilə yaxın münasibətləri olduğu, vaxtilə onunla birgə çalışması haqqında mətbuatda kifayət qədər materiallara və fotoşəkillərə rast gəlmək mümkündür. Terror hadisəsinin ilk saatlarında İran rəsmilərinin hadisənin məişət zəminində baş verdiyini deyib məsuliyyətdən yayınma cəhdləri də terrorçunun yüksək səviyyədə himayə olunduğundan xəbər verir.

 

Qərəzli siyasət molla rejiminin qəbrini qazır

 

İran illərdir ərəb dünyasının diqqətini çəkmək üçün İsrail faktorundan istifadə edib ucuz təbliğatla məşğul olur. İsraili uzaq vuran raketlərlə "məhv" edəcəyi ilə hədələyən molla rejimi İsraildən hər dəfə tutarlı cavab aldıqdan sonra bir müddət səsi batır. Səfirliyimizdə törədilən terror hadisəsini Azərbaycan-İsrail münasibətlərinin daha da yaxşılaşması, Azərbaycanın İsraildə səfirlik açmasına İranın münasibəti, verdiyi cavab kimi qiymətləndirsək, yanılmarıq. Terror hadisəsindən cəmi bir neçə gün əvvəl İran uşaq xorunun Xudafərin körpüsü yaxınlığında, guya İsrailə ünvanlanmış təhdid dolu "mahnı" oxumaları da ölkəmizə xəbərdarlıq mesajı idi. Hədəf İsrail yox, İsrailin dostu Azərbaycan idi. Yeri gəlmişkən, srağagün bir İran "ruhanisi"nin Xudafərinin yaxınlığında, qaya parçasının üstündə oturaraq Quranın "Fəth" surəsini oxuması görüntüləri yayılmışdı. Gözləyək görək molla rejimi bununla nə demək istəyir?
İranın Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qərəzli münasibəti pik həddinə çatmaqdadır. Zəlzələdən zərərçəkmişlərə qarşı qeyri-insani münasibət, soydaşlarımıza biganə münasibət, nümayişkaranə surətdə yardım edilməməsi də İranın islami dəyərlərə necə əməl etməsinin əyani sübutudur. Bu, azmış kimi, Azərbaycan poeziyasının ana dilində ilk şah əsərini yaradan, böyük Azərbaycan şairi İzzəddin Həsənoğlunun Xorasan şəhərində yerləşən məzarı da dağıdılıb. Amma məşhur bir el məsəlində deyildiyi kimi, "sirkə nə qədər tünd olsa, öz qabını çatladar". İran azərbaycanlılara qarşı apardığı qərəzli, məkrli, sərt siyasəti ilə öz qəbrini qazır.
Molla rejimi  anlamalıdır ki, bu gün İranı bürümüş etiraz dalğasını yalnız bu ölkədə  yaşayan azərbaycanlılar başlatmayıb. Bu rejimin əleyhinə başlanan ümumxalq hərəkatıdır. Əgər mollalar hesab edirlərsə ki, etiraz edən azərbaycanlıları, Tehran rejiminin ögey övladlarını sərt cəzalandırmaqla bütün İran əhalisini qorxutmağa, rejimin ömrünü uzatmağa nail ola biləcəklər, olduqca səhv edirlər. Unutmasınlar ki, zülmlə abad olan bir gün gələr bərbad olar. Selin qarşısını qum ilə almaq olmaz. XXI əsrdə insanları dini qadağalarla qorxudub, kölə vəziyyətində saxlamaq, dindən siyasi məqsədlər üçün istifadə etmək islami dəyərlərə xəyanət etməkdir. Deyəsən, İran mollaları üçün fərqi yoxdur. Qonşuluq münasibətlərinə, islami dəyərlərə, insanlıq qanunlarına xəyanət etməyə vərdiş etmiş İran rejimi üçün yalnız bir "müqəddəs" amil var: hakimiyyətlərini qoruyub saxlamaq. İslamın "hamisi", "dinin keşikçisi" İranın daxilində  etirazlar artdıqca daha çox dindaşlarının cəlladı rolunda çıxış edir. Fikrimizcə, hər kəsi öz adı ilə çağırmağın vaxtıdır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!