03 May 2025 08:10
1077
SİYASƏT
A- A+
Tənəzzüldən tərəqqiyə

Tənəzzüldən tərəqqiyə


Ulu Öndər Heydər Əliyev idmanın inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi


Sovet dövründə Azərbaycanda bütöv bir idman ənənəsi formalaşmışdı. İstər fərdi, istərsə də kollektiv idman növlərində fərqlənən idmançılarımız dünya və ittifaq miqyasında tanınırdılar. Amma müstəqilliyimizin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. İdmana münasibət son dərəcə aşağı səviyyədə idi və unudulmuş sahələrdən birinə çevrilmişdi. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha çox idi. İdman meydançalarının və zalların ayrı-ayrı adamların əlinə keçməsi, idman avadanlıqlarının dağıdılması 1991-1993-cü illərdə geniş vüsət almışdı.

İdmanın tənəzzüldən xilas olması və inkişaf etdirilməsi üçün, şübhə yox ki, ilk növbədə, dövlətin idmana münasibətində dəyişklik yaranmalı idi. Belə dəyişiklik 1993-cü ilin ikinci yarısında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən sonra başlandı.


Olimpiya hərəkatında dirçəliş


Xalqın tələbi ilə hakimiyyətə qayıdan böyük şəxsiyyət Heydər Əliyev ölkədəki xaosu sabitliyə çevirəndən sonra, tezliklə idmanı yenə diqqət mərkəzinə gətirdi. Bununla da idmana münasibət kökündən dəyişdi. İdmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

1993-cü ildə müxtəlif sahələri təmsil edən bir qrup gənci qəbul edərək, onların arzu və istəklərini dinləyən, gəncliyin və idmanın dövlətin qayğısına ehtiyacının olduğunu deyən Heydər Əliyev bədən tərbiyəsi və idmanın geniş vüsətlə inkişafı üçün şəraitin yaradılacağını bildirmişdi. Məhz bu baxımdan, sözügedən sahənin bir mərkəzdən idarə olunması, dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü ildə imzaladığı fərmanın böyük tarixi əhəmiyyəti var idi. Bu fərmanla respublikamızda Gənclər və İdman Nazirliyi yaradıldı. 1994-cü il ölkəmizin idman həyatında dönüş ili oldu. Həmin ildən müstəqil Azərbaycan dövləti idmana və bədən tərbiyəsinə sahib çıxdığını, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi.

Nazirliyin yaradılması ilə bərabər, idmançıları sevindirən digər məqam Ulu Öndərin "İdmana xüsusi qayğını öz üzərimə götürürəm. Əmin olun ki, siz bu qayğını daim hiss edəcəksiniz" deməsi oldu. Doğrudan da, o gündən sonra idmançılarımız bu qayğını həmişə öz üzərlərində hiss etdilər. Vətənin bayrağını, şərəfini hər şeydən üstün tutaraq, beynəlxalq arenada bir-birindən möhtəşəm qələbələrə yol açdılar. Təkcə idmançılar deyil, bütün idman ictimaiyyəti bu qayğı və diqqəti hiss etdi və bunu heç vaxt unutmadı.

Heydər Əliyev idman potensialını üzə çıxarmaq, bundan səmərəli istifadəni təmin etmək məqsədilə bu sahəyə xüsusi diqqətlə yanaşırdı. O, vaxtaşırı idmançılarla görüşür, onlarla səmimi ünsiyyətdə olur və qayğıları ilə maraqlanırdı. Hələ ötən əsrin 70-ci illərində Azərbaycanın adlı-sanlı idmançılarını dəfələrlə qəbul edərək onların problemləri ilə birbaşa məşğul olması yaddaşlara əbədi həkk olundu. Müstəqillik illərində də, yenidən hakimiyyətə qayıtdıqdan sonra da bu ənənəni davam etdirən Heydər Əliyev, ölkə həyatının o vaxt üçün daha önəmli olan taleyüklü məsələləri ilə gecə-gündüz məşğul olmasına baxmayaraq, vaxt tapıb idman və bədən tərbiyəsi sahəsinin inkişafını diqqətdən kənarda qoymurdu.

Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünyaşöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında bir sıra məsələlərin reallaşdırılması vəzifəsini qoymuşdu. Bunlar mövcud idman bazalarının, stadionların, idman qurğularının qorunması, bərpa edilməsi və çağdaş dünya tələblərinə cavab verən yenilərinin inşası, onların idman avadanlıq və ləvazimatları ilə təchiz edilməsi, idman məktəblərində, klublarında yeni bölmələrin açılması və fəaliyyətinin genişləndirilməsi, Azərbaycan çempionatlarının keçirilməsi, idmançıların beynəlxalq yarışlara hazırlığının və bunlarda iştirakının təmin edilməsi, yüksək nəticələr əldə etmiş idmançıların mükafatlandırılması, digər ölkələrlə idman əlaqələrinin və əməkdaşlığın gücləndirilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və yeniləşdirilməsi, məşqçi və müəllimlərin peşəkar səviyyələrinin artırılmasından ibarət idi.

Ulu Öndərin dövlətimizə rəhbərlik etməsi bütün sahələrlə bərabər bədən tərbiyəsi və idmanın qayğıları ilə gündəlik maraqlanması idmançılarımıza yüksək əhvali-ruhiyyə bəxş edir, bu istiqamətdə həyata keçirilən tədbirlər onları daha böyük səylə mübarizə aparmağa ruhlandırırdı. Elə bunun nəticəsi idi ki, idman nailiyyətlərinin qazanılması istiqamətində yaranmış müəyyən boşluqdan sonra 1994-cü ildə Azərbaycan idmançıları rəsmi beynəlxalq yarışlarda 12 qızıl, 15 gümüş və 22 bürünc medal qazandılar.

Heydər Əliyev yuxarıda qeyd edilən bütün bu tədbirlərin həyata keçirilməsini təmin etmək, sürətləndirmək məqsədilə 1995-ci il martın 5-də verdiyi fərmanla Azərbaycanda idman fondu yaratdı. İdman fondunun olması ölkəmizdə sağlam həyat tərzinin təbliğ edilməsinə, uşaq və yeniyetmələrin idmana kütləvi surətdə cəlb edilməsinə, bu sahəyə marağın artmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə, Azərbaycan idmanının beynəlxalq idman ailəsinə inteqrasiya olunmasına təminat verdi. İdmanın inkişafı üçün prezident fondundan əsaslı vəsait ayrıldı.

Heydər Əliyev əldə edilmiş nəticələrlə vaxtaşırı ciddi maraqlanır, idmançı və məşqçilərin əməyini yüksək dəyərləndirirdi. Əldə edilmiş nailiyyətləri təhlil edən və bu uğurların qazanılmasında əzmlə, bacarıqla çalışmış idmançı və məşqçilərin zəhmətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev, elə həmin ilin mart ayında fərman imzalayaraq bir qrup idmançı və mütəxəssisi "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif etdi. Həmin gün, yəni 1995-ci il martın 5-də Bakı Əl Oyunları Sarayında ölkəmizin milli yığma komandalarının XXVI Yay Olimpiya Oyunlarına hazırlığını nümayiş etdirmək məqsədilə keçirilən idman baxışında iştirak edən Ulu Öndər yüksək nailiyyətlər əldə etmiş idmançıların və onların məşqçilərinin, eləcə də idman xadimlərinin işinə yüksək qiymət verərək respublikada bədən tərbiyəsi və idmanın bütün qayğılarını öz üzərinə götürdüyünü bir daha bəyan etdi.

Heydər Əliyev Bakı Əl Oyunları Sarayındakı çıxışı ilə bütün idmançılara yeni mübarizlik, iradə və qətiyyət aşıladı. İdmançı və mütəxəssislərə təqdim etdiyi dövlət mükafatları ilə Heydər Əliyev həm də müstəqil, gənc Azərbaycan dövlətində bu yeni ənənənin əsasını qoydu.

Normal şərait yaradılması ilə bərabər, idmançılara maddi və mənəvi dəstəyin də mühüm rol oynadığını gözəl bilən Ümummilli Lider onların sosial problemlərinin həllini həmişə diqqət mərkəzində saxlayırdı. İdmançı və mütəxəssisləri, idman xadimlərini yüksək dövlət mükafatlarına, prezident təqaüdünə layiq görməsi, Atlanta və Sidney qəhrəmanları ilə hərarətli görüşü və onları səmimi təbrik etməsi, hər il Avropa və dünya çempionatlarından uğurla dönən idmançıların dövlət tərəfindən mükafatlandırılması barədə tapşırığı idman ailəsinin bütün üzvlərini bu böyük şəxsiyyətin, doğma vətən və xalq üçün alovlu ürək sahibinin gördüyü işlər onları hələ neçə-neçə illər öz əməlləri ilə cavab verməyə səsləyirdi.


İdmanda yüksəliş erası


Unutmayaq ki, 1992-1997-ci illərdə Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyəti heç də istənilən səviyyədə deyildi və qənaətbəxş sayıla bilməzdi. Çünki bu sahədə fəaliyyət planı lazımi səviyyədə qurulmamışdı.

Həmin dövrdə MOK qarşıda duran ümdə vəzifələrin həyata keçirilməsi üçün kənarda qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ümumən, qurumun fəaliyyətinin ilk beşilliyi dövründə Milli Olimpiya Hərəkatında durğunluq hökm sürdü. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. Çünki Olimpiya Oyunlarında yüksək nəticələr göstərmək lazım idi.

MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində bütün məsələlərin müzakirəsi zamanı bəlli oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən gedib, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə belə əlaqəsi yox idi.

Bu vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində həmin vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı olan İlham Əliyev MOK-un prezidenti seçildi.

Elə ilk günlər göstərdi ki, MOK çox düzgün və qətiyyətli addım atır. Komitə ilk növbədə mövcud durumu düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib hərəkətə keçdi. Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı.

İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca vacib rol oynayırdı. Qarşıya çıxan bütün problemləri bacarıqla həll edən İlham Əliyev Olimpiya hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl istiqamətlərini də müəyyənləşdirdi.

Beləliklə, İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü.


Dahi şəxsiyyətin layiqli davamçısı


Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasını dövrün çağırışlarına adekvat şəkildə daha da zənginləşdirib onu real həyatda böyük uğurla tətbiq edən İlham Əliyevin rəbhərliyi altında son 22 ildə Azərbaycan tərəqqi parametrlərinə görə bu gün dünya liderləri ilə bir cərgədə addımlayır. Azərbaycan Prezidenti istər daxili, istərsə də xarici siyasətdə tutduğu mövqe, həyata keçirdiyi fəaliyyət sayəsində ölkəmizi daim zirvələrə yüksəldir. Bunların fonunda Azərbaycan  mövcud olduğu regionda lider ölkə statusunu möhkəmləndirməklə yanaşı, dünya miqyasında daha böyük nüfuz sahibinə çevrildi. 

Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycan dünyada ağalıq iddiasında olan böyük dövlətləri, netokratiyanın, yeni əsrin məhsulu olan infoimperializmin tədqiqat obyekti olmaqdan, onun əyalətlərindən birinə çevrilməkdən xilas oldu. Əksinə, Azərbaycanla hesablaşıldı, onun mövqeyi mütləq mənada nəzərə alındı. Ən əsası isə Azərbaycan xalqı beynəlxalq müstəvidə cərəyan edən proseslər nəticəsində yaranan mürəkkəb konfiqurasiya şəraitində cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbəsini qazandı, düşməni ərazisindən rədd etdi. Müzəffər Ali Baş Komandanın iradəsi, ordumuzun şücaəti, dövlətimizn qüdrəti işğal faktına son qoydu, tarixi torpaqlarımız yenidən əsl sahiblərinə qovuşdu. Bu, artıq kimsənin dəyişə bilməyəcəyi yeni mühüm reallıqdır.

İşğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya səs salan abadlıq-quruculuq işlərinə başlanılıb, qısa zaman kəsiyində bu istiqamətdə böyük məsafə qət edilib. Bu yerlərdə dövrümüzün ən qabaqcıl tələblərinə cavab verən, qabaqcıl texnologiyaların tətbiqi ilə yaradılan modern infrastruktur həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayır. 

Həyata keçirilən abadlıq-quruculuq işlərinin müəllifi olan İlham Əliyev bərpa prosesinin, müvafiq infrastrukturların ərsəyə gəlməsi ilə bağlı layihələrin icrasına şəxsən nəzarət edir. Dövlətimizin başçısı  postmüharibə dövründə dəfələrlə işğaldan azad olunan ərazilərdə səfərdə olub, burada  müxtəlif infrastruktur obyektlərinin təməlini qoyub, bəzilərinin isə açılışını edib.  Prezident İlham Əliyev azad olunmuş ərazilərin bərpası, yenidən qurulması prosesində yenə dünya üçün nümunə olacaq  bir konsepsiya həyata keçirir.

Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə zəruri infrastrukturun yaradılması indi ən müxtəlif istiqamətləri əhatə edir. Bu yerlər üçün hazırlanan və artıq bəzilərinin, konkret halda  təqdimatı olan Ağdamın baş planından belə bəlli olur ki, həmin ərazilərdə ən müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzində yer alır. 

Azərbaycanda modern idman infrastrukturunun yaradılması istiqamətində çoxsaylı vacib layihələr həyata keçirilib, mühüm tədbirlər görülüb və hazırda bu proses böyük bir vüsətlə davam edir. 


Qarabağ idman mərkəzinə çevrilib


Təkcə bir faktı qeyd etmək kifayətdir ki,  beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycanda onlarla Olimpiya-İdman kompleksləri inşa olunub, digər idman obyektlərində əsaslı yenidənqurma işləri aparılıb. Bunun nəticəsidir ki, Azərbaycanın idman infrastrukturu ölkəmizə çoxsaylı beynəlxalq idman yarışlarına evsahibliyi  etmək imkanı qazandırır. İndi yeni Olimpiya-İdman komplekslərinin, digər idman müəssisələrinin inşa olunacağı əsas məkanlardan biri məhz işğaldan azad edilən ərazilər olacaq.

Bu günlərdə Mingəçevirdə və işğaldan azad olan Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasına yekun vurulub. "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışın son günündə müxtəlif məsafələrə kayak-kanoe və akademik növdə mübarizə baş tutub. Turnirdə Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən idmançılar müxtəlif məsafələr üzrə qüvvələrini sınayıblar.

Yarışların son günündə İvan Vorobyanski/Hüseyn Həsənov cütlüyü (2009-2010) 200 metr məsafəyə kayak yarışında gümüş, eyni yaş kateqoriyasında Vacib Babayev/Nuran Rəhimli tandemi isə bürünc mükafata sahib çıxıb.

Eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütlüyü (2011-2012) ikinci, Sənan Cəfərzadə/Tahir Mövsumov dueti (2011-2012) isə üçüncü yeri tutub. Nurlan Paşayev/Cahangir Məmmədli cütlüyü (2006-2007) akademik avarçəkmədə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Elvin Əliyev/Niyaz Malikov cütü (2007-2008) kanoe qayığında 200 metr məsafəyə yarışı üçüncü sırada bitirib.

Beləliklə, Azərbaycan avarçəkənləri turniri 15 medalla başa vurublar. Milli komandanın üzvləri daha əvvəl 1 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!