17 Aprel 2026 14:26
886
ELANLAR
A- A+
Tenderə dəvət

Tenderə dəvət


Тарих:

17 Aprel 2026

Layihə

59329-001 

Layihə başlığı:

Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi

Müqavilə № və başlıq:

ARESTP-BY-CW-01 Biləcəri-Yalama dəmir yolu hissəsinin enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması üçün layihələndirmə və tikinti-quraşdıma işləri

Təkliflərin təqdim olunması üçün son tarix:

29 May 2026 (Bakı yerli vaxtı ilə saat 15:00)









1. Azərbaycan hökuməti “Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi” ilə bağlı maliyyə vəsaiti üçün Asiya İnkişaf Bankına (AİB) müraciət etmişdir və bu maliyyə vəsaitinin bir hissəsini yuxarıda adıçəkilən müqavilə üzrə ödənişlər üçün istifadə etməyi planlaşdırır. Tender AİB-in uyğun mənbə ölkələrindən olan iddiaçılar üçün açıqdır.

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) (“Sifarişçi”) uyğun iddiaçılardan “Biləcəri-Yalama dəmir yolu hissəsinin enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi, tikintisi və tamamlanması” üzrə qapalı zərfdə tender təklifləri qəbul edir.

Layihə, ADY-nin beynəlxalq yükdaşımalarına xidmət göstərən Azərbaycanın şimal - cənub və şərq - qərb dəmir yolu dəhlizlərinin əsas komponentləri olan Biləcəri - Yalama və Bakı - Böyük Kəsik dəmir yolu hssələri boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin modernləşdirilməsini nəzərdə tutan daha geniş proqramın tərkib hissəsidir.

Proqram çərçivəsində həyata keçirilən ilk layihə, regional yükdaşımalarını dəstəkləyən “Şimal - Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi daxilində əsas bağlantı olan Biləcəri - Yalama dəmir yolu hissəsini əhatə edir. Bu hissə təxminən 192 km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15 stansiyadan ibarətdir. Layihələndirmə mərhələsi də daxil olmaqla, layihələndirmə və tikinti işlərinin təxmini müddəti 42 aydır.

Biləcəri (Biləcəri stansiyası istisna olmaqla) - Yalama dəmir yolu hissəsi sərnişin və yükdaşımalarını həyata keçirən, 1520 mm rels izinə malik ikixətli ənənəvi dəmir yolu xəttidir. Dəmir yolu xətti və əlaqədar işlərin bərpası yaxın vaxtlarda başa çatdırılmışdır. Dəhliz hazırda enerji təchizatı, işarəvermə və rabitə sistemləri ilə təchiz olunmuşdur, lakin bu sistemlər köhnəlmişdir və beynəlxalq standartlara cavab verən müasir sistemlərlə əvəz olunmasını tələb edir. Layihənin məqsədi bu marşrut üzrə təhlükəsizliyi gücləndirmək, istismar sürətini və səmərəliliyi artırmaq, həmçinin dəmir yolu xidmətlərinin etibarlılığını və əlçatanlığını yüksəltməkdir.

3. Açıq rəqabətli tender - Beynəlxalq elan AİB-nin “Bir mərhələ:İki zərf” proseduruna əsasən keçiriləcək və tender sənədlərində qeyd olunan uyğun ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.

4. Tenderdə yalnız tender sənədlərində qeyd olunan aşağıdakı əsas tələblərə cavab verən iddiaçılar iştirak edə bilərlər:

 

a) Maliyyə vəziyyəti:

Tenderdə iştirak edən şirkətin və ya birgə müəssisənin xalis dəyəri və maliyyə resursları aşağıdakı meyarlara cavab verməlidir:

Ş İddiaçı son 5 (beş) il üzrə audit olunmuş maliyyə hesabatlarını, yaxud İddiaçının ölkəsinin qanunvericiliyi auditi tələb etmədiyi halda, Sifarişçi tərəfindən məqbul sayılan digər maliyyə hesabatlarını təqdim etməklə cari maliyyə vəziyyətinin sabitliyini nümayiş etdirməlidir. Minimum tələb olaraq, İddiaçının son hesabat ili üçün ümumi aktivləri ilə ümumi öhdəlikləri arasındakı fərq kimi hesablanan xalis dəyəri müsbət göstəriciyə malik olmalıdır.

Ş Tək müəssisələr üçün: İddiaçı nümayiş etdirməlidir ki, onun maliyyə resursları, əsas müqavilə öhdəlikləri üzrə maliyyə öhdəlikləri çıxılmaqla, sözügedən Müqavilə üzrə müəyyən edilmiş ümumi tələbə – 25 milyon ABŞ dolları məbləğinə bərabərdir və ya ondan artıqdır. 

Ş Birgə Müəssisələr üçün – (1) Tərəfdaşlardan biri nümayiş etdirməlidir ki, onun maliyyə resursları özünün əsas müqavilə öhdəlikləri üzrə maliyyə öhdəlikləri çıxılmaqla, sözügedən Müqavilə üzrə ümumi tələbdən ona düşən 10 milyon ABŞ dolları məbləğində paya bərabərdir və ya ondan artıqdır; (2) Hər bir tərəfdaş nümayiş etdirməlidir ki, onun maliyyə resursları, özünün cari müqavilə öhdəlikləri üzrə maliyyə öhdəlikləri çıxılmaqla, sözügedən Müqavilə üzrə ümumi tələbdən ona düşən 6 milyon ABŞ dolları məbləğində paya bərabərdir və ya ondan artıqdır; (3) Birgə Müəssisə nümayiş etdirməlidir ki, bütün tərəfdaşların məcmu maliyyə resursları, tərəfdaşların əsas müqavilə öhdəlikləri üzrə bütün maliyyə öhdəlikləri çıxılmaqla, sözügedən Müqavilə üzrə müəyyən edilmiş 25 milyon ABŞ dolları məbləğində ümumi tələbə bərabərdir və ya ondan artıqdır.

b) İlik orta tikinti dövriyyəsi: Son beş il ərzində icrası davam edən və ya tamamlanmış müqavilələr üzrə alınmış cəmi təsdiqlənmiş ödənişlər əsasında hesablanan minimum orta illik tikinti dövriyyəsi 130 milyon ABŞ dolları təşkil etməlidir. Birgə Müəssisə halında, aparıcı üzv tələbin ən azı 40 faizini, hər bir tərəfdaş isə ən azı 25 faizini qarşılamalıdır.

c) Oxşar həcmli müqavilə təcrübəsi: 1 yanvar 2021-ci il və təkliflərin təqdim olunması üçün son tarix aralığında uğurla tamamlanmış, dəyəri 150 milyon ABŞ dolları olan bir müqavilədə podratçı, Birgə Müəssisə tərəfdaşı və ya subpodratçı kimi iştirak.

d) Oxşar xarakterli müqavilə təcrübəsi: Son 5 il ərzində aşağıdakı texniki tələblər üzrə podratçı, Birgə Müəssisə tərəfdaşı və ya subpodratçı kimi iştirak:

Ş Əsas dəmir yolu xəttinin minimum 50 km-lik hissəsində kontakt şəbəkəsi sistemlərinin təchizatı və quraşdırılması.

Ş Əsas dəmir yolu xəttinin minimum 50 km-lik hissəsində işarəvermə sistemlərinin təchizatı və quraşdırılması.

Ş Əsas dəmir yolu xəttinin minimum 5 stansiyasında rabitə sistemlərinin təchizatı və quraşdırılması.

e) İxtisaslaşdırılmış əsas fəaliyyət sahələri üzrə tikinti təcrübəsi:1 yanvar 2021-ci il tarixdən təkliflərin təqdim olunması üçün son tarixə qədər tamamlanmış yuxarıda qeyd edilən və ya digər müqavilələr üzrə aşağıdakı əsas fəaliyyət sahələrində minimum tikinti təcrübəsi tələb olunur. Bu təcrübə ya iddiaçının özü, ya da onun təklif etdiyi ixtisaslaşmış subpodratçı(lar) tərəfindən təmin edilə bilər.

Ş Dəmir yolu enerji təchizatı sistemlərinin layihələndirilməsi.

Ş Dəmir yolu işarəvermə sistemlərinin layihələndirilməsi.

Ş Dəmir yolu rabitə sistemlərinin layihələndirilməsi.

 

f) Tam qiymətləndirmə və ixtisas tələbləri üçün iddiaçılar tender sənədlərindəki tələblərə istinad etməlidirlər. Bu Tenderə Dəvət ilə Tender Sənədləri arasında hər hansı uyğunsuzluq yaranarsa, Tender Sənədləri üstünlük təşkil edəcəkdir.

g) Yerli iddiaçılara üstünlük tətbiq edilməyəcək.

5. Tender təkliflərinin qiymətləndirilməsi maliyyə və texniki meyarların çəki əmsalları (Merit Point) tətbiq edilməklə həyata keçiriləcəkdir. Texniki və maliyyə göstəriciləri üçün müvafiq olaraq 30:70 nisbətində çəki əmsalından istifadə edilməklə ümumi bal hesablanacaqdır.

6. Tenderqabağı görüşün keçirilməsi nəzərdə tutulmuşdur.

 

Tarix: 08 may 2026

Vaxt: Bakı vaxtı ilə saat 15:00

Yer: Distant (Görüşün MS Teams keçid linki görüşdən iki gün öncə tender sənədlərini alan iddiaçılara göndəriləcəkdir)

 

7. Tender sənədlərini əldə etmək və əlavə məlumat almaq üçün iddiaçılar saat 10:00-dan 17:00-dək (Bakı vaxtı ilə) aşağıdakı ünvana müraciət edə bilərlər.

 

LIQ-in Satınalma Komandası

Ünvan: Dilarə Əliyeva küçəsi 230

Mərtəbə/Otaq: 1-ci mərtəbə, otaq 163

Şəhər: Bakı

Poçt indeksi: AZ1010

Ölkə: Azərbaycan

Telefon: +994 12 499 44 95; +994 12 499 43 56  

E-poçt: [email protected]

8. Tender sənədlərini (ingilis dilində) almaq üçün maraqlı olan uyğun iddiaçılar:

Ş yuxarıdakı ünvana yazılı müraciət etməklə (şirkətin rəsmi blankında və səlahiyyətli şəxs tərəfindən imzalanmış) “ARESTP-BY-CW-01 – Biləcəri-Yalama dəmir yolu hissəsinin enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması üçün layihələndirmə və tikinti-quraşdıma işləri” üzrə tender sənədlərini istəməlidir.

Ş Bank köçürməsi vasitəsilə aşağıdakı bank rekvizitləri üzrə 200 ABŞ dolları və ya 340.00 AZN məbləğində geri qaytarılmayan ödəniş edilməlidir:

 

ABŞ dolları hesab məlumatları:

 

Müştərinin adı                  AZƏRBAYCAN DƏMİR YOLLARI QSC

Müştərinin hesab nömrəsi          38150018409345061205

Müştərinin IBAN-ı           AZ47IBAZ38150018409345061205

Müştəri VÖEN-i 9900007721

Müştəri nömrəsi              9345061

Bank adı                              ABB, NƏRİMANOV FİLİALI

Bankın VÖEN-i                  9900001881

Bankın SWIFT kodu         IBAZAZ2X

 

Xarici köçürmələr üçün müxbir banklar:

 

Müxbir hesab    04-164-504

Müxbir bank      DeutscheBank Trust Company Americas NY

SWIFT kod          BKTRUS33

 

Müxbir hesab    001-1-230521

Müxbir bank      JP Morgan Chase Bank, New York

SWIFT kod          CHASUS33

 

Müxbir hesab    36083186

Müxbir bank      Citibank NA, New York

SWIFT kod          CITIUS33

 

AZN hesab məlumatları:

 

Müştərinin adı                  AZƏRBAYCAN DƏMİR YOLLARI QSC

Müştərinin hesab nömrəsi          38050019449345061205

Müştərinin IBAN-ı           AZ57IBAZ38050019449345061205

Müştəri VÖEN-i                9900007721

Müştəri nömrəsi              9345061

Bank adı                              ABB, NƏRİMANOV FİLİALI

Bankın kodu                      805711

Bankın müxbir hesabı    AZ03NABZ01350100000000002944

Bankın VÖEN-i                  9900001881

Bankın SWIFT kodu         IBAZAZ2X

 

Ş Geri qaytarılmayan ödəniş edildikdən sonra, Sifarişçi tender sənədlərinin elektron variantını redaktə olunmayan fayl formatında (PDF) iddiaçıya göndərəcəkdir. Tender sənədlərinin çap olunmuş nüsxəsi  iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən elanda göstərilən ünvandan götürülə bilər və ya iddiaçının müraciəti əsasında, iddiaçı tərəfindən təşkil edilən kuryer vasitəsilə göndərilə bilər. Sifarişçi tender sənədlərinin itməsi və ya zədələnməsinə görə heç bir məsuliyyət daşımır.

9. Tender təklifləri təqdim edilməlidir:

Ş Ünvan: 4-cü mərtəbə, otaq 458, Dilarə Əliyeva küç. 230, Bakı, AZ1010, Azərbaycan Dəmir Yolları QSC-nin Baş ofisi

Ş Təqdimat üçün son tarix: 29 may 2026 (Bakı vaxtı ilə saat 15:00)

Ş Təkliflə birlikdə tender sənədində göstərilən Tender təklifinin Təminatı da təqdim olunmalıdır

10. Təkliflər müəyyən edilmiş tarix və vaxtdan dərhal sonra açılışda iştirak etməyi seçən iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır. Gecikmiş təkliflər qəbul edilməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13 və gələcəyin düşünən şəhərləri

08:20
19 May

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

08:15
19 May

WUF13-də Şanxay mükafatı təqdim olunacaq

08:10
19 May

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

08:05
19 May

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 86 nömrəli, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 157 nömrəli, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 22 may tarixli 237 nömrəli, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 23 mart tarixli 106 nömrəli, “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında” 2024-cü il 20 may tarixli 267 nömrəli, “Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 24 may tarixli 277 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 iyul tarixli 325 nömrəli və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 9 iyul tarixli 335 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

03:00
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” (Respublikanın Sumqayıt şəhəri üzrə) adlı təkrar müsabiqə keçirir

02:59
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” (Respublikanın Naftalan şəhəri və Astara, Şəmkir rayonları üzrə) adlı təkrar müsabiqə keçirir

02:59
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (respublikanın Naftalan şəhəri və Daşkəsən, Oğuz, Samux, Yardımlı, Füzuli rayonları üzrə) adlı təkrar müsabiqə keçirir

02:58
19 May

“Bank Respublika” ASC tərəfindən lombard krediti müştəriləri arasında keçirilən “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərinin SİYAHISI

02:57
19 May

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib 

23:59
18 May

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!