31 Yanvar 2014 02:01
421
Təhsil
A- A+
Təhsil Nazirliyində cari tədris ilinin qış imtahan sessiyasının gedişi müzakirə edilmişdir

Təhsil Nazirliyində cari tədris ilinin qış imtahan sessiyasının gedişi müzakirə edilmişdir

 

Yanvarın 30-da Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin qış imtahan sessiyasının gedişinə və nazirliyin "Qaynar xətt" xidmətinin fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Müvafiq ali təhsil müəssisələri prorektorlarının iştirak etdikləri konfransda Təhsil Nazirliyi informasiya şöbəsi müdirinin müavini və şöbənin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov nazirliyin "Qaynar xətt" xidmətinə daxil olan məlumatlar və onlarla bağlı həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, 2013-cü il dekabrın 25-dən 2014-cü il yanvarın 29-dək "Qaynar xətt" xidmətinə 2 min 789 telefon zəngi, sorğu və müraciət daxil olmuş və onlarla bağlı müvafiq tədbirlər görülmüşdür. Daxil olan məlumatlar əsasən diplomların gecikdirilməsi, təhsil haqqı və s. ilə bağlı olmuşdur.

Təhsil Nazirliyi elm və ali təhsil şöbəsi müdirinin müavini Yaqub Piriyev cari tədris ilinin qış imtahan sessiyası barədə məlumat vermişdir. Bildirilmişdir ki, cari tədris ilinin payız semestrinin qış imtahan sessiyasında Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 94 min 825 tələbə, digər müxtəlif nazirliklərə tabe olan universitetlərdə 20 min 567 tələbə, özəl ali məktəblərdə isə 19 min 127 tələbə iştirak edir. Ümumilikdə qış imtahan sessiyasında 134 min 519 tələbə iştirak edir.

İmtahanların müvafiq qaydalara uyğun və mütəşəkkil şəkildə  keçirilməsi üçün lazımi tədbirlər görülmüşdür. İmtahanlar davam edir.  

Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov, Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yahudov, Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev, Azərbaycan Tibb Universiteti tədris şöbəsinin müdiri Nəsimi Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov təmsil etdikləri ali təhsil müəssisələrində qış imtahan sessiyasının gedişi ilə bağlı fikirlərini diqqətə çatdırmışlar.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır. 

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!