15 İyun 2025 09:35
686
İQTİSADİYYAT
A- A+
Taxıl biçini ilə bağlı növbəti regional müşavirə Lənkəranda keçirilib

Taxıl biçini ilə bağlı növbəti regional müşavirə Lənkəranda keçirilib


Bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyaları davam edir. 

Lənkəranda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, "Aqroservis" ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun aqrar sektorunda görülən işləri, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırıb. O, bölgənin aqrar potensialından bəhs edib, ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini, bunun nəticəsində digər sahələr kimi, aqrar sahənin də dinamik inkişaf etdiyini vurğulayıb. İcra başçısı əlavə edib ki, bu sahənin inkişafının təmin edilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən müvafiq qurumlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar üçün əlverişli şərait yaradılır.

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Kənd təsərrüfatının, o cümlədən də strateji sahə olan taxılçılığın inkişafı məqsədilə mühüm islahatlar keçirilir. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün subsidiyaların verilməsi, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin verilməsi aqrar sektorun dayanıqlı inkişafına real zəmin yaradır. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün taxılçılığın inkişaf etdirilməsinin əsas hədəflərdən olduğunu deyən Elçin Zeynalov bildirib ki, taxılın vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət mühüm əhəmiyyət kəsb edir.  

"Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, hər il olduğu kimi, bu il də bölgələrdə taxıl biçini prosesinin mütəşəkkil təşkili üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilib. Mehman Veysəlov bildirib ki, görülən işlər taxıl biçininin optimal müddətdə başa çatdırılmasına imkan verir. 

Müşavirədə qeyd olunub ki, bu il Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarında ümumilikdə 17 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət həyata keçirilir.

Müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

Bu il 250-dək yeni dövlət standartı qəbul edilib  

19:21
10 Dekabr

Azərbaycanın xarici işlər naziri Macarıstana işgüzar səfərə gedib  

19:17
10 Dekabr

İƏİT ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

19:11
10 Dekabr

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib  

19:06
10 Dekabr

Böyük Britaniya ilə biznes, investisiya və ticarət üzrə işbirliyinin möhkəmləndirilməsi müzakirə olunub  

19:01
10 Dekabr

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfransın ikinci günü müzakirələrlə davam edib  

18:59
10 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa  

18:56
10 Dekabr

Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb  

18:51
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!