24 Dekabr 2023 09:25
485
SİYASƏT
A- A+
Tariximizin qızıl dövrü

Tariximizin qızıl dövrü

 

Böyük şəxsiyyətlərin, həyatını vətəninin və xalqının xoşbəxtliyi, işıqlı gələcəyi üçün mübarizələrə sərf edən hər bir insanın doğum günü unudulmaz tarixdir. Çünki həmin gün sonrakı illəri mənalandıran, insanlığı ucaldan, xalqa, dövlətə qələbələr, xoş günlər bəxş edəcək bir səhifədir və bu səhifələr yeni nizamda, yeni ruhda yazıldıqca ömrə səadət, nəslə şan-şöhrət, xalqa, dövlətə şərafət bəxş edir.
Ulu Öndərimiz Heydər Əliyev xatırladırdı: "Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər". Bu ifadələrin müəllifinin özünün həyatı, fəaliyyəti məhz bu baxımdan nümunədir və o, xalqının varlığını, tarixini, dilini, dinini, milli- mənəvi dəyərlərini yaşatmaq, dünyaya sübut etmək, çatdırmaq üçün həyatını əsirgəmədi. Buna görə də Ümummilli Liderimizin doğum günü nəinki xalqımız, dünyanın sülhsevər dövlətləri, türk dünyası tərəfindən ehtiramla qeyd edilir. Çünki Ulu Tanrı Heydər Əliyevi Azərbaycana xilaskar bir varlıq, uzaqgörən rəhbər, sədaqətli vətəndaş, mehriban insan kimi bəxş etməsəydi və belə müqəddəs bir ailədə İlham Əliyev kimi bir insan dünyaya gəlməsəydi, böyüyüb boya-başa çatıb ölkə Prezidenti, Ali Baş Komandan səviyyəsinə yüksəlməsəydi, Azərbaycanın bu günündən, həm də gələcəyindən danışmaq mümkün deyildi.
Heydər Əliyev kimi, İlham Əliyevin də anadan olduğu gün xalqımızın şərəfli tarixidir. Bu tarix mənalı, dəyərli olduğu qədər də çətinliklərlə, ağrı-acılarla doludur. Bu tarixin iki səhifəsinə nəzər salaq: Cənab İlham Əliyev 50 yaşını Ağcabədidə - Laçın köçkünlərinin məskunlaşdığı qəsəbədə qeyd etdi. İnsanlara yeni evlər verdi, onların təkliflərini, arzularını dinlədi, dərdlərini bölüşdü. Hiss olunurdu ki, Prezidentimiz narahatdır, bir gözü gülsə də, bir gözündən də kədər, qüssə duyulurdu. Çünki torpaqlarımız işğal altında idi, düşmən Laçında at oynadırdı, meydan oxuyurdu. Ölkə rəhbəri isə Laçından uzaqlarda onun sakinlərinə təskinlik verir, Laçının mütləq geri qayıdacağını vəd edir, gənclərin, qocaların ruhunu dindirir, dərdlərinə məlhəm qoyurdu. Dövlət başçısı ad gününü laçınlılarla bir yerdə keçirməkdən, onları dinləməkdən məmnun olduğunu bildirməklə bərabər, görüş zamanı öz sözü, inamı ilə köçkün ailələrinin qəlbində bir ümid çırağı yandırırdı. Laçın rayonunun tanınmış ağsaqqalı Cənnət kişi həmin anları dəfələrlə xatırlayaraq söyləyirdi: "Cənab Prezidentin doğum günündə mənə qonaq olması, vəziyyətimdən hal-əhval tutması, inamlı kəlmələri, torpaqlarımızın mütləq qaytarılacağı haqqında ümidverici sözləri heç vaxt unudulan deyil və həmin an mən özümü doğma Laçında, od-ocağımda hiss etdim. İlham Əliyev çox qətiyyətli idi, özünə güvənirdi və xalqına arxalandığını söyləyirdi. O vaxt mən qəti şəkildə inandım ki, Laçın mütləq düşməndən azad ediləcək və biz öz ata-baba torpaqlarımıza qayıdacayıq". Cənnət kişiyə Laçına getmək qismət olmasa da, onun nəvələri, oğlu, qızı o torpağın nəfəsini duyur, yurdlarını ziyarət edir, ağsaqqallarının ruhunu sevindirirlər.  
Ölkə rəhbəri o vaxt elə belə vəd verməmişdi. O, özünün dediyi kimi, nəyi nə vaxt, necə edəcəyini yaxşı bilirdi və öz gücünə, qüdrətinə, düşünülmüş planlarının yerinə yetiriləcəyinə inanırdı. Cənab İlham Əliyev 60 yaşını doğma Şuşamızda -  düşmən tərəfindən dağıdılan və uzun illər yağıların əzablarına qatlaşan, igid əsgər və zabitlərimizin unudulmaz qəhrəmanlığı sayəsində azad edilən tarixi torpağımızda, möhtəşəm qalamızda qeyd etdi.    
Prezidentimiz həmin gün dünyanın ən xoşbəxt insanı, dövlət rəhbəri, Ali Baş Komandanı təsiri bağışlayırdı və bu, qürurverici idi. Çünki dövlət başçısı ən müqəddəs bir vəzifəni, borcu yerinə yetirmişdi O, on milyondan çox əhalisi olan Azərbaycana yeni bir həyat, vətəndaşlara qürur, şan-şöhrət, bəxtiyarlıq bəxş etmişdi. 
İlham Əliyev öz hünəri, cəsarəti, uzaqgörənliyi ilə düşməni, faşistlərə havadarlıq edənləri mat qoymuş, türk dünyasına misilsiz qəhrəmanlıq nümayiş etdirmişdi. O, atasının - Ümummilli Liderimizin vəsiyyətinə əməl etmiş, xalqı qarşısında ən müqəddəs vəzifəni yerinə yetirmişdi.
Prezidentin builki ad günü əlamətdar dövrə təsadüf edir. 2023-cü il İlham Əliyev və bütün Azərbaycan xalqı, türk dünyası üçün əziz və müqəddəs olan bir insanın, dahi şəxsiyyətin - Heydər Əliyevin yüzilliyi - "Heydər Əliyev İli"dir. Bu il cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başlamasının 20 illiyidir. Torpaqlarımızdan erməni separatçılarının ayağının kəsilməsi, suverenliyimizin tam bərpa olunması, Xankəndidə, Xocavənddə, Ağdərədə, Xocalıda bayrağımızın ucaldılması ilidir. Bu il Zəfərimizin zirvəsi, qələbəmizin parlaq təntənəsi ilidir. 
Azərbaycan xalqı öz Prezidentinin uzaqgörən siyasəti, qətiyyəti sayəsində nəinki döyüş meydanında, eləcə də beynəlxalq aləmdə, dünya ölkələri ilə əməkdaşlığın möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, sosial rifahın yaxşılaşdırılmasında, sülhün, əmin-amanlığın möhkəmləndirilməsində, ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında, vətəndaş həmrəyliyinin təmin edilməsində böyük uğurlara imza atıb.  Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfədən, valyuta ehtiyatımız 37 dəfədən çox artıb. Sosial sahədə çox mühüm dövlət proqramları, əhəmiyyətli layihələr həyata keçirilib. İşsizlik 55 faizdən 5 faizə enib. Minimum pensiyalar 14, orta aylıq pensiyalar 18, yaşa görə orta aylıq pensiyalar 19, əlilliyə görə orta aylıq pensiyalar 14, ailə başçısını itirməyə görə orta aylıq pensiyalar 19 dəfə artıb. 4 milyondan çox vətəndaşı əhatə edən sosial islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin məbləği 7 milyard manata yaxındır. Ölkədə 3250-dən çox məktəb, 800-ə yaxın səhiyyə müəssisəsi, çoxsaylı idman-olimpiya mərkəzləri, ictimai və yaşayış binaları, mədəniyyət ocaqları tikilib istifadəyə verilib. 21 min kilometr yol çəkilib. Regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı uğurla həyata keçirilib. İşğaldan azad olunmuş ərazilərin bərpasına 12 milyard vəsait sərf edilib və bu ərazilərdə möhtəşəm tikinti, bərpa, təmir, abadlıq işləri uğurla davam etdirilir.
Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilib. Prezident bir çox beynəlxalq təşkilata rəhbərlik edir. Avropanın enerji təhlükəsizliyinə töhfələr verən, nəqliyyat infrastrukturunu ildən-ilə genişləndirən, alternativ enerji ehtiyatları yaradan ölkəmiz dünya ölkələri arasında önəmli yer tutması ilə seçilir.
Azərbaycan xalqına isə hörmətli Prezidentimizə, mətanətli Ali Baş Komandanımıza cansağlığı, fəaliyyətində uğurlar, daha böyük qələbələr arzulamaq qalır. Əminik ki, xalqımız, türk dünyası, sülhsevər bəşəriyyət, dünyanı azad, insanları xoşbəxt, gələcəyimizi işıqlı görmək istəyən hər bir kəs bizim təbriklərimizə qoşulmaq arzusundadır və ürəkdən gələn bir səslə demək istəyir: Cənab İlham Əliyev, ad gününüz mübarək! Allah Sizi qorusun!    

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!