03 Aprel 2025 08:55
710
Mədəniyyət
A- A+
Tarixi şəxsiyyətlər unudulmurlar

Tarixi şəxsiyyətlər unudulmurlar


Öz xalqına xidmət edib əbədiyaşarlıq ömrü qazanan müdrik insanlar illər, əsrlər keçsə də, unudulmurlar. Onların xatirəsi həmişə hörmətlə yad edilir... Görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanov da adını tarixin yaddaşına yazan böyük səxsiyyətlərdəndir. Vəfatından, eləcə də yeganə övladı Nəcəfə ünvanladığı "Bitməmiş məktub"u yazmasından bir əsr ötür... 

Nəriman Nərimanovun anım günündə xatirə muzeyində keçirilən tədbir də belə adlanırdı - "Bitməmiş məktub və nakam ömür"... 

N.Nərimanovun həyatı mənalı və keşməkeşli olub. Savad, bilik əldə etmək arzusundan doğan təhsil illərindən maarif və mədəniyyətin tərəqqisi uğrunda mübarizəyə, müstəqil fəaliyyət göstərə bilmək üçün həkimlik sənətinə yiyələnmək cəhdindən, siyasi mübarizəyə aparan yolun hər addımı anbaan kamilliyə doğru can atmanın bariz nümunəsidir. Elə bu səbəbdən də Nəriman Nərimanovun  Bakıda fəaliyyət göstərən xatirə muzeyi tarixi şəxsiyyətin  doğum və anım günlərində onun şəxsiyyətinə və zəngin irsinə dəyər verən insanların görüş yerinə çevrilib. 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın professoru, tarix üzrə elmlər doktoru Həvva Məmmədova, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın Tarix kafedrasının müdiri, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, akademiyanın dosenti, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova, N.Nərimanov irsinin tədqiqatçısı, professor Teymur Əhmədovun oğlu Füzuli Əhmədov, Azərbaycan Milli Tarix Muzeyinin Beynəlxalq əlaqələrlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, eyni zamanda həmin muzeyin baş fond mühafizi Afət Kərimova, Əməkdar mədəniyyət işçisi Nailə Rəhimova, A.Şaiqin mənzil-muzeyinin müdiri Ülkər Talıbzadə, KİV nümayəndələri, tələbələr və digər  qonaqlar iştirak edirdilər.

Giriş sözü ilə tədbiri açan xatirə muzeyinin direktoru Ləman Hüseynova qonaqları salamlayaraq  sözü tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovaya verdi. O, öz çıxışında N.Nərimanovun ömrünün mühüm hissəsinin qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçməsindən, milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətindən xalqımızın mənafeyini ömrünün son anınadək  müdafiə etməsindən bəhs etdi. 

Tədbirdə ilk dəfə olaraq qonaqlara N.Nərimanovun oğlu Nəcəfə və onun simasında gələcək nəsillərə xitabən yazılmış "Bitməmiş məktub" - əlyazmasının əsli təqdim edildi. Həmin həyəcanlı dəqiqələrdə dahi mütəfəkkirin qələmi ilə yazılmış, zaman keçdikcə saralıb solmuş əlyazmanın məzmunu 189-190 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Ləman Hacıyevanın ifasında səsləndi. 

Dahi mütəfəkkirin və oğlu Nəcəfin həyatının mühüm mərhələsini  özündə əks etdirən videoçarxı  tədbir iştirakçıları maraqla seyr etdilər. 

Çıxış edənlər tədbirin tariximizi öyrənmək, şəxsiyyətlərimizin miras qoyub getdikləri zəngin irsdən düzgün faydalanmağın əhəmiyyətindən danışdılar.

Tədbirdə muzeyin fonduna yeni daxil olan tədqiqat əsərləri, kitab, qəzet, jurnallar və N.Nərimanovun müxtəlif illərdə çəkilmiş portretlərindən ibarət sərgi nümayiş etdirildi.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!