26 İyun 2025 08:25
647
SİYASƏT
A- A+
Tarix yazan Şanlı Ordu

Tarix yazan Şanlı Ordu


Qlobal siyasətdə hakimiyyət uğrunda mübarizə gedir. Bu mübarizədə olduqca vacib amil kimi çıxış edən məsələ gücdür. Beynəlxalq arenada güc potensial rəqiblərə və ya tərəfdaşlara təsir göstərməklə bir millətin maraqlarını qorumaq üçün istifadə olunur. Millət və dövlət üçün mövcud olan ən mühüm güc aləti isə hərbi gücdür. Hans Morgenthaunun fikrincə, təhdid və ya potensial kimi silahlı güc bir millətin siyasi gücünü təmin edən ən mühüm maddi amildir. Gücün digər elementləri, şübhəsiz ki, vacibdir və milli maraqların təmin edilməsinə töhfə verə bilər, lakin dövlətlər anarxiya şəraitində mövcud olduqları müddətdə görünür hərbi güc beynəlxalq siyasətdə həlledici rol oynamağa davam edəcək. 

Cənab Prezident İlham Əliyev də hər zaman bildirir ki, dünyada beynəlxalq hüquq, onun norma və prinsipləri deyil, güc hökm sürür. Hansı aktor güclüdürsə, onun da maraqları təmin olunur.

Hərbi gücün yaradılması dövlətlərin həm maddi, həm də insan resursundan asılıdır. Maddi baza, maliyyə, texnologiya və insan kapitalı, şübhəsiz ki, ölkənin hərbi güc yaratmaq qabiliyyəti üçün vacibdir, lakin dövlətin həmin resurslardan istifadə üsulları da eyni dərəcədə vacibdir. Hərbi gücdən düzgün istifadə bir dövlətin bütün maraqlarını qoruyacağına zəmanət vermir, lakin ondan düzgün istifadə edilməməsi də digər alətlərin üzərinə böyük yük qoya və dövlətin öz məqsədlərinə çatmasını qeyri-mümkün edə bilər. Bu baxımdan hərbi gücə xarici siyasət aləti kimi baxılır. Gücün düzgün istifadə edilməsi ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və bacarıqlarından da çox asılıdır.

Ordunun önəmi Azərbaycan torpaqlarını itirəndə, xalqımıza qarşı soyıqırımı siyasəti tətbiq olunanda və döyüş qabiliyyətimiz bizə bilərəkdən, şüurlu şəkildə unutdurulanda daha da önə çıxdı. Birinci Qarabağ savaşında məğlubiyyətimiz bizi yenidən güclü ordu yaratmağa sövq etdi. Lakin vacib olan bir digər məqam o idi ki, ordu üçün güclü iqtisadiyyat lazım idi. Bu maliyyələşdirmə üçün lazım olduğu qədər, həm də istədiyini əldə etmək yolunda motiv qismində çıxış edirdi. O da dəqiqdir ki, təhlükəsizlik, hərbi xərclər, silah sənayesi, hərbi əməliyyatlar və müdafiə xərcləri iqtisadi göstəricilərlə birbaşa bağlıdır. Bunu yaxşı bilən Ümummilli Lider Heydər Əliyev ilk olaraq Azərbaycan iqtisadiyyatının yenidən dirçəldilməsi yolunu tutdu. Yola çıxılan digər məsələ unutdurulan döyüş qabiliyyətinin bərpası məsələsi idi. Ordunun əsgər və zabit potensialı artırılmalı, xalqla ordu arasında olan dərin uçurum, xalqın orduya olan inamsızlığı aradan qaldırılmalı idi. Bu yolda Ulu Öndər Heydər Əliyevin idarəçiliyində keçmişin təcrübəsi var idi. Belə ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra bu dahi şəxsiyyətin əvəzsiz xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə start verildi. Ordunun özəyi insan kapitalı olduğundan əminliklə deyə bilirik ki, silahlı qüvvələrimizin inkişaf yolu da birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu tarix Əlahiddə Azərbaycan Korpusunun yarandığı gündür. Silahlı Qüvvələr Günü bütün ölkə üzrə birlik üçün katalizator rolunu oynayır, mülki şəxslər və hərbi personala qarşılıqlı hörmət və anlaşma şəraitində əlaqə yaratmaq imkanı verir. İstər paradlar, istər icma tədbirləri, istərsə də hərbi tarixlə bağlı müzakirələr günün anlam və önəmi baxımından vacibdir. 

Şanlı ənənənin dirçəldilməsi 44 günlük Vətən müharibəsindən sonra daha yüksək zirvələrə qalxdı. Çünki ötən dövr ərzində Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ordu quruculuğu məsələsi hər zaman diqqət mərkəzində saxlanılıb. Xalqından heç nəyi gizlətməyən dövlət başçımız bildirirdi ki, keçmiş Qarabağ münaqişəsinin hərbi həll variantı yoxdur fikri bizə təlqin edilməyə çalışılsa da, biz bununla barışmırdıq. Məhz bu barışmaz mövqeyimizin nəticəsi idi ki, istər 44 günlük Vətən savaşında, istərdə də antiterror əməliyyatlarında Azərbaycanın əsgər və zabitlərinin sadəcə fiziki deyil, mənəvi və psixi baxımından da yüksək səviyyədə yetişdirildiyi sübut olundu.

Prezident İlham Əliyevin bildirdiyi kimi: "Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik". Dünyanın müxtəlif ölkələrinin hərbi məktəblərinin dərsliklərinə, ABŞ-nin Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərinə Azərbaycan Ordusunun 44 günlük periodda göstərdiyi qəhrəmanlığın daxil edilməsi, ordumuzun düşməni 10 min fərari vermək reallığı ilə üz-üzə qoyması vaxtilə alnımıza vurulan məğlub damğasının silinməsinə xidmət edirdi. 

Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir ordularından biridir. Müzəffər Ali Baş Komandanın yürütdüyü ardıcıl siyasətin nəticəsidir ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında qərarlaşıb.

Vaxtilə sərmayənin az olması səbəbindən müdafiə hazırlığımızın zəifləyən mövqeyi bu gün cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması reallığı ilə əvəzlənib. Azərbaycan müdafiə sənayesi məsələsində özünü təmin edən ölkə kimi əzmlə irəliləyir. Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsulun istehsal edilməsi, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan hərbi məhsullarının nümayiş olunması bu amalın əyani göstəricisidir. Əsas diqqət edilən məqamlardan biri ölkənin müdafiə təhlükəsizlik xərclərinə ayrılan vəsaitin bu sahəni tam təmin etməsidir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bununla yanaşı, hərbi qulluqçularımızın sosial-məişət şəraiti yaxşılaşdırılır, onların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesi davam etdirilir. 

Azərbaycan Ordusu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və digər ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Xarici siyasətdə önəmli prioritetlərdən olan ordu quruculuğu strategiyası davam etdirilir. Türkiyə, Pakistan, İsrail kimi mühüm tərəfdaşlarla bu istiqamətdə atılan addımlar son dərəcə önəmlidir. Türkiyə ilə birgə təlimlərin keçirilməsi, bu sahədə bilik və bacarıqların sistemli şəkildə və dərindən mənimsənilməsi, Şuşa Bəyannaməsinin icrası ondan xəbər verir ki, Azərbaycan Ordusu daim modernləşdirilir. 

Silahlı Qüvvələrimiz milli müdafiəni təmin etmək kimi şərəfli bir işi çiyinləri üzərinə götürüb və bu məsuliyyətli işin öhdəsindən uğurla gəlir. 44 günlük Vətən müharibəsində xalqımızın orduya olan dəstəyi, məhəbbəti bütün dünyanı heyrətə gətirdi. Həyatları boyu Qarabağı görməyən gənclər döyüş meydanına yollanmaq üçün hərbi komissarlıqların önündə növbəyə düzüldülər. Ölkə ərazisində sıx şəkildə xalq-dövlət-ordu birliyi hökm sürdü. Bu inam və etimadı yaradan amil isə cənab Prezident İlham Əliyevin illərə söykənən əməyi oldu. 44 günlük Vətən müharibəsinin hər xırda detalı barədə xalqını məlumatlandıran Liderimizin hər çıxışı, hər ifadəsi və sözü uşaqdan-böyüyə hamının dillər əzbərinə çevrildi. Xalq bir daha əmin oldu ki, onun torpaq susuzluğunun öhdəsindən məhz Ümummilli Liderimizin yetişdirməsi olan, onun siyasi kursunu layiqli şəkildə davam edən Prezident İlham Əliyev gəldi. Məhz xalqına arxalanan Müzəffər Ali Baş Komandan qürurla bildirdi: "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi". 

Dünyanın ən güclü orduları arasında qərarlaşan Azərbaycan Ordusu təqvimin şanlı 26 iyun tarixini artıq alnıaçıq, başıdik şəkildə qeyd edir. Azərbaycan Ordusu sadəcə torpaqlarımızı işğaldan azad etmədi, eyni zamanda bu şanlı ordu regionumuzda kök salan yalan və uydurma mifləri, zəhərli ideologiyanı məhv etdi. 


Azər BADAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!