12 İyun 2026 08:45
271
İQTİSADİYYAT
A- A+
TANAP-ın istifadəyə verilməsindən 8 il ötür

TANAP-ın istifadəyə verilməsindən 8 il ötür


Azərbaycanla Türkiyənin birgə layihəsi bütün Avrasiya məkanına fayda gətirir


"Cənub qaz dəhlizi" artıq doqquzuncu ildir fəaliyyət göstərir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bu möhtəşəm layihə bir neçə seqmentdən ibarətdir və onlar mərhələli şəkildə istifadəyə verilib. Bu gün dəhlizin bel sütunu adlandırılan TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) işə düşməsindən 8 il keçir.    

"Cənub qaz dəhlizi" qlobal layihədir. Burada söhbət yeni mənbədən və yeni marşrutla Avropaya qaz ixrac edən dəhlizdən gedir. Bu dəhlizin seqmentləri  "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsini, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsini, TANAP-ın və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişini əhatə edirdi. İlk iki seqmentin - "Şahdəniz-2"dən qazın əldə olunmasının və CQBK-nın genişləndirilməsinin başa çatdırılması layihənin 2018-ci il mayın 29-da rəsmi açılışını etməyə imkan verdi. 

Növbəti hissə TANAP-dır  ki, onun da  istifadəyə verilməsi 2018-ci il iyunun 12-də baş tutdu. TANAP Azərbaycandan İtaliya torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ikinci və ən böyük hissəsidir. Onu bu möhtəşəm enerji dəhlizinin birləşdirici halqası, onurğa sütunu da adlandırırlar.

TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulmuşdur. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak etmişlər.

Kəmərin təməlinin qoyulması uzunmüddətli danışıqlardan konkret işlərə keçmək demək idi. Axı TANAP-ın salnaməsi hələ bu hadisədən xeyli əvvəl başlanmışdı. 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə hökumətlərarası saziş imzalamışdılar.

Həmin vaxtdan da layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün detalları nəzərdən keçirilmişdi. 2014-2015-ci illər TANAP üçün çox məsuliyyətli bir fəaliyyət dövrü olmuşdu.

TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır.              

Bu kəmər Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a qovuşur. Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir.

Enerjinin İpək yolu sayılan TANAP Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlanıb. TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi isə  2019-cu il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində keçirilib. Həmin tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin əhəmiyyətini belə vurğulayıb: "TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür. Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb".

 TANAP Azərbaycanla  Türkiyənin birgə layihəsidir. Lakin bu xətt  təkcə iki ölkə və region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir.

Bu gün Azərbaycan 16 ölkəyə qaz ixrac edir və bu, son hədd deyil. Uzun ixrac yolları isə  Türkiyədən  - TANAP-dan keçir.

Deyilənlərə onu da əlavə etmək istədik ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycan xarici ölkələrə 6,5 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 8,3 faiz artım deməkdir. İxracın istiqamətləri isə belədir: Avropa - 3 milyard kubmetr, Türkiyə - 2,4 milyard kubmetr (bunun 1,5 milyard kubmetri TANAP vasitəsilə), Gürcüstan - 0,8 milyard kubmetr, Suriya - 0,3 milyard kubmetr. Bu dövrdə ölkədə ümumi qaz hasilatı 12,6 milyard kubmetr təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xaricə təbii qaz ixracı 8,416 milyard kubmetr olub. 

Yeni karbohidrogen yataqları işə düşdükcə və "yaşıl enerji" layihələri mavi yanacağa qənaət etməyə  imkan verdikcə ixrac daha da artacaq. Prezident İlham Əliyev ötən illərdəki çıxışlarının birində bu barədə demişdir: "Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı. Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən "yaşıl enerji" gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib  

12:09
16 İyun

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir  

12:08
16 İyun

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir  

12:07
16 İyun

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

12:06
16 İyun

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb  

11:58
16 İyun

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib  

11:57
16 İyun

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

11:48
16 İyun

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək  

11:42
16 İyun

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq  

11:41
16 İyun

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

11:38
16 İyun

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır  

11:31
16 İyun

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

11:26
16 İyun

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir  

11:16
16 İyun

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur  

11:11
16 İyun

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir 

11:07
16 İyun

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb  

11:01
16 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:58
16 İyun

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

10:47
16 İyun

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

10:46
16 İyun

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

10:41
16 İyun

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

10:39
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!