16 May 2025 09:10
408
DÜNYA
A- A+
Tamam, yoxsa davam

Tamam, yoxsa davam


Ukrayna və Rusiya arasında İstanbulda keçirilən danışıqlar bu suala nə cavab verəcək?


Rusiya nümayəndə heyəti Ukrayna ilə birbaşa danışıqlarda iştirak etmək üçün cümə axşamı İstanbula gəlib. Prezident Vladimir Putin isə ukraynalı həmkarı Volodimir Zelenski ilə təkbətək görüşdən imtina edib. 

Nümayəndə heyətləri arasında danışıqlar yerli vaxtla dünən saat 10:00-da Türkiyə Prezidentinin İstanbuldakı Dolmabaxça ofisində başlamalı idi. Lakin sonradan görüş günün ikinci yarısına təxirə salındı.

Rusiya nümayəndə heyətinə 2022-ci ilin martında İstanbulda keçirilən ilk uğursuz danışıqlarda olduğu kimi, V.Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. İstanbula Medinskidən başqa RF xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Hərbi Kəşfiyyatının (QRU) rəhbəri İqor Kostyukov gəliblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun isə Türkiyəyə səfəri nəzərdə tutulmayıb.

Kreml nümayəndə heyətinin tərkibini elan etməzdən əvvəl V.Zelenski bildirib ki, gələcək hərəkətlərə qərar verməzdən əvvəl yekun siyahını gözləyir. Ukrayna lideri Kiyevin Türkiyədə danışıqların formatı ilə bağlı bir neçə görüş keçirdiyini deyərək əlavə edib: "Mən Rusiyadan kimin gələcəyini gözləyirəm, ondan sonra Ukraynanın hansı addımlar atmalı olduğunu müəyyən edəcəm".

Nəhayət, Rusiya təmsilçilərinin adları bəlli olduqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ankara hava limanına enib. Zelenski Türkiyəyə gəldikdən dərhal sonra aeroportda qısa mətbuat konfransı keçirib. "Prezident Ərdoğanla, bütün geniş türk heyəti ilə görüşlərə başlayacağıq. Amerika tərəfi ilə əlaqə saxlayırıq və düşünürəm ki, onlar da Türkiyədə yüksək səviyyədə olacaqlar. Gəlin rusların səviyyəsinə baxaq, bu, hələ rəsmi olaraq bəlli deyil, amma gördüyümüz kimi, bu, daha çox butafor səviyyəyə bənzəyir. Baxaq, onların qərar qəbul etmək mandatı varmı?" - deyə V.Zelenski bildirib və əlavə edib ki, onun növbəti addımları R.T.Ərdoğanla görüşündən sonra bəlli olacaq. Zelenski həmçinin vurğulayıb ki, "gözlənilən ədalətli sülhə doğru hər hansı qərar qəbul etmək" üçün Ukraynadan "ən yüksəksəviyyəli" nümayəndə heyəti, o cümlədən Xarici İşlər Nazirliyinin, Prezident Ofisinin, hərbçilərin və bütün kəşfiyyat növlərinin nümayəndələri gəliblər.

Dünən günortadan sonra Volodimir Zelenski Ankaradakı prezident kompleksində prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra Ukraynanın Ankaradakı səfirliyinə gələrək mətbuat konfransı keçirib. O, Ankaradakı görüşü "yaxşı və məhsuldar" adlandırıb.

Ukrayna lideri qeyd edib ki, Ərdoğanla görüşdə "əsas diqqət sülhün və təhlükəsizliyin təmin edilməsi olub". 

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarını dəyərləndirən V.Zelenski Rusiyanın Türkiyəyə yüksəksəviyyəli nümayəndə heyəti göndərmədiyini təəssüflə qeyd edib.

Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyətini İstanbula göndərmək qərarına gəldiyini açıqlayan Prezident əlavə edib: "ABŞ Prezidenti Trampa və Türkiyə Prezidenti Ərdoğana hörmət olaraq İstanbula nümayəndə heyəti göndərmək qərarına gəldik".

V. Zelenski bu qərarı atəşkəsi təmin etmək və müharibəyə son qoymaq üçün verdiyini də bildirib. Prezident Ərdoğanla görüşdə Zelenski Ukrayna nümayəndə heyətinin mayın 16-da Türkiyə və ABŞ nümayəndə heyətləri ilə gözlənilən danışıqları müzakirə etdiklərini deyib: "Amerika, Türkiyə və Ukrayna qrupları  görüş keçirəcək".

Zelenski vurğulayıb ki, ilk növbədə qeyd-şərtsiz atəşkəs təmin edilməlidir: "Hesab edirəm ki, bütün tərəflər danışıqlara hazır olduqlarını nümayiş etdirməlidirlər. Fikrimcə, ilk addım qeyd-şərtsiz atəşkəs olmalıdır".

İstanbuldakı danışıqlarda atəşkəsin təmin edilməsi üçün ilk addımın atılmasının lazım olduğunu qeyd edən Zelenski bildirib:  "Prosesə başlamasaq, müharibə uzun illər uzana bilər".

Son məlumata görə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar mayın 16-da İstanbulda başlayacaq.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!