12 Noyabr 2026 18:26
144
Elm və texnika
A- A+
Suyu cəmi beş dəqiqəyə təmizləyən mikrokapsullar hazırlanıb  

Suyu cəmi beş dəqiqəyə təmizləyən mikrokapsullar hazırlanıb  


Moskva Politexnik Universitetinin və Rusiya Elmlər Akademiyasının Nəzəri və Eksperimental Biofizika İnstitutunun alimləri sənaye tullantı sularındakı flüoresan uranin boyaq maddəsinin qalıqlarını cəmi beş dəqiqəyə təmizləyə bilən polimer mikrokapsullar hazırlayıblar. Bu barədə Moskva Politexnik Universitetinin mətbuat xidməti TASS-a məlumat verib.

Tədqiqatın müəlliflərindən biri, biologiya elmləri namizədi, universitetin dosenti Aleksandr Kimin sözlərinə görə, uranin molekulları suda mənfi, mikrokapsulun polimer strukturundakı qruplar isə müsbət yüklüdür. Bu yüklər arasındakı elektrostatik qarşılıqlı təsir boyaq maddəsinin polimerə bağlanaraq kapsulun daxilində qalmasını təmin edir.

Alim mikrokapsulları kiçik süngərə bənzədib. Onun sözlərinə görə, su kapsulun daxilinə sürətlə nüfuz edir və boyaq maddəsinin polimerlə birləşməsi üçün çox vaxt tələb olunmur. Texnologiya əsasən tekstil, poliqrafiya və kosmetika müəssisələrində tullantı sularının son mərhələdə təmizlənməsi üçün nəzərdə tutulub. Məqsəd su çaylara və göllərə axıdılmadan əvvəl boyaq maddələrinin konsentrasiyasını icazə verilən səviyyəyədək azaltmaqdır.

Laboratoriya sınaqlarında mikrokapsullar uraninin 98-100 faizini sudan təmizləyib. Onlar ən yaxşı nəticəni pH göstəricisi 3-7 arasında olan neytral və zəif turş mühitdə göstərib. Bu isə tullantı sularının əlavə turşulaşdırılmasına və ya qələviləşdirilməsinə ehtiyac olmadığını göstərir. Hər bir mikrokapsulun ölçüsü təxminən 4,5 mikrometrdir. Bu, insan saçının qalınlığından təxminən 15 dəfə kiçikdir. Kapsullar üzvi həlledicilərdən istifadə edilmədən suda hazırlanır. Bunun üçün kalsium-karbonatın kiçik hissəciyinin üzərinə növbə ilə əks yüklü iki polimerin qatları çəkilir. Daha sonra həmin hissəcik həll edilir və nəticədə su ilə zəngin hidrogel polimer strukturu əldə olunur. Aleksandr Kim bildirib ki, mikrokapsullar suyun son mərhələdə əlavə təmizlənməsi üçün istifadə oluna bilər. Digər sorbentlərlə emaldan sonra suda qalan az miqdarda uraninin belə bu texnologiya vasitəsilə tamamilə təmizlənməsi mümkündür.

Yeni materialın müəyyən məhdudiyyətləri var. Mikrokapsulların maksimal sorbsiya tutumu hər qram material üçün təxminən 12 milliqram boyaq maddəsi təşkil edir. Bu göstərici bir çox mövcud sorbentlərlə müqayisədə aşağıdır. Buna görə də texnologiya yüksək dərəcədə çirklənmiş tullantı sularının təmizlənməsi üçün uyğun deyil. Bundan əlavə, mikrokapsulların təkrar istifadəsi də məhduddur. Təkrar tətbiq zamanı onlar ilkin miqdarda boyaq maddəsinin yalnız 15 faizindən çox olmayan hissəsini uda biliblər. Buna görə də tədqiqatçılar materialı birdəfəlik sorbent kimi, məsələn, sənaye müəssisələrində dəyişdirilə bilən filtrlərdə istifadə etməyi planlaşdırırlar.

Alimlər gələcəkdə mikrokapsulların duzlara qarşı davamlılığını artırmaq və onları real, müxtəlif çirkləndiricilərdən ibarət sənaye tullantı sularında sınaqdan keçirmək niyyətindədirlər.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarların elektrikə qoşulma xərcinə dövlət ortaq olur  

18:53
12 Noyabr

Sümük sınıqları riskini azaltmağın yolu 

18:41
12 Noyabr

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

18:36
12 Noyabr

Əhalinin gəlirləri 81 milyard manatı keçib: maaşlar artır, inflyasiya isə zəifləyir

18:29
12 Noyabr

Suyu cəmi beş dəqiqəyə təmizləyən mikrokapsullar hazırlanıb  

18:26
12 Noyabr

İspaniyada mənzil böhranına görə ümummilli tətil keçirilib  

18:24
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB  

18:24
12 Noyabr

Orqanizmdə piy yığılmasının qarşısını alan çay

18:23
12 Noyabr

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib  

18:12
12 Noyabr

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib  

18:10
12 Noyabr

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb  

18:03
12 Noyabr

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub

17:59
12 Noyabr

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir  

17:48
12 Noyabr

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər  

17:47
12 Noyabr

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb  

17:37
12 Noyabr

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq  

17:19
12 Noyabr

Milli Kitabxanada “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub  

16:57
12 Noyabr

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub  

16:51
12 Noyabr

Avropa məkanında artan nüfuz  

16:51
12 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:47
12 Noyabr

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

16:43
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!