07 Noyabr 2025 10:36
601
SİYASƏT
A- A+
Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi  

Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi  


2020-ci il noyabrın 8-də Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək böyük Zəfər tarixi yazdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat – Ermənistanın kapitulyasiya aktı Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu. Noyabrın 8-i Şuşanın azad olunması böyük Qələbəmizin ən parlaq səhifəsi oldu. Bu, səbəbsiz deyil. Şuşanın azad edilməsi mümkünsüz hesab olunsa da, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  bu çətin missiyanı yerinə yetirdi.

Hətta erməni separatçı rejiminin rəhbərləri öz havadarlarına güvənərək, Azərbaycanın guya xunta rejimini tanıyacağına dair cəfəng iddialar səsləndirirdilər. Azəbaycan ordusu bu sərsəm iddiaların heç bir əsasının olmadığını real döyüş meydanında sübut etdi. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq tələb edirdi. Azərbaycan ordusu bu tapşırığı şərəflə, böyük qəhrəmanlıqla yerinə yetirdi. Azərbaycan bayrağı 28 ildən sonra Şuşada dalğalandı.

Vətən müharibəsi həm də xalqımızın birliyini göstərdi. Belə ki, istər Vətən müharibəsi ərəfəsində, istərsə də müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını təsdiqlədi. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında yalnız AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etmədilər. Halbuki ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların rəhbərləri birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edirdi. Bu tarixi həmrəylik bəyanatında radikal düşərgənin iştirak etməməsi onların antimilli xislətini bir daha ifşa etdi.

Böyük Qələbədən sonra Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan vermək istəməyən qüvvələr regionda yeni “statuks-kvo” vəziyyəti yaratmağa çalışırdı. Onların məqsədi Azərbaycanı 2020-ci il 44 günlük müharibənin nəticələri ilə kifayətlənməyə məcbur etmək idi. Lakin Azərbaycanın növbəti hədəfi var idi – dövlət suverenliyinin bərpası. Bunun üçün isə təbii ki, Xankəndi şəhəri azad olunmalı idi. 44 günlük müharibədə Azərbaycan Ordusunun məhz Xankənidinin bir addımlığında dayanması da təsadüfi deyildi. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, bu, Azərbaycanın şüurlu seçimi idi.

Azərbaycan suverenlik, ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getməyəcəyini bir daha sübut etdi. Müharibənin başa çatmasından ötən 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər bizi növbəti hədəfimizə yaxınlaşdırdı. Belə ki, 2023-cü il aprelin 23-də Laçın sərhəd buraxılış məntəqəsi quruldu, 2023-cü il sentyabrın 20-də isə məsələ öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Xankəndidə Azərbaycanın dövlət bayrağı ucaldı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat ərzində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə idi.

Artıq 5 ildir Zəfərimizin simvolu olan Şuşa azaddır. Qısa müddətdə Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyalılarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası Şuşanın tarixi və milli simasını özünə qaytarıb. Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Bu gün Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. Şuşanın azad olunması hərbi-strateji uğur olmaqla yanaşı, həm də mənəvi qələbəmizdir. Bu illər ərzində Şuşa “Türk dünyasının”, eləcə də “İslam dünyasının” mədəniyyət paytaxtı elan edildi.

Beləliklə, istər hərbi, istərsə də beynəlxalq müstəvidə atılan addımlar, həmçinin güclü siyasi iradə sayəsində Azərbaycan öz məsələsini özü həll etdi.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi  

16:16
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib  

16:11
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

Ov mövsümü açıq elan edilir

15:13
07 Oktyabr

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək  

15:13
07 Oktyabr

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır  

15:10
07 Oktyabr

Yeni dövrün milli təhlükəsizlik və ideoloji doktrinası  

15:00
07 Oktyabr

Azərbaycan bütün siyasi qütblərlə təmasda olan nadir ölkədir  

14:43
07 Oktyabr

Erkən yaşlarda müşahidə olunan xərçəng halları artıb

14:35
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!