"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxs Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-05 və Blok-06, 8 ədəd 3-5 mərtəbəli yaşayış binalarının (avtodayanacaqlarla birgə) və mühəndis qurğularının tikintisi işlərinin satın alınması məqsədi ilə açıq tender elan edir
Açıq tenderin predmeti Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-05 (Məhəllə 05) (Yaşayış evi-17, Yaşayış evi-18, Yaşayış evi-19, Yaşayış evi-20), Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-06 (Məhəllə 06) (Yaşayış evi-21, Yaşayış evi-22, Yaşayış evi-23, Yaşayış evi-24 3-5 mərtəbəli yaşayış binalarının (avtodayanacaqlarla birgə) və mühəndis qurğularının tikintisi işlərinin satın alınması.
Açıq tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Açıq tenderin predmeti haqqında ətraflı məlumat tenderin Əsas şərtlər toplusunda verilir. Maraqlanan təşkilatlar iştirak haqqını ödəyərək yazılı müraciət edir və qeydiyyata alınırlar. Qeydiyyata alındıqdan sonra Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 24 ünvanından tenderin şərtlər toplusunu (Azərbaycan dilində) əldə edə bilərlər. Əlaqələndirici şəxs: Kərimli Babək Əyyub oğlu, telefon: (+994) 70 203 05 20 ([email protected])
Benefisiarın adı: "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxs
Benefisiarın VÖEN-i: 8600208181
Valyuta: AZN
Benefisiarın bankı: "Kapital Bank" ASC-nin Səbail filialı
Filialın kodu: 200059
VÖEN: 9900003611
SWIFT kod: AIIBAZ2XXXX
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
Benefisiarın hesabı: AZ34AIIB380900C9449351435105
İştirak haqqı: 1500,00 manat;
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti 60 bank günü);
4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminat (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son 3 (üç) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı);
9. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
10. Tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
11. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər;
13. İddiaçı inşa etdyi analoji tikililər barədə istismara qəbul Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (iddiaçı ən azı tender predmeti həcmində tikinti işlərini yerinə yetirmiş və istismara qəbul Dövlət Aktı ilə təhvil vermiş olmalıdır);
14. Tikinti üzrə fəaliyyət növlərini həyata keçirməyə icazə verən müvafiq lisenziyalara malik olmalıdır;
15. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);
16. Tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
İddiaçılar tender təklifi və təklifin təminatı istisna olmaqla bütün digər sənədləri 09 avqust 2022-ci il saat 15:00-a qədər Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə iki nüsxədə, əsli və surəti olmaqla müşayiət məktubu ilə birgə) 18 avqust 2022-ci il saat 15:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 19 avqust 2022-ci il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında açılacaqdır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərişıq" ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini ye...
31 May
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) "Xalq Əmanəti" layihəsinin 23-cü nəşrində
31 May
Azercell abunəçilərinin nəzərinə
31 May
Azərbaycan Respublikası 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib
30 May
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
30 May
İyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
30 May
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Mədəniyyət Nazirliyində olub...
30 May
Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib...
30 May
Avropa İttifaqı Şurasının nümayəndə heyəti Milli Məclisdə olub
30 May
Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!