Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 30 dekabr 2021-ci il tarixə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs: Rövşən Fərəcov.
Ünvan: Sumqayıt şəhəri, 4-cü mikro
rayon, 27A
E-mail: [email protected]
Telefon: İş - 018 642-00-61, mobil - 050 338-29-05
Tender 1 (bir) LOT üzrə keçiriləcək.
- Sumqayıt şəhərində küçə və prospektlərə yol cizgilərinin çəkilməsi işlərinin satın alınması.
Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 1000 (bir min) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri:
H/h-AZ84AİİB33010019442501776125
VÖEN-9900003611
Bank-“KAPİTAL BANK” 1 saylı Sumqayıt filialı
VÖEN-2902198151
Kod-200253
M/h-AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BIK: AİİBAZ 2X
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir.
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Dövlət Vergi Xidməti tərəfindən həmin
iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
- Dövlət Sosial Müdafiə Fondu tərəfindən fonda borcu olub-olmaması barədə arayış;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 13.07.2021-ci il saat 12:00-a kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 23.07.2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 26.07.2021-ci il saat 12:00-da elektron Portal vasitəsilə açılacaqdır.
Tender komissiyası