25 İyul 2025 08:40
656
İQTİSADİYYAT
A- A+
Sumqayıt karbamidi həm də sərhədləri aşır

Sumqayıt karbamidi həm də sərhədləri aşır


Karbamid zavodu istifadəyə verilənə qədər Azərbaycan azot gübrələrini idxal edirdi. İndi isə bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70 faizdən çoxunu ixraca yönəldir. Nəticədə əvvəllər idxal üçün sərf edilən böyük vəsait ölkəmizdə qalır, eyni zamanda qeyri-neft ixracının gəlirləri artır.

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Sumqayıt şəhərində yerləşən bu müəssisəsinin təməli 2011-ci ildə qoyulub, açılışı isə 2019-cu il yanvarın 16-da Prezident İlham Əliyevin iştirakı ilə olub. İstismara verildiyi dövrdə Karbamid zavodu Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə idi.

Öncə xatırladaq ki, karbamid ən zəngin azot tərkibinə malik olan və dünyada ən çox istifadə edilən gübrədir. Karbamidin əsas funksiyası bitkilərin inkişafı və məhsuldarlığın artırılması üçün onları lazım olan azotla təmin etməkdir. Bu gübrə eləcə də bitkilərin fotosintez prosesində mühüm rol oynayır.

Karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Digər azot gübrəsi - ammonium-nitratdan fərqli olaraq karbamid gübrəsi yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşıma baxımından etibarlı və sərfəli məhsul sayılır.

46,3 faiz, yəni ən yüksək azot tərkibinə malik olduğuna və suda tez həll edildiyinə görə bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əmələ gəlir. Onun bir üstünlüyü də həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur.

Belə əhəmiyyətli bir məhsul buraxan zavodun layihələndirilməsi və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın "Haldor Topsoe" və karbamid istehsalı üzrə Niderlandın "Stamicarbon B.V" şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın "Samsung Engineering" şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın "Neste Engineering Solutions" şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına ümumilikdə 3600 nəfərdən çox işçi cəlb olunub və bütün iş həcmi qəzasız şəraitdə yekunlaşıb.

Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-İdxal Bankından (KEXIM), habelə "Societe Generale" (Fransa), "Deutsche Bank" (Almaniya) və "UniCredit" (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Layihə ilə bağlı vergi və rüsumların, həmçinin digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən 100 milyon avro məbləğində vəsait ayrılıb.

Prezident İlham Əliyev bu müəssisəni belə xarakterizə etmişdir: "Karbamid zavodunun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni karbamidin tərkibində xarici komponent yoxdur. Burada ildə 435 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni biz səmərəliliyi demək olar ki, iki dəfə artırmışıq. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq. Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik".

Nəzərdə tutulmuşdur ki, 2024-2025-ci illərdə Karbamid zavodunda bir sıra rəqəmsal transformasiya layihələri həyata keçirilsin. Bu layihələrin reallaşması nəticəsində zavodun maksimum istehsal gücü ilə fəaliyyət göstərməsi ilə yanaşı, hər ton karbamid üçün sərf olunan təbii qaz miqdarının azalması da təmin ediləcək. Təbii qaz sərfiyyatının azalması isə öz növbəsində atmosferə atılan karbon emissiyalarının azalması və zavodun ekoloji cəhətdən daha təmiz müəssisəyə çevrilməsi ilə nəticələnəcək. Bütün bu proseslər yekunda əlavə dəyər yaratmaqla ölkə iqtisadiyyatına mühüm töhfə verəcək.

Karbamid zavodu getdikcə inkişaf edir. Hazırda müəssisə dünyada innovativ rəqəmsal standartları tətbiq edən şirkətlər üçün meyarları müəyyənləşdirən "Global Lighthouse Network" platformasına keçidə doğru addımlar atmaqdadır. Rəqəmsal transformasiya layihələri çərçivəsində həyata keçirilən işlər cari il boyu aparılacaq qiymətləndirmələrdən sonra zavoda "Global Lighthouse" mükafatının verilməsinə və müəssisənin qabaqcıl istehsal obyektləri sırasında yer almasına səbəb olacaq.

Qeyd edildiyi kimi, zavod ildə xammal olaraq 435 milyon kubmetr təbii qaz həcmindən istifadə edir. Bu, müəssisəyə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malik olmağa imkan verir. Beləliklə, bu zavod Azərbaycanın karbamidə olan tələbatını tam təmin edir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!