21 May 2025 08:45
423
DÜNYA
A- A+
Sülh prosesinə XIV Leo da qoşulur

Sülh prosesinə XIV Leo da qoşulur


Kiyevlə Moskva arasında növbəti danışıqlar Vatikanda keçirilə bilər


Xəbər verildiyi kimi, bazar ertəsi axşam Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Söhbət iki saatdan çox davam edib. 

Britaniyanın  "Financial Times" nəşri  xəbər verir ki, Donald Tramp Vladimir Putinlə söhbətin təfərrüatlarını onlarla bölüşəndə Avropa liderləri təəccübləniblər. Tramp bildirib ki, Putinlə zəngdən dərhal sonra söhbətin mahiyyətini Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya və Avropa Komissiyası liderləri ilə birlikdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdırıb. Söhbətlə tanış olan mənbə bildirib ki, liderlər Trampın onlara dediklərindən məəttəl qalıblar. "The Economist" narazılıq edib ki, Tramp Putinlə kifayət qədər sərt davranmır. "The Guardian" qəzeti isə qeyd edir ki, Putin hazırda güclü mövqedədir: "Putin güvən və laqeydlik nümayiş etdirərək bazar ertəsi Soçidə musiqi məktəbinə səfəri zamanı Trampa zəng edib. Onun cəsarətinə Rusiyanın döyüş meydanında ləng, lakin davamlı üstünlüyü və buna Avropanın dağınıq reaksiyası, eləcə də uzun sürən silahlı münaqişəyə getdikcə daha çox uyğunlaşan daxili iqtisadiyyat səbəb olub".

Bloomberg agentliyi, həmçinin Avropa liderlərinin yarımçıq ümidlərindən danışır: "11 gün əvvəl Avropa liderlərini Prezident Donald Trampın Ukraynada 30 günlük atəşkəs çağırışı və Rusiyaya qarşı yeni sanksiyalarla hədələməsi sevindirib. Bazar ertəsi Vladimir Putinlə telefon danışığı bu ümidlərin puç olduğunu göstərib". Qərb mediası onu da qeyd edir ki, ABŞ danışıqlar prosesindən çıxa bilər: "Putinlə iki saatlıq söhbətdən sonra Tramp sosial mediada deyib ki, Ukrayna və Rusiya atəşkəslə bağlı dərhal danışıqlara başlayacaqlar. Lakin güman ki, ABŞ-nin iştirakı olmadan... Nə sanksiya təhdidi, nə vaxt qrafiki tələbi, nə də Rusiya liderinə təzyiq olub".

Öz növbəsində, "Washington Post" qəzeti münaqişə tərəflərini danışıqlara çağırdığı üçün Trampı  tərifləyir və görüşün Vatikanda keçirilə biləcəyini qeyd edir: "Qoy proses başlasın!", - deyə Prezident Donald Tramp bazar ertəsi Prezident Vladimir Putinlə telefon danışığından sonra Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün danışıqların başlandığını bəyan edib. Papa XIV Leo danışıqları Vatikanda keçirməyə hazırdır".

"The New York Times" nəşri isə Trampın Rusiyaya qarşı hədələrindən əl çəkdiyinə diqqət çəkir: "Prezident Tramp bazar ertəsi Rusiyanın Ukraynada dərhal atəşkəs elan etməsi tələbindən geri çəkilərək Prezident Vladimir Putinin Kiyev və Moskva  arasında danışıqlara çağırışını dəstəkləyib. Beləliklə, Tramp Rusiyaya təzyiqləri artırmaqla bağlı son hədələrindən geri çəkilib - məsələn, apreldə o, yeni sanksiyalar perspektivi haqqında danışmışdı". Qəzet yazır ki, yeni sanksiyalar gözlənilmir, əksinə, Rusiya ilə ticarət əlaqələrinin bərpasından danışılır: "Prezidentin bəyanatında Rusiyanın ABŞ ilə irimiqyaslı iqtisadi fəaliyyəti bərpa etmək istədiyi vurğulanıb və Trampın əvvəllər Kremlə tətbiq etməyi düşündüyü  sanksiyalar barədə heç nə deyilməyb. Tramp bildirib: "Rusiya bu qırğın bitdikdən sonra ABŞ ilə genişmiqyaslı ticarət etmək istəyir və mən bununla razıyam".

Bu arada Putin Trampla söhbətini dəyərləndirib. Rusiya Prezidentinin sözlərinə görə, Amerika lideri ilə dialoq faydalı olub. Məsələn, o qeyd edib ki, amerikalı həmkarı Rusiyanın da Ukraynada baş verənlərin sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu anlayır. Bundan əlavə, tərəflər Ukrayna ilə mümkün sülh müqaviləsi üzrə memorandum üzərində işə başlamaq barədə razılığa gəliblər.

Avropada, məsələn, Almaniyada Putinlə Trampın söhbətinin nəticələri gözlənilən reaksiyalarla qarşılanıb. Almaniya Nazirlər Kabineti bəyan edib ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa razılaşıblar. 


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!