26 İyun 2025 09:35
679
SİYASƏT
A- A+
Strateji qərar

Strateji qərar


Dövlət sərhədlərinin yükdaşımalar istisna olmaqla bağlanması, COVID19-un Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmasından sonra qlobal miqyasda verilən qərar oldu. Bundan sonra bütün dövlətlər quru, hava və dəniz sərhədlərini bağladılar. 

Təbii ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan Respublikası da analoji addım atmaq zərurəti ilə üzləşdi. Hətta Avropa İttifaqı (Aİ) xarici sərhədləri qapatmaqla yanaşı, Aİ-nin daxili bazarının 4 əsas azadlıqlarından olan insanların azad hərəkəti üzv dövlətlər arasında dayandırıldı. Bu gün də Aİ üzvü dövlətlər arasında müntəzəm olaraq sərhəd-nəzarət yoxlanışları həyata keçirilir. Ölkələr arasında sərtləşdirilmiş sərhəd rejimləri pandemiyadan sonra da bəzi məhdudiyyətlərlə qüvvədədir.


Quru sərhədlərimizin bağlı qalmasını əsaslandıran şərtlər


Azərbaycanın dövlət sərhədlərinin bağlı olmasının bir neçə mühüm səbəbi var. İlk növbədə ölkənin geosiyasi vəziyyəti, regional təhlükəsizliyin üzləşdiyi çağırışlar, ölkədaxili siyasi sabitliyin dayanıqlı təmini və təhlükəsizliyin daha da gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Ermənistanın işğalına son qoyulsa da, sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyası fəaliyyət göstərsə də, şərti sərhəddə gərginlik tam aradan qalxmayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın təcavüzünə görə təxminən 700 km sərhədimiz bu dövlətlə 30 il ərzində işğal altında olmuşdur. İşğala və onun nəticələrinə görə, Azərbaycanın dövlət orqanları bu ərazilərdə öz yurisdiksiyasını icra edə bilməmişlər. Həmçinin qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, kütləvi qaçqın axını təhlükəsi kimi faktorlar da sərhədlərin bağlı saxlanmasını zəruri edən şərtlərdəndir. 

Quru sərhədlərinin bu gün də bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin dayanıqlı möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Pandemiyanın xaricində - bu qərarın əsas motivi "milli təhlükəsizliyin və sabitliyin tam təmini" olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev 23 aprel 2024-cü ildə ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" forumunda çıxışında bildirmişdir ki, hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. "Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum", - deyə dövlətimizin başçısı qeyd edib.

Quru sərhədlərimizin bağlı qalması strateji maraqları təmin etmək məqsədi daşıyır. Azərbaycan regionda artan təsirini və milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasətini nəzərə alaraq, sərhədlərin açılması ilə bağlı qərarları diqqətlə və mərhələli şəkildə verir. Hazırda bütün ölkələrlə hava və dəniz yolları açıq olsa da, quru sərhədlərimiz insanların hərəkəti üçün bağlı saxlanılır. Bu da həm regional risklərdən qorunmaq, yeni çağırışlara hazır olmaq baxımından məqsədəuyğun sayılır.


Azərbaycanın humanizmi


Müqayisəli təhlillər aparsaq görərik ki, sabitlik olmasa nə əhalinin rifahı, nə də dövlətin və cəmiyyətin inkişafı təmin oluna bilər. Xaos olan yerə xarici sərmayələr yatırılmır, strateji əhəmiyyətli layihələr həmin məkanlarda həyata keçirilmir. Sabitlik olmayan ölkə beynəlxalq müstəvidə ciddi aktor kimi qəbul olunmur.  

Azərbaycanın sərhədləri coğrafi relyefindən asılı olmayaraq, peşəkarlıqla qorunur, dövlətimizin sərhəd təhlükəsizliyi və suverenliyinin toxunulmazlığı yüksək səviyyədə təmin olunur.  Nəticə etibarilə Azərbaycanın dövlət sərhədlərinin bağlı qalması bir çox daxili və xarici faktorların təsiri ilə müəyyən olunmuş strateji qərardır. Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin 23 sentyabr 2024-cü tarixli ilk iclasında çıxışında söylədiyi fikirlər bunu bir daha təsdiqləyir. "Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır", - deyə dövlətimizin başçısı bildirmişdi. 

Bütün bu vacib məsələlərlə yanaşı, siyasətinin əsasında vətəndaşların təhlükəsizliyinin təmini və rifahının yüksəldilməsi dayanan Azərbaycan humanitar və humanist səbəblərdən müəyyən istisnaları da etmiş və etməkdədir. Xüsusilə son günlər baş verənlər və cənub sərhədimizdən, İran İslam Respublikasından Azərbaycan Respublikasının və xarici ölkə vətəndaşlarının təxliyəsi buna misaldır. BMT-yə üzv olan 193 ölkədən 77-si Azərbaycana müraciət edərək, İranda olan öz vətəndaşlarının və diplomatik nümayəndələrinin təxliyəsində yardım istəyib. Bu fakt Azərbaycanın həm daxili, həm də xarici siyasətində sərgilədiyi müstəqil və etibarlı mövqeyin aydın göstəricisidir. Aktual şəraitə uyğun dövlətimizin aidiyyəti qurumları öz fəaliyyətlərini müxtəlif istiqamətlərdə peşəkarlıqla yerinə yetirirlər. 


Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!