12 Aprel 2022 00:28
702
İQTİSADİYYAT
A- A+
"Star" inamla addımlayır

"Star" inamla addımlayır

 

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının göstəricisi olan bu zavodun hədəfləri daha böyükdür

 

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı və tərəfdaşlığı  bütün regionun həyatında  mühüm rol oynayan ən nəhəng  layihələrin gerçəkləşməsini  mümkün edib. "Star" getdikcə daha da möhkəmlənən  bu əlaqələrin bəhrələrindən biridir.

Yaşı az, uğurları  çox olan  "Star"ın gəlirləri  ildən-ilə artır. Məsələn, 2021-ci ildə zavodun ümumi gəlirləri 44 faiz artaraq 6,14 milyard ABŞ dolları təşkil edib.

2018-ci ilin  oktyabr ayında açılan  zavod  həmin vaxtdan təxminən  bir il sonra tam gücü ilə işləməyə başlayıb. Müəssisə gündə 35 min kubmetr xam neft  emal etmək qabiliyyətinə malikdir. Onun neft  saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kubmetrə çatıb. Zavodda işin səmərəliliyini və əməliyyatların rahatlığını artırmaq üçün əlavə investisiyalar qoyulur. Sərmayələrin qoyuluşu  başa çatdıqdan sonra  "Star"ın anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq. Bu həcm isə ildə 11 milyon ton neft emal edən  neftayırma zavodu üçün ideal ölçü sayılır.

Xatırladaq ki, "Star" neft emalı  zavodunun təməli  2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Həmin vaxtdan  yeddi il sonra  müəssisə  istifadəyə verilib.  Zavodu "Tecnicas Reunidas" (İspaniya), "Saipem" (İtaliya), "GS Engineering & Construction Corp" (Cənubi Koreya) və "Itochu" (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb.

 "Star" SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft  Şirkəti) ölkəmizdən kənarda inşa etdiyi ilk neft emalı zavodudur. Bu layihə şirkətin biznes portfelini şaxələndirmək məqsədilə xaricdə həyata keçirdiyi layihələrdən biridir.

Zavod Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim" neft-kimya kompleksinin ərazisində inşa edilib. İşə salınmasından bir neçə ay əvvəl  müəssisədə  sınaq məqsədilə xam neft emalına başlanıb. İlk xammal  yükü də məhz Azərbaycandan olub - zavoda 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. Müəssisənin əsas xammal tədarükçüsü  kimi də SOCAR çıxış edir.  "Star" Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Hələ  zavodun açılışı zamanı  bildirilmişdi ki, müəssisə ildə 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi  70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

"Star" layihəsi istər tikinti  müddətində, istərsə də  istehsala başlanandan  sonra  minlərlə insanı  iş yeri ilə təmin edib.

Zavodun açılış mərasimində  Prezident İlham Əliyev demişdir: "Star Rafineri"nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, "Cənub qaz dəhlizi"nin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması - bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq".

Türkiyə  Prezidenti  Rəcəb  Tayyib Ərdoğan  həmin tədbirdə  yeni açılan müəssisə barədə fikirlərini belə ifadə etmişdir: "Star" neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - "Star" neft emalı zavodu. Amma bundan başqa, konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir".

"Star"  ona bəslənən ümidləri doğruldaraq  nailiyyətlərini artırır.   Zavod  indiyədək on  minlərlə  ton  xam neft idxal edib.  Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel və təyyarə yanacağı, nafta, maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

2024-cü ildən "Star" neft emalı zavodunun istehsal həcmi 115 faiz proqnozlaşdırılır. Müəssisə  rəhbərliyi  hələ keçən ilin sonlarında bu  barədə media nümayəndələrinə verdiyi məlumatda  bildirib ki, 2030-cu ildən, xüsusilə, nəqliyyat sektorunda neftə olan tələbatın azalacağına baxmayaraq, Türkiyə bazarında neft-kimya sektorunun 2-3 faiz böyüməsi gözlənilir. Bu artım eyni zamanda dünya bazarında da özünü göstərəcək.

SOCAR-ın bu günlərdə  bildirdiyinə görə, zavodun məhsullarının idxalçıları arasında ilk beşliyə Yunanıstan, Liviya, İtaliya, Belçika və Niderland daxildir. Müəssisənin keçən il əldə etdiyi  məbləğin 64 faizi daxili bazarın, 36 faizi ixracın payına düşüb. Zavodun Türkiyənin dizel yanacağı, reaktiv yanacaq və mayeləşdirilmiş neft qazı bazarında payı müvafiq olaraq 17,5, 12,6 və 5,1 faiz təşkil edir.

Türkiyənin rəqəmsal neft emalı zavodu olaraq STAR 2020-ci ildə rəqəmsallaşma hesabına 3,4 milyard dollar məbləğində əlavə dəyər yaradıb.

Bir sözlə, "Star"ın  uğurları  bol, strateji hədəfləri   uzunmüddətlidir.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!