21 İyun 2025 09:00
750
Mədəniyyət
A- A+
Söz sərrafı

Söz sərrafı


Aşıq yaradıcılığı Azərbaycan xalq ədəbiyyatının ən qədim və zəngin qollarından biridir. Bu yaradıcılıq forması həm poeziya, həm musiqi, həm də teatr sənətinin vəhdətində formalaşmışdır. Aşıqlar həm söz ustası, həm də sazın müşayiətilə şeir söyləyən sənətkarlardır. Onların yaradıcılığı nəsildən-nəslə ötürülən şifahi xalq ədəbiyyatının qorunmasında və inkişafında mühüm rol oynamışdır.

Aşıq sənəti bir peşə olmaqla yanaşı, həm də yüksək istedad, zəngin yaddaş, dərin poetik düşüncə və musiqi duyumu tələb edən sənət sahəsidir. Azərbaycan aşıqları təkcə şair və musiqiçi deyil, həm də pedaqoq, rəvayətçi, dastançı və hətta psixoloq kimi çıxış edirlər. Onlar xalqın içindən çıxır, xalqla nəfəs alır və xalqın hisslərini sözə çevirirlər.

Azərbaycan aşıq sənətində Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Aşıq Mikayıl Azaflı, Aşıq Valeh kimi böyük sənətkarların adları xüsusilə çəkilir. Bu aşıqlar öz dövrlərində el arasında yüksək nüfuz qazanmış, yaratdıqları qoşmalar, gəraylılar, təcnislərlə aşıq ədəbiyyatının zənginləşməsinə böyük töhfələr vermişlər. Onların ədəbi irsini, yaradıcılığını dünənimizdən bu günümüzə gətirib çıxaranlar isə tədqiqatçı, alim və ədəbiyyatşünaslardır. 

Ədəbiyyatşünaslar, müxtəlif dövrlərdə yaranmış ədəbiyyat nümunələrini bir-biri ilə müqayisə edərək, onlara dair yeni nəzəriyyələr irəli sürə bilərlər. Onlar həm də ədəbiyyatın müxtəlif cəmiyyətlərdə və mədəniyyətlərdə necə formalaşdığını, inkişaf etdiyini və bunun cəmiyyətin ideologiyası, fəlsəfəsi və sosial quruluşu ilə necə əlaqəli olduğunu araşdırırlar. Belə tədqiqatçılardan biri də İslam Ələsgərdir.

İslam Ələsgər, ilk növbədə, şairin həyatını, yaradıcılığını və əsərlərinin sosial-mədəni kontekstini araşdırıb. Onun poetik üslubunu, lirikasındakı mövzu və simvolları, şeirindəki dərin fəlsəfi və etik düşüncələri tədqiq edir və bu əsərləri dövrünün siyasi, ictimai və mədəni şəraiti ilə əlaqələndirir. Ələsgər şeirində xalqın yaşam tərzini, təbiət və insan, qadın gözəllikəri onların daxili dünyasını və milli kimlik məsələlərini əks etdirən zəngin bir dünya qurulub.

Ələsgərin şeirlərində folklor motivləri və xalq musiqisinin təsiri güclü şəkildə özünü göstərir. Onun əsərlərində həm də Azərbaycan xalqının təsəvvürləri, inancları və mədəniyyətinin izlərini görmək mümkündür. Bu baxımdan, ələsgərşünas, şairin əsərlərini yalnız ədəbiyyat deyil, həm də folklor, musiqi və mədəniyyət baxımından qiymətləndirmişdir.

İslam Ələsgər, şairin müasir dövrün ədəbiyyatında oynadığı rolu da tanıdıb. Ələsgərin şeirinin və fəlsəfəsinin XX əsrin və günümüzün Azərbaycan ədəbiyyatına təsiri haqqında müasir nəzəriyyələr irəli sürüb, onun şeirindəki estetik yanaşmalar və insan təbiətinin dərinliklərinə nüfuz etmə qabiliyyəti, həmçinin məhəbbət, azadlıq və ədalət kimi ümumbəşəri dəyərləri təbliğ edərək, ələsgərşünaslığın aktuallığını təmin edib. 

Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfə verən İslam Ələsgər, bu sahədəki tədqiqatları ilə həm yerli, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin dərinliyini açmağa və aşıqla bağlı dünya ədəbiyyatına verdiyi töhfələri daha aydın göstərməyə qadir olub.

İslam Ələsgər Aşıq Ələsgər yaradıcılığının incəliklərini daha yaxşı anlamağa, şairin yaradıcılığını daha geniş bir müstəvidə qiymətləndirməyə və onun əsərlərini müxtəlif dövrlərdə və cəmiyyətlərdəki oxucular üçün aktual etməyə müvəffəq olub.

İslam Ələsgər 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. Diplom işi "Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi" ilə bağlı olub.

Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplayaraq 1956-cı ildən başlayaraq, Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirib və haqqında məqalələr yazıb.

1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə edib.

1997-ci ildə Azərbaycan Respublikası Prezidenti, Ulu Öndər Heydər Əliyevin "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" sərəncamından sonra "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazıb. Bu əsər, Aşıq Ələsgər irsinin ən qiymətli elmi əsərlərindən biri kimi ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Tədqiqatçı 6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat edib və orada dəfn olunub.

İslam Ələsgərin araşdırmaları arasında "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" (namizədlik dissertasiyası), "Ələsgər ocağı", "Haqq aşığı Ələsgər", "Sazlı-sözlü Göyçə" və digər əsərlər mövcuddur. O, həmçinin müxtəlif qəzet və jurnallarda məqalələr dərc etmişdir. Bu məqalələrdə aşıq sənətinin müxtəlif aspektləri, xüsusən də Aşıq Ələsgərin yaradıcılığı və onun Azərbaycan aşıq sənətindəki rolu geniş şəkildə öyrənilmişdir.

 İslam Ələsgər təhsilini başa vurduqdan sonra uzun illər - təxminən 48 il - Zod kənd orta məktəbində müəllim və direktor kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində yalnız təhsil sahəsində deyil, həm də ictimai-sosial işlərdə fəal olmuşdur. 

İslam Ələsgərin diqqətçəkən əsərlərindən biri, 1998-ci ildə nəşr olunan "Haqq aşığı Ələsgər" monoqrafiyasıdır. Bu kitabda Aşıq Ələsgərin yaradıcılığı yalnız folklor deyil, həm də fəlsəfi və estetik cəhətdən dərin təhlil olunmuşdur. Onun kitabları təkcə elmi auditoriya üçün deyil, həm də geniş oxucu kütləsi üçün yazılmış dəyərli mənbələrdir. 

İslam Ələsgər Azərbaycan ədəbi-mədəni həyatında öz möhkəm yerini tutmuşdur. Onun fəaliyyəti həm elmi, həm maarifçi, həm də milli-mənəvi baxımdan yüksək dəyərləndirilmişdir. O, həmçinin gənc tədqiqatçılar üçün bir məktəb rolunu oynamışdır. 

Bu gün onun kitabları Azərbaycan aşıq sənəti və ədəbiyyatşünaslıq elminin mühüm qaynaqları sayılır. Adı, fəaliyyəti və irsi həm elmi dairələrdə, həm də aşıq mühitində böyük ehtiramla anılır.


Fatma HACIYEVA,

professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb

15:58
14 İyul

Xocalının Təzəbinə kəndində 28 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

15:56
14 İyul

Kreml: Rusiya Ukrayna ilə danışıqların üçüncü raunduna hazırdır

15:55
14 İyul

Ukrayna Prezidenti hərbi vəziyyətin müddətinin uzadılması və səfərbərlik haqqında qanun layihələrini Ali Radaya təqdim edib  

15:54
14 İyul

Xocalı sakini: Kədər və göz yaşları ilə tərk etdiyimiz torpaqlara qürur və sevinclə qayıtmışıq  

14:52
14 İyul

Avropa liderləri Rusiya aktivlərinə çıxış planı üzərində işləyirlər

14:23
14 İyul

İndoneziyanın cənub-şərq sahillərində 6,7 maqnitudalı zəlzələ qeydə alınıb  

14:22
14 İyul

İran XİN: ABŞ-la danışıqların bərpası barədə razılaşma yoxdur  

14:19
14 İyul

“CNN Türk”: İnvestorların yeni ünvanı - Azərbaycan

14:13
14 İyul

Formula 1: Bakı trası yenidən dünya səhnəsində 

14:12
14 İyul

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 45 qanun və qərar qəbul edilib  

14:10
14 İyul

Sabah havanın temperaturu Bakıda 34-38, bölgələrdə 36-40 dərəcə isti olacaq

14:02
14 İyul

2024-cü ildə ali məktəblərə qəbul baxımından ən aşağı nəticələr İsmayıllı və Naftalan üzrə qeyd alınıb 

13:38
14 İyul

Ən yüksək və ən aşağı keçid balı olan ixtisaslar açıqlanıb

13:31
14 İyul

I–IV ixtisas qrupları üzrə dövlət sifarişi ilə ali məktəblərə qəbul olanların 53.31 faizi 300–500 bal aralığında nəticə göstərib  

13:23
14 İyul

Donald Tramp Ukraynaya silah tədarükü ilə bağlı plan hazırlayıb

13:16
14 İyul

Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərlə əlaqədar Torpaq Məcəlləsinə dəyişiklik olunur  

13:05
14 İyul

“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib  

13:01
14 İyul

Abituriyentlərin topladığı balların statistik təhlili açıqlanıb

12:57
14 İyul

Şəxsiyyət vəsiqənin dəyişdirilməsi hallarına yaşayış yerinin dəyişməsi əlavə edilir

12:41
14 İyul

Türkiyənin 20 vilayətində terrorçuluqda şübhəli bilinən 33 nəfər saxlanılıb

12:21
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!