16 Fevral 2025 08:45
1100
Mədəniyyət
A- A+
Sovet hakimiyyətinin unutdura bilmədiyi Əli bəy Hüseynzadə

Sovet hakimiyyətinin unutdura bilmədiyi Əli bəy Hüseynzadə


İctimai xadim, filosof, həkim, pedaqoq, rəssam, jurnalist, tənqidçi, tərcüməçi... Bunların hamısından öncə isə böyük millətpərvər, vətənini çox sevən türk övladı idi Əli bəy Hüseynzadə. Onun irəli sürdüyü "Türkləşmək, islamlaşmaq, avropalaşmaq" ideyası elə o zamandan başlayaraq türk vətənpərvərlərinin ideyasına çevrildi.

Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olmuşdu. Atası Molla Hüseyn Hüseynzadə Tiflis Müsəlman Məktəbinin müəllimi idi. O, cavan yaşında Tiflisdə vəfat etdi. Altı yaşlı Əli bəylə iki yaşlı qardaşı İsmayıl bəy anaları Xədicə xanımın ümidinə qaldılar. Ancaq çox keçmədi ki, Xədicə xanım da dünyasını dəyişdi. Ata-anadan məhrum olmuş iki kiçik uşağa ana babaları Axund Əhməd Salyani sahib çıxdı. Onlar babalarının himayəsində böyüyüb boya-başa çatdılar. Elə ilk müəllimləri də Qafqazın Şeyxülislamı olan babaları Axund Əhməd Salyani oldu.

Əli bəyin on bir yaşı olanda babası onu Tiflis gimnaziyasına apardı. 1875-1885-ci illərdə həmin məktəbdə oxudu. Gimnaziyada təhsilini başa vurduqdan sonra, 1885-ci ildə Sankt-Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul edildi. Dimitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski kimi dövrün məşhur alimlərindən, böyük elm xadimlərindən dərs aldı. Əli bəy universitetdə həm də Şərq fakültəsində görkəmli professorların mühazirələrinin dinləyicisi oldu.

Onun tələbəliyi çar Rusiyasında siyasi ab-havanın dəyişdiyi illərə təsadüf edirdi. Etirazlar, iğtişaşlar imperiyanın böyük şəhərlərini bürüməkdə idi. Universitetin sonuncu kursunu başa vurduğu vaxtlarda Əli bəy də tələbə hərəkatına qoşuldu. İnqilabi hərəkatın təhlükəsini getdikcə daha aydın görən çarizm tələbələrə qarşı tədbirləri sərtləşdirməyə başladı. Bununla inqilabi hərəkata qoşulan gənclərin başının üstünü təhlükə aldı.

Əli bəy də Türkiyəyə o zaman getdi. Darülfünunda (İstanbul Universiteti) Əsgəri-tibbiyyə fakültəsində oxudu. Dermatoveneroloq ixtisasına yiyələndi.

O, 1897-ci ildə Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya yollandı. Türkiyəyə üç ildən sonra döndü. Müsabiqə yolu ilə İstanbul Darülfünunda Əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin olundu.

Əli bəy Türkiyədə də inqilabi hərəkatdan kənarda qalmadı. İnqilabçı Gənc türklər hərəkatına qoşuldu, "İttihad və tərəqqi" partiyasını yaradanlardan biri oldu. İnqilabçı kimi təqib olundu.

1904-cü ildə o, Bakıya gəldi. O zaman Azərbaycan xalqının, vətəninin tərəqqisi naminə böyük işlər görməyi özlərinin ən böyük məqsədi, amalı hesab edən övladlarının, açıqfikirli, qabaqcıl ziyalılarının böyük əksəriyyəti bu şəhərə toplaşmışdılar. Əli bəy Hüseynzadə onların ön sıralarında yer tutdu. O, Bakının ictimai-siyasi, sosial-mədəni həyatında böyük rol oynamağa başladı.

Çar Rusiyasının müstəmləkəsi altında olan Azərbaycanın o zaman:


Ucundadır dilimin

həqiqətin böyüyü;

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi!

 

Bilirmisən cühəla

Nə etdilər vətənə?

Nə qoydular uyuya,

Nə qoydular oyana!..


- deyən Əli bəy Hüseynzadə kimi vətənsevər, təəssübkeş övladlarına böyük ehtitacı vardı. "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai!", Əli bəy Hüseynzadə belə deyirdi. Və özü də həmin fədailərin ön cərgəsində dayanırdı.

O dövrün xalqının, ölkəsinin gələcəyini düşünən ziyalılarından biri kimi Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyət göstərirdi. Əli bəy həkim kimi çalışırdı. Onu həm də fəal publisist, bacarıqlı redaktor kimi tanıyırdılar. Əli bəy müxtəlif illərdə "Kaspi" qəzetinin redaktoru, "Həyat" qəzetinin, daha sonra "Füyuzat" jurnalının baş redaktoru və əsas yazarlarından biri oldu. O, bədii yaradıcılıqla da məşğul olur, şeirlər yazırdı. Əli bəy Hüseynzadə ərəb, fars, rus və alman dillərini mükəmməl bilirdi, tərcümələr edirdi.

Əli bəy Hüseynzadə istedadlı rəssam kimi də şöhrət qazandı. O,  boyakarlığın müxtəlif janrlarına müraciət etdi. Mənzərə, məişət mövzularında əsərlər və portretlər yaratdı. Əli bəyin "Bibiheybət məscidi" tablosu, "Şeyxülislam" portreti, "Azərbaycan ailəsi" və digər əsərləri Azərbaycan rəssamlığının dəyərli nümunələrindəndir.

Əli bəy Hüseynzadə 1910-cu ildə Türkiyəyə köçdü. Uzun illər İstanbul Universitetininin professoru kimi pedaqoji fəaliyyətlə məşğul oldu. 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evləndi. Əli bəyin Saida bəyim, Səlim Turan, Feyzavə adlarını verdiyi üç övladı oldu.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna nail olan bolşeviklər hakimiyyəti ələ keçirdilər. Azərbaycanda Sovet hakimiyyəti quruldu.

Əli bəy Hüseynzadə 1926-cı ildə Bakıya I Ümumittifaq Türkoloji qurultayda iştirak etmək üçün gəldi. O, məruzə adı ilə gətirdiyi "Qərbin iki dastanında türk" əsərinin nəşrinə nail oldu.

Bu, Əli bəyin vətəninə son gəlişi oldu. Vətəninin yenidən əsir edildiyini gördü. Əli bəy Hüseynzadə Türkiyəyə dönəndə qardaşı İsmayıl bəyə dedi: "Mən daha sizə məktub yazmayacağam. Bilirəm, bu, sizin üçün təhlükəlidir". O vaxtdan daha buradakı əzizlərinə məktub göndərmədi. Ancaq Əli bəyin doğmalarını qorumaq cəhdi baş tutmadı...

Onun yeganə qardaşı, Salyanda yaşayan, orada uzun illər məktəb direktoru işləmiş İsmayıl Hüseynzadə iki dəfə həbs olundu, sürgünə göndərildi. Cəza müddəti başa çatdıqdan sonra Bakıya qayıtdı. Onun övladları da sovet hakimiyyətinin repressiya bəlasının ağrı-acılarını çəkdilər.

Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də, 76 yaşında İstanbulda dünyadan köçdü. Qaraca Əhməd məzarlığında dəfn olundu.

Onun adını, əməllərini, fəaliyyətini sovet hakimiyyəti yaddaşlardan silməyə çalışdı. Odur ki, uzun illər adı ya çəkilmədi, ya da tənqid hədəfinə çevrildi. Ancaq bütün cəhdlərə baxmayaraq, Əli bəy Hüseynzadəni gizli-gizli sevənlər, onun şəxsiyyətinin böyüklüyünü yaxşı bilənlər var idi. Onlar Hüseynzadə ailəsinin sağ qalan nümayəndələrinə rəğbət göstərirdilər.

 "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı Əli bəy Hüseynzadənin bütün fəaliyyətinin məğzi, əsası oldu. Onun bu ölməz ideyası Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan müstəqil Azərbaycan Respublikasının dövlət bayrağındakı üç rəngdə - mavi, qırmızı, yaşıl rənglərdə öz əksini tapdı.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!