16 May 2025 08:45
574
İQTİSADİYYAT
A- A+
Sosial sahədə tətbiq edilən rəqəmsallaşma beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Sosial sahədə tətbiq edilən rəqəmsallaşma beynəlxalq səviyyədə yüksək qiymətləndirilir


Təkcə ilin əvvəlindən ötən 4 ay ərzində ƏƏSMN-in bu sahədəki uğurları 55 beynəlxalq mükafata və sertifikata layiq görülüb


Əhaliyə dövlət xidmətlərinin vətəndaş məmnunluğuna yönəlik yüksək keyfiyyət və şəffaflıq səviyyəsinə çatdırılmasında, xidmətlərin vətəndaşlara əlçatanlığının və onlardan rahat istifadənin, nəticə etibarilə vətəndaş məmnunluğunun təmin edilməsində rəqəmsallaşmanın geniş tətbiqi ən effektiv vasitələrdən biridir.  

Son illər əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində də rəqəmsal xidmətlərin tətbiqinə geniş yol verilir. Aparılan ardıcıl tədbirlər və genişmiqyaslı islahatlar sayəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi 159 xidmətdən 145-i və ya 90 faizindən çoxu elektronlaşdırılıb. Bununla yanaşı, 55-dən çox proaktiv xidmət yaradılıb. Təkcə bu ilin 4 ayında nazirliyin fəaliyyət sahələri üzrə elektron sistemlər üzərindən e-sorğu, müraciət və xidmət sayı 135 milyon olub ki, onlardan da 29 milyonunu vətəndaş müraciəti təşkil edib. 

2019-cu ildən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi həyata keçirilib. Görülən işlər sayəsində hüququ yaranmış şəxsə özü müraciət etmədikdə və sənəd təqdim olunmadığı halda məmur-vətəndaş təması olmadan pensiya, müavinət və təqaüd təyin edilir, həmçinin elektron qaydada ona bu barədə məlumat verilir. İndiyədək bu qayda ilə  artıq 930 minədək şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

Nazirlik tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi getdikcə genişləndirilir və əlavə bir sıra yeni proaktiv xidmətlər qurulur. Hazırda məcburi dövlət sosial sığorta sistemi ilə əlaqəli bir sıra müavinətlərin təyinatı üzrə də proaktiv xidmətlər yaradılır.

Ölkənin sosial reyestri olan e-sosial.az portalı vasitəsilə hər kəs ona dair əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə bütün sosial məlumatlara real vaxt rejimində çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına mütəmadi nəzarət etmək imkanına malikdir. Bununla yanaşı, "e-sosial" portalının mobil tətbiqi də mövcuddur ki, onunla həmçinin əmək müqavilələrini e-qaydada imzalamaq mümkündür. Onu da qeyd edək ki, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi əmək qanunvericiliyinə riayət olunması, əmək münasibətlərində şəffaflığın təmin edilməsi və işçilərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2022-ci ildən istifadəyə verilən "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) isə bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid elektron əmək münasibətləri platforması, həmçinin əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmi formalaşdırıb. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunub.

Nazirlik tərəfindən son illər geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidməti yaradılıb. Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab, həmçinin e-qaydada arayış əldə etmələrinə imkan yaradır. Təkcə bu ilin 4 ayı ərzində nazirliyin fəaliyyət sahələri üzrə 150 minə yaxın elektron arayış verilib. 

Ölkəmizdə dövlət sosial xidmətlər sisteminin son illər sürətlə rəqəmsallaşdırılması, sosial sahədə modern və çevik idarəetmə və xidmətlərin qurulmasına imkan verən innovativ həllərin geniş tətbiqi artıq beynəlxalq səviyyədə də qabaqcıl təcrübə kimi tanınaraq yüksək qiymətləndirilir. Bu istiqamətdə görülən işlər sayəsində nazirliyin rəqəmsal uğurlarının bir çox beynəlxalq müsabiqədə mükafata layiq görülməsi bunun sübutudur. Təkcə bu ilin 4 ayı ərzində nazirlik və qurumları 55 beynəlxalq mükafat və sertifikatla təltif olunub ki, onların da mühüm hissəsi rəqəmsallaşma sahəsində qabaqcıl təcrübəyə görə verilib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!