18 Noyabr 2026 15:52
195
DÜNYA
A- A+
Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

 

Dünya ölkələri uşaqlar üçün sosial media qadağalarını nəzərdən keçirir, lakin bunun praktikada nə dərəcədə səmərəli olacağı ciddi müzakirə mövzusudur. Hazırda tədqiqatçılar "Wellcome" təşkilatının rəhbərliyi ilə həyata keçirilən və öz növündə ilk olacaq genişmiqyaslı elmi araşdırma vasitəsilə bu suallara cavab axtarırlar. On elmi-tədqiqat layihəsi uşaqların psixi sağlamlığından tutmuş yuxu rejimi və fiziki aktivliyinə qədər müxtəlif məsələləri araşdıracaq. Bu layihələr çərçivəsində 2027-ci ilin yazında Böyük Britaniyada 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası tətbiq edildikdən əvvəlki və sonrakı vəziyyət müqayisəli şəkildə təhlil olunacaq.

"Wellcome" təşkilatından əldə edilən 9,3 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi ilə Böyük Britaniya üzrə 300000-dən çox gənclə işləyən tədqiqatçılar, onlayn təhlükəsizlik və rəqəmsal siyasət sahəsində fəaliyyət göstərənlər üçün mühüm cavablar tapmağa ümid edirlər.

"Wellcome" təşkilatının tədqiqat rəhbəri Dr. Kamilla İannone bildirib ki, həm Böyük Britaniyada, həm də dünyanın digər yerlərində sosial medianın qadağan edilməsi ilə bağlı olduqca qızğın müzakirələr gedir. Lakin sosial medianın və ona tətbiq olunan məhdudiyyətlərin gənclərin psixi sağlamlığına əslində necə təsir etdiyinə dair elmi sübutlar çox məhduddur.

K.Iannone deyib ki, tətbiq olunan məhdudiyyətlər sosial medianın gənclərin psixi sağlamlığına necə təsir etdiyini geniş miqyasda araşdırmaq "nəsildə bir dəfə" adlı tədqiqat üçün bir fürsət təqdim edəcək: “Biz hesab etmirik ki, bu, sosial medianın yaxşı və ya pis olması, yaxud məhdudiyyətlərin işə yarayıb-yaramaması kimi sadə, ikili bir məsələdir. Əksinə, tədqiqat qrupları gənclərin rəqəmsal mühitindəki dəyişikliklərin onların psixi sağlamlığı və rifahında əhəmiyyətli dəyişikliklərə yol açıb-açmadığını araşdıracaqlar”.

Avstraliya keçən il 16 yaşdan kiçiklər üçün sosial media qadağası tətbiq edib. Kanada, Yunanıstan və Danimarka da daxil olmaqla, digər ölkələr də bu istiqamətdə addımlar atırlar. Böyük Britaniyada yaz aylarında 16 yaşdan kiçiklər üçün sosial media qadağasının tətbiqi gözlənilir. Bu qadağa uşaqların “Instagram”, “YouTube”, “TikTok”, “Snapchat”, “Facebook” və “X” kimi platformalara girişini məhdudlaşdıracaq. Həmçinin oyun platformalarında canlı yayımlar və yad şəxslərlə ünsiyyətə dair məhdudiyyətlər də tətbiq olunacaq.

İctimai rəy bu məsələ ilə bağlı iki yerə bölünüb: bəziləri sosial mediadan dostluq qurmaq üçün istifadə edən gənclərə mənfi təsirlərdən narahatlıqlarını ifadə edir, digərləri isə uşaqların qadağalardan yan keçmək yolları tapa biləcəyini vurğulayırlar.

Tədqiqat çərçivəsindəki layihələrdən biri "Smart Schools Plus" adlanır və ona Birmingem Universitetindən professor Viktoriya Qudyer həmrəhbərlik edir. İngiltərədə 16 məktəbi və 800 şagirdi əhatə edəcək bu tədqiqat yalnız psixi sağlamlıq və rifaha deyil, həmçinin fiziki aktivliyə, yuxuya, sosial şəbəkələrə, məktəbdə nizam-intizamı pozan davranışlara, akademik nailiyyətlərə və dərsə davamiyyətə diqqət yetirəcək. İşin bir hissəsi olaraq komanda sorğulardan, tətbiqlərdən, müsahibələrdən və elmi tədqiqat səviyyəli aktivlik izləyicilərindən istifadə edəcək.

Komanda özünə zərər vermə, intihar və qidalanma pozuntuları ilə bağlı materiallar kimi riskli məzmunun qadağa nəticəsində bir onlayn platformadan digərinə keçib-keçmədiyini də araşdıracaq.

London Kral Kollecindən Dr. Gemma Knowlesun həmrəhbərlik etdiyi digər bir layihədə isə qadağanın müxtəlif cins, sosial sinif və cinsi oriyentasiyaya malik gənclərə təsirinin fərqli olub-olmadığı tədqiq ediləcək. Eyni zamanda, Edinburq Universitetindən Dr. Alex Kwong bildirib ki, onun komandası İngiltərə, Uels və Şotlandiyadakı ailələrlə işləyəcək.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

14:49
18 Noyabr

Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

14:46
18 Noyabr

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

14:31
18 Noyabr

bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb

14:23
18 Noyabr

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə  

14:13
18 Noyabr

Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə

14:09
18 Noyabr

Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır

14:04
18 Noyabr

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

13:56
18 Noyabr

Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir

13:36
18 Noyabr

ABŞ Prezidentinin Çinə səfəri başlayıb

13:18
18 Noyabr

Milli prioritetlərə xidmət edən maliyyə strategiyası

13:17
18 Noyabr

Özbəkistan Aral dənizi quruduğuna görə ekoloji fəlakətlə üzləşən bölgəyə 5 milyard dollar investisiya ayırır  

13:09
18 Noyabr

Vladimir Putin ABŞ Prezidenti ilə danışıqlar ərəfəsində Çində bir sıra görüşlər keçirir  

13:03
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!