18 Noyabr 2026 16:24
123
DÜNYA
A- A+
Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  


Rusiyalı mütəxəssislər payızlıq buğda, qarğıdalı və günəbaxanın məhsuldarlığını 15 faizədək artırmağa, ətraf mühitə düşən kimyəvi yükü isə 50 faizədək azaltmağa imkan verən biopreparatlar hazırlayıblar. Bu nəticələr Volqoqrad Dövlət Aqrar Universiteti ilə “İnnopraktika”nın iştirakı ilə yaradılmış “İnnagro” biotexnologiya şirkətinin birgə həyata keçirdiyi üçillik istehsalat sınaqları proqramı çərçivəsində əldə olunub.

İki yerli innovativ preparatın sınaqları 2024-cü ildən etibarən Volqoqrad vilayətinin aqrar-sənaye kompleksində bioloji üsulların tətbiqinin genişləndirilməsinə yönəlmiş irimiqyaslı tədqiqat proqramı çərçivəsində aparılıb. Sınaqlara vilayətin beş müxtəlif torpaq-iqlim zonasında yerləşən 14 kənd təsərrüfatı müəssisəsi cəlb edilib. Tədqiqat obyekti kimi region üçün əsas əhəmiyyət daşıyan payızlıq buğda, günəbaxan və qarğıdalı bitkiləri seçilib.

“Bu gün kənd təsərrüfatının biolojiləşdirilməsi aqrar-sənaye kompleksinin inkişafında mühüm strateji istiqamətlərdən biridir. Bu işin əsas məqsədi torpağın münbitliyini qorumaq, onun deqradasiyasının qarşısını almaq və kənd təsərrüfatı istehsalının dayanıqlığını artırmaqdır. Bioloji preparatların tətbiqi eyni vaxtda bir neçə vacib məsələnin həllinə imkan verir: əkinləri xəstəliklərdən qorumaq, məhsuldarlığı artırmaq, ətraf mühitə düşən kimyəvi yükü azaltmaq və kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyini yüksəltmək. Nəticə etibarilə söhbət kənd təsərrüfatının ən mühüm resursu olan torpağın qorunmasından, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsindən və aqrar-sənaye kompleksinin uzunmüddətli inkişafı üçün dayanıqlı modelin formalaşdırılmasından gedir”, – deyə “İnnopraktika” şirkətinin icraçı direktorunun müavini, aqrobiotexnologiyalar üzrə direktoru Vladimir Avdeyenko bildirib.

Preparatlardan birinin tərkibinə “Methylobacterium extorquens” və “Bacillus subtilis” bakteriyaları daxildir. Bu preparat biofungisid funksiyasını yerinə yetirir, bitkilərin toxumalarına nüfuz edərək onları xəstəliklərdən qoruyur, eyni zamanda böyümə və inkişafı stimullaşdırır. İkinci preparat isə kolloid gümüş əsasında hazırlanıb. O, bitkilərin immun sistemini aktivləşdirməyə, eləcə də onların böyümə və inkişafını stimullaşdırmağa yönəlib.

Volqoqrad Dövlət Aqrar Universitetinin rektoru Vitali Tseplyayevin sözlərinə görə, Volqoqrad vilayətində üç il ərzində aparılan tədqiqatların nəticələri innovativ preparatların kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində tətbiqinin məhsuldarlığı 15 faizədək artıra biləcəyini göstərib. Rektor əlavə edib ki, torpaq-iqlim şəraitindən asılı olaraq ətraf mühitə düşən kimyəvi yükü 50 faizədək azaltmaq da mümkün olub.

Praktiki sınaqlar biopreparatların əkin sahələrini göbələk xəstəliklərindən qorumaqda da effektivliyini nümayiş etdirib. Bir sıra təsərrüfatlarda onların köməyi ilə bitkilərin unlu şeh və septorioz xəstəliklərinə yoluxmasının qarşısını almaq mümkün olub. Preparatlarla emaldan sonra əkin sahələrinin 90-95 faizində göbələk xəstəliklərinə rast gəlinməyib.

Qeyd edək ki, “İnnagro” MMC “İnnopraktika” şirkəti tərəfindən aqrar istehsalın biolojiləşdirilməsinə kömək edən innovativ preparatların hazırlanması və onların sınaq proqramının idarə olunması məqsədilə yaradılıb. Proqramın altı illik fəaliyyəti ərzində 30-dan çox regionda 18 min hektardan artıq əkin sahəsi biopreparatlarla emal edilib.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

14:49
18 Noyabr

Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

14:46
18 Noyabr

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

14:31
18 Noyabr

bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb

14:23
18 Noyabr

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə  

14:13
18 Noyabr

Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə

14:09
18 Noyabr

Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır

14:04
18 Noyabr

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

13:56
18 Noyabr

Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir

13:36
18 Noyabr

ABŞ Prezidentinin Çinə səfəri başlayıb

13:18
18 Noyabr

Milli prioritetlərə xidmət edən maliyyə strategiyası

13:17
18 Noyabr

Özbəkistan Aral dənizi quruduğuna görə ekoloji fəlakətlə üzləşən bölgəyə 5 milyard dollar investisiya ayırır  

13:09
18 Noyabr

Vladimir Putin ABŞ Prezidenti ilə danışıqlar ərəfəsində Çində bir sıra görüşlər keçirir  

13:03
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!