27 Avqust 2025 09:15
2494
Mədəniyyət
A- A+
Sofi Həmid məqbərəsi - mənəvi dəyərlərimizin daha bir abidəsi

Sofi Həmid məqbərəsi - mənəvi dəyərlərimizin daha bir abidəsi


Ölkəmizin ərazisində tarixi keçmişimizi, mədəniyyətimizi, mənəvi dəyərlərimizi daşlarında, divarlarında qoruyub saxlayan abidələr, ziyarətgahlar, məkanlar çoxdur. Bu abidə və ziyarətgahların araya-ərsəyə gəldiyi vaxtdan uzun illər, əsrlər keçməsinə baxmayaraq,  onlar bu gün də tarixə şahidlik edə-edə görkəmi, əzəməti ilə görənləri heyran qoyur. 

Ulu keçmişimizi, adət-ənənələrimizi özündə yaşadan bir çox tarixi abidələr illər sonra xalqımızın ziyarətgahına, inam və inanc yerinə çevrilir. Həmin abidələrdən ziyarətçilərin ayağı heç vaxt kəsilmir. İnsanlar ürəklərində tutduqları niyyətlərinə,  arzu və istəklərinə çatmaq  üçün  bu ziyarətgahlara üz tuturlar.

Belə abidələrdən biri də Qaradağ rayonunun Səngəçal və Umbakı qəsəbələri arasında, elə də hündür olmayan təpələrlə əhatə olunmuş ərazidə yerləşən Sofi Həmid piridir. Bu ziyarətgahın şəhərin mərkəzindən xeyli uzaq məsafədə yerləşməsinə baxmayaraq, insanlar bura ürəklərində min bir arzu və niyyət ilə tez-tez ziyarətə gəlirlər. Niyyətlərinin qəbul olunması üçün sidq ürəklə Tanrıya dua edirlər. Deyilənlərə görə, bu müqəddəs ziyarətgaha üz tutanlar arasında övlad sahibi olmaq arzusuyla yaşayan qadınlar çoxluq təşkil edir. Ziyarətçilərin dediklərinə görə, bu pirə inam gətirdiklərinə görə niyyətlərinə qovuşublar, övlad sahibi olublar.  

Təəssüflər olsun ki, ziyarətgahın adını daşıyan Sofi Həmidin şəxsiyyəti haqqında tarixi mənbələrdə elə də ətraflı məlumat yoxdur.  Rəvayətə görə, Sofi Həmid XIV əsrdə ölkəmizin ərazisinə molla kimi gələn bir ərəb taciridir. Taleyi, qisməti onu buralara gətirib çıxarıb. Ehtimal olunan yalnız odur ki, Sofi Həmid təmiz, vicdanlı bir Allah bəndəsi olub. Nümunəvi davranışı, maraqlı dini söhbətləri, saf əqidəsi və əxlaqı ilə yaxınlarının, doğmalarının rəğbətini, hörmətini qazanıb. Buna görə də dünyasını dəyişəndən bir müddət sonra dəfn olunduğu yer ziyarətgaha çevrilib. Bəzi məlumatlara görə, əvvəllər Sofi Həmidin qəbri üzərində türbə olmayıb. Görünür ki, məzarını ziyarət edənlərin sayı artdıqca XVIII əsrdə qəbrinin üstündə türbə tikilib. Sofi Həmid ziyarətgahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Ölkəmizin ərazisindəki başqa ziyarətgahlarla müqayisədə sadə görkəmi olan Sofi Həmid türbəsi mahiyyət etibarilə çox zəngindir. Öncə qeyd olunmalıdır ki, ziyarətgah yerləşdiyi eyni adlı qəbiristanlıqla birlikdə həm tariximizi, həm folklorumuzu, həm də xalqımızın adət-ənənələrini özündə yaşadır. Bəzi məlumatlarda ərazinin ziyarətgah kimi mövcud olmasının əsasında dəvələrdən nəqliyyat vasitəsi kimi istifadə olunması ilə bağlı maraqlı bir rəvayətin dayandığı söylənilir.  

Sofi Həmidin daşıdığı "Sofi" sözünün mənası çoxumuza yaxşı tanış və doğmadır. Deyilənlərə görə, Orta əsrlərdə, adətən, bu ad addım-addım müxtəlif əraziləri gəzən, səyahət edən, gəzib-dolaşdığı yerlərdə olan müqəddəs yerləri ziyarət edən şəxslərə verilirmiş. Bəzi məlumatlara görə, bu adı daşıyanlar daha çox gəzərgi mollalar olublar. Sofi Həmid də iman adamı kimi olduqca dəyərli bir ömür yaşayıb. Verilən məlumatlara görə, Həmid dəvəçiliklə məşğul olub, dolanışığını bu yolla təmin edib. El arasında sufi həyat tərzi ilə böyük mərifət sahibi kimi şöhrət qazanıb. Yavaş-yavaş tanınıb və sevilib. Sofi Həmid bütün varlığı ilə sufizmin təbliğatçılarından olub. El-el, oba-oba gəzərək insan təfəkkürünü daha da zənginləşdirən, adamları daim doğru yola çəkən dini dəyərləri təbliğ edib. Gəzdiyi yerlərdə Quran ayələrini, peyğəmbərin kəlamlarını, imamların müdrik sözlərini camaat arasında yayıb. 

Hələ də yaddaşlarda xəyal kimi dolaşan fərziyələrə görə, ölümünün yaxınlaşdığı Sofi Həmidə əyan olanda səyahət yoldaşlarından xahiş edir ki, onu dəvəsinin istirahət etmək üçün dayandığı, dizini qatladığı yerdə dəfn etsinlər. Əqidə yoldaşları da canla, başla onun vəsiyyətinə əməl edirlər. Bu pak insanı, Allah adamını vəsiyyət etdiyi yerdə, dəvəsinin dayandığı yerdə torpağa tapşırırlar. 

 Deyilənlərə görə, hazırda ziyarətgahın həyətinin ortasındakı heykəl də  o zaman dəvə dizləri üstə necə dayanıbsa, həmin formada da daşdan yonublar. Həmid Sofinin məzarı ziyarətgaha çevriləndən indiyə qədər ürəyində niyyət tutub bu müqəddəs məkana gələnlər "ağ dəvə" ətrafında bəzi ritualları yerinə yetirirlər. İllərdən, əsrlərdən bəri formalaşmış inanca görə, əgər övladı olmayan qadınlar "ağ dəvə"nin altından keçərsə, onda o, mütləq ana olacaq. Bunun üçün o, dəvənin altından üç dəfə keçməlidir. Ümumiyyətlə, inanca görə, dizləri üstə əyilən "ağ dəvə" ilə yer arasında yaranmış çox qısa məsafəni keçə bilən insan ürəyində tutduğu bütün arzu və istəklərinə çatır. Buna görə də ziyarətə gələnlərin hamısı heykəlin altından keçməyə çalışır. Yəqin elə buna görədir ki, illərdən, əsrlərdən bəri axın-axın bu müqəddəs məkana üz tutan ziyarətçilərin çoxluğuna tab gətirməyən heykəlin altındakı mərmər örtüklü qat bir az aşağı çöküb. 

Ziyarətgahın həyətində digər diqqəti cəlb edən məqam divar boyu uzanan üzüm ağaclarına bağlanmış müxtəlif rəngli parça qırıqlarıdır. Bəzi hallarda parça və dəsmaldan düzəldilmiş uşaq bələk və beşiklərinə də rast gəlmək mümkündür. "Beşik"lər əslində olduğu kimi, hər iki tərəfdən ağacın budaqlarına bağlanıb. Deyilənlərə görə, əvvəllər ziyarətə gələnlər ürəklərində niyyətlərini tutduqdan sonra parçanı dəvənin boynuna bağlayarmışlar. Amma yavaş-yavaş zaman keçdikcə, ənənələr dəyişib. 

Haqqında söhbət açdığımız ziyarətgah quruluş etibarilə elə də mürəkkəb deyil, olduqca sadədir. Hündür ağ divarlarla əhatəyə alınmış pirin həyətinə gürmək üçün üçün səliqəli, kiçik dəmir qapı qoyulub. Ziyarətgah Sofi Həmidin dəfn olunduğu türbədən və insanların diqqətini elə ilk dəqiqədən cəlb edən "ağ dəvə" heykəlindən ibarətdir. Artıq formalaşmış inanca görə, pirə gələnlər əvvəlcə "ağ dəvə"ni, sonra isə Sofi Həmidin məzarını ziyarət etməlidirlər. Həmidin qəbri, həyətin baş tərəfində, kiçik və sadə evə bənzər türbədə yerləşir. 

Sofi Həmiddə olan qəbiristanlıqdakı qəbir abidələrin çoxu SSRİ dövründə qoyulduğundan özündə sovet üslubunu əks etdirir. Tarixdən məlumdur ki, sovetlərin siyasətinin mərkəzində ateizmin təbliği dayanırdı. Bu kimi sərsəm ideologiyanın təsiri qəbiristanlıqlarda da izini qoyub. Həmin dövrdə qəbirlərin üzərində daha çox mərhumun məşğul olduğu sənət növünün təsvirləri var. Beləliklə, Sofi Həmid qəbiristanlığı həmin dövrdə Azərbaycanda islam təsirinin zəiflədiyini göstərir. Çünki məzar daşlarının müxtəlif yerlərində və baş daşında dünyasını dəyişmiş şəxsin cinsini, maraq dairəsini və ya peşəsini ifadə edən fiqurlar işlənib. Qəbiristanlıqda arxada qalmış həmin illərdə əhəngdaşından yonulmuş sadə qəbir daşlarının əvəzinə, hündür pydestallı, beşguşəli iri sovet ulduzu və vəfat etmiş mərhumun işlədiyi sənəti ilə bağlı simvollar vurulmuş qəbirlər daha çox təşkil edir. Amma indi buradakı qəbirlərin də forma və simvolları dəyişir. İllər keçdikcə, qəbirlərin üzərindəki təsvirlər də yavaş-yavaş başqa şəkil alır. O üzdən demək olar ki, ziyarətgah həm də dünənimizin tarixini özündə əks etdirən bir məkandır. Bu müqəddəs yerlərin dəyəri və qiyməti həm də elə bundadır. Ona görə də bütün tarixi mədəni abidələrimizi həm qoruyub saxlamaq, həm də onu tədqiq etmək elmimiz və cəmiyyətimiz üçün çox dəyərli olardı.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!