20 Sentyabr 2022 23:00
914
İQTİSADİYYAT
A- A+
SOCAR-da Neftçilər Günü münasibətilə tədbir keçirilib

SOCAR-da Neftçilər Günü münasibətilə tədbir keçirilib

 

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü və neft-qaz sənayesi işçilərinin peşə bayramı - Neftçilər Günü münasibətilə tədbir keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, öncə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

“SOCAR Tower”də keçirilən tədbirdə iştirakçılar ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən fotosərgi, həmçinin Respublika Elmi-Texniki Kitabxanası tərəfindən təqdim olunan və neft sənayesi tarixindən bəhs edən nadir kitablar ilə tanış olublar.

Neftçilər Gününə həsr olunan konfransın əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf tədbirdə çıxış edərək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olan hərbçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyib.

Neftçilər Günü münasibətilə Azərbaycan neftçilərini təbrik edən Rövşən Nəcəf Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əməkdə fərqlənən bir qrup neftçinin yüksək dövlət mükafatlarına layiq görülməsinin dövlətimizin başçısının çətin və məsuliyyətli neftçi peşəsinə verdiyi yüksək qiymətin növbəti təzahürü olduğunu bildirib və SOCAR kollektivi adından Prezidentə minnətdarlığını ifadə edib.

Rövşən Nəcəf ölkəmizin dayanıqlı və inklüziv inkişafının təməlinin ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində “Əsrin müqaviləsi” ilə qoyulduğunu qeyd edib. SOCAR-ın prezidenti “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafına güclü təkan verdiyini və Azərbaycanın iqtisadi qüdrətini daha da artırdığını vurğulayıb. Rövşən Nəcəf ölkə rəhbərinin məqsədyönlü və uzaqgörən rəhbərliyi ilə qurulan çoxşaxəli ixrac-nəql sisteminin Azərbaycanın enerji resurslarının dünya bazarlarına birbaşa çıxışını təmin etdiyini, ölkəmizin rəqabət qabiliyyətinin artmasına və enerji təhlükəsizliyinin güclənməsinə əlverişli zəmin yaratdığını deyib.

Builki Neftçilər Gününün “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilk neft hasilatının 25-ci ildönümünə təsadüf etdiyini bildirən Rövşən Nəcəf bu münasibətlə bütün xarici tərəfdaşları təbrik edib, neft sənayemizin inkişafına verdikləri töhfəyə görə onlara təşəkkür edib.

Neftçilərimizi əlamətdar gün münasibətilə təbrik edən iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “Əsrin müqaviləsi”nin və uğurla reallaşdırılan milli neft strategiyasının ölkəmizin sosial-iqtisadi inkişafına, iqtisadiyyata irihəcmli investisiyaların cəlb olunmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına və dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə xidmət etdiyini, həyata keçirilən genişmiqyaslı neft-qaz layihələrinin Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, tərəfdaşlarımızın etibarlı enerji təminatına da böyük töhfə verdiyini vurğulayıb.

Energetika naziri Pərviz Şahbazov neftçiləri peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə Neftçilər Gününün təsis edilməsinin Azərbaycanın neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin neftçi peşəsinə verdiyi yüksək qiymətin, bu peşə sahiblərinin öz əzmkar zəhmətləri ilə müstəqilliyimizin möhkəmləndirilməsində oynadıqları mühüm rolun göstəricisi olduğunu bildirib. Nazir çıxışında Azərbaycanın enerji təhlükəsizliyinin təminatında və etibarlı tərəfdaş mövqeyinə yüksəlməsində “Əsrin müqaviləsi”nin davamlı töhfələrindən bəhs edib.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək Neftçilər Günü münasibətilə təbriklərini çatdırıb. Bu günün həm də Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin 28-ci ildönümü ilə əlamətdar olduğunu söyləyən Bəxtiyar Aslanbəyli “Əsrin müqaviləsi”nin ümummilli lider Heydər Əliyevin mükəmməl, uzaqgörən strategiyasının şah əsərlərindən biri olduğunu vurğulayıb. O, bu müqavilənin həm karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biri olduğunu bildirib.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edərək bu müqavilənin ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, qətiyyətli mövqeyi və həmin dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi danışıqlar prosesində iştirak edən İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalandığını vurğulayıb.

Sonra SOCAR-ın Baş ofisində, strukturuna daxil olan müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində və tərəfdaş şirkətlərdə çalışan və əmək fəaliyyətində fərqlənən bir qrup neftçi “Fəxri neftçi” döş nişanı və Fəxri fərmanla təltif olunub.

Daha sonra SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub.

Konfransda, həmçinin SOCAR-ın yeni yaradılan Könüllülər qrupunun təqdimatı keçirilib. Könüllülər qrupunun üzvü Aysu Zamanova çıxışında ölkə rəhbərinin təşəbbüsü ilə başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib, könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbir çərçivəsində Neftçilər Gününə həsr olunmuş “Mən fəxr edirəm ki, neftçiyəm” adlı videoçarx nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!