06 Fevral 2026 16:49
851
SİYASƏT
A- A+
Siyasi şərhçi: Azərbaycan ədaləti təkbaşına bərpa etməyin mümkün olduğunu sübut edərək beynəlxalq presedent yaratdı  

Siyasi şərhçi: Azərbaycan ədaləti təkbaşına bərpa etməyin mümkün olduğunu sübut edərək beynəlxalq presedent yaratdı  


Azərbaycan mövcud beynəlxalq reallıqlar fonunda ədalətin bərpa edilməsi uğrunda sona qədər mübarizə aparmağın və bunu təkbaşına təmin etməyin mümkünlüyünü nümayiş etdirən nadir nümunə yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, indiyədək dünyada münaqişələrin həlli və müharibələrin dayandırılması, bir qayda olaraq, ya daha güclü üçüncü tərəflərin vasitəçiliyi, ya da beynəlxalq ictimaiyyətin birbaşa dəstəyi ilə baş tutub. Müharibə cinayətləri törətmiş şəxslərin cəzalandırılması da əksər hallarda beynəlxalq mexanizmlər və xüsusi tribunal formatları çərçivəsində mümkün olub.

“Keçmiş Yuqoslaviya münaqişələri zamanı hərbi cinayətkarların bir qisminin ədalət qarşısına çıxarılması yalnız beynəlxalq dəstək hesabına reallaşıb və tarixdə bu qəbildən olan nümunələr kifayət qədərdir. Bu baxımdan tamamilə fərqli və unikal yol seçən Azərbaycan nadir ölkələrdəndir ki, öz torpaqlarını heç bir kənar hərbi yardım almadan, yalnız öz gücünə arxalanaraq azad etdi, münaqişəyə son qoydu və həm Birinci, həm də İkinci Qarabağ müharibələrində xalqımıza qarşı hərbi cinayətlər törətməkdə günahlandırılan şəxsləri ədalət qarşısına çıxardı”, - deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, bu nəticələrin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti həlledici rol oynayıb. Dövlət başçısı hələ müharibədən əvvəl torpaqlarımızın azad ediləcəyini, Azərbaycanın dövlət bayrağının Qarabağda ucaldılacağını və xalqımıza qarşı cinayətlər törətmiş şəxslərin layiqli cəzalarını alacaqlarını açıq şəkildə bəyan etmişdi. Prezident İlham Əliyev verdiyi bütün vədləri həyata keçirdi: “44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu, sonrakı mərhələdə ölkənin tam suverenliyi bərpa edildi və nəhayət, xalqımıza qarşı hərbi cinayətlər törətmiş şəxslər ədalət məhkəməsi qarşısına çıxarıldı. Açıq və ədalətli məhkəmə proseslərinin nəticəsində bu şəxslər layiqli cəzalarını aldılar”.

Siyasi şərhçinin fikrincə, bu proses ədalətin bərqərar olması ilə yanaşı, beynəlxalq müstəvidə mühüm presedent yaradıb. “Azərbaycan sübut etdi ki, beynəlxalq ictimaiyyət tərəfindən yerinə yetirilməyən beynəlxalq hüquq normalarını icra etmək, hərbi cinayətkarları məsuliyyətə cəlb etmək mümkündür. Əgər beynəlxalq məhkəmələr bunu edə bilmirsə və ya etmək istəmirsə, milli məhkəmələr də ədaləti təmin edə bilər”, – deyə Asif Nərimanlı vurğulayıb.

Sonda o əlavə edib ki, hazırda münaqişə vəziyyətində olan, ərazi bütövlüyü pozulmuş ölkələr, eləcə də gələcəkdə bu kimi hallarla üzləşə biləcək dövlətlər Azərbaycanın yaratdığı bu presedentə istinad edəcək və ən azı bu modelə nail olmağa çalışacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!