19 Aprel 2025 08:20
757
SİYASƏT
A- A+
Siyasi nadanlığın nümunəsi

Siyasi nadanlığın nümunəsi


AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi istənilən "sənədin" heç bir əhəmiyyəti yoxdur


"Avropa İttifaqının və Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının  uzun illərdir ölkəmizə qarşı qərəzli mövqedə olması Azərbaycanın dünyada artan nüfuzuna deyil, əslində, bu qurumların özlərinə ciddi xələl gətirir. Ölkəmizə qarşı böhtan, şantaj xarakterli çıxışlar, qəbul edilən qətnamələr və Ermənistan kimi təcavüzkar bir dövlətin isə daim müdafiə edilməsi göstərdi ki, Avropa İttifaqı və parlamentləri demokratiya, insan haqları, sülh və əmin-amanlığa xidmət etmir,  təcavüzə, faşizmə dəstək göstərir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, otuz il Azərbaycanın işğal altında qalan torpaqları, viran edilən şəhər və kəndləri, yer üzündən silinən tarixi, dini, mədəni abidələri, bir milyondan çox qaçqın və köçkünün taleyi barədə düşünməyən, təcavüzkara heç bir təsir göstərməyən Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının işğal dövründə, istərsə də düşmən üzərində tarixi qələbə əldə etdikdən sonra dövlətimizə qarşı məkrli, düşmən mövqedən çıxış etməsi beynəlxalq hüquq normalarına tamamilə ziddir, ölkəmizə və xalqımıza xəyanətdir. Bu xəyanət, yaramaz siyasət, əlbəttə ki, ermənipərəst qüvvələrin, erməni pulu ilə ələ alınan parlamentarilərin, dönük siyasətçilərin rolu ilə həyata keçirilir və bu, inkarolunmazdır. Bu gün AŞPA rüşvətxorlar, xəyanətkar, alverçilər yuvasına çevrilib və bu qurumda fəaliyyət göstərənlərin korrupsiya əməlləri, cinayətə cəlb olunmaları bunu sübut edir. "AŞPA 2024-cü il fevralın 24-də Azərbaycanın səsinə veto qoyandan sonra ölkəmizə qarşı təsirlər daha da artmış, böhtan, şantaj kampaniyası genişləndirilmişdir. Qəbul olunan saxta qətnamələr, rüşvətxor deputatların çıxışları, səsləndirilən qərəzli fikirlər Azərbaycan üçün heç bir təsir gücünə malik deyil. Müstəqil siyasət yürüdən dövlətlərin taleyinə biganəlik, haqqın-ədalətin ayaqlar altına atılması, müstəqil ölkələrə - ilk növbədə Azərbaycana yönəldilən təsirlər yalnız təəssüf doğurur", - deyə T.Rzayev əlavə edib.

Komitə sədri xatırladıb ki, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının Prezidenti Teodoros Rusopulosun ölkəmiz əleyhinə söylədiyi fikirlər, xüsusilə, bu qurumun və onun rəhbərinin nə qədər yaramaz və dönük olduğunu aydın şəkildə ortaya qoydu. Həqiqətdən, ədalətdən tamamilə uzaq olan bu ifadələr, bəyanat qərəzkarlığın, nadanlığın əyani nümunəsidir. Bu insan uzun illərdir ermənipərəst mövqeyi ilə fərqlənir və ermənilərdən qidalanır, təcavüzkarlarla dostluq edir. O, görünür, AŞPA sədri olduğunu unudub. Vəzifəsini pula qurban verən bu nadan ermənilərə xoş gəlmək üçün ən çirkin vasitələrə əl atır, rəhbərlik etdiyi qurumun adını daha da ləkələyir, onu alçaldır, rəzil hala salır. Makron kimi xəyanətkarların, dar düşüncəli siyasətçilərin, dönük rəhbərlərin, Teodoros Rusopulos kimi beş-on manata satılan prezidentin nadanlığına söykənən AŞPA-nın Azərbaycan barədə qəbul etdiyi qətnamələrin, qərarların, səsləndirilən bəyanatların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev ADA universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Avropa İttifaqının, AŞPA-nın, Avropa İnsan Haqları Məhkəməsinin, bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlardan yanaşmalarına kəskin etirazını bildirmiş, bunu ayrı-seçkilik kimi qiymətləndirərək, qəbul olunan bəzi sənədlərin, qərarların bizim üçün hüquqi qüvvəsinin olmadığını qeyd etmişdir. Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə mövqeyi olan, sözü keçən nüfuzlu bir dövlətdir. Dövlətimizin rəhbəri sülh, demokratiya, insan haqları, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün bütün səylərini ortaya qoyub və bu fəaliyyət dünyanın əksər dövlətləri tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanla əməkdaşlığa böyük önəm verilir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan heç bir dövlətin diktəsini qəbul etmir, hər bir təsirdən uzaqdır: "Öz mövqeyi, sağlam yolu, düzgün istiqaməti olan bir ölkə kimi iqtisadi inkişafının, təhlükəsizliyinin təmin edilməsinə çalışır. Avropa İttifaqı, AŞPA kimi xəyanətkar qurumların qətnamələri, onların rüşvətxor sədr və deputatlarının bəyanatları Azərbaycan üçün əhəmiyyətsizdir və çirkin məqsədlərə yönəldiyi üçün heç bir təsiri ola bilməz".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib  

12:51
20 Yanvar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib  

12:50
20 Yanvar

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir  

12:31
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!