12 Mart 2026 08:30
911
İQTİSADİYYAT
A- A+
Xəzərdə də “Qarabağ"ımız var

Xəzərdə də “Qarabağ"ımız var


Bu yataq indiyədək yalnız Şimal dənizində istifadə olunmuş ən müasir texnologiya ilə işlənəcək


Prezident İlham Əliyev cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində neft hasilatının sabitləşdirilməsinin vacib məsələ olduğunu bildirib. Ölkədə neft və qaz hasilatının artırılması, yaxud  sabitləşdirilməsinin yollarından biri isə yeni yataqların istişmara daxil olması ilə bağlıdır. Hazırda Xəzərin Azərbaycan sektorunda işlənməsinin müxtəlif mərhələlərində olan bir sıra belə yataqlar var ki, "Qarabağ" da onların sırasındadır.

İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır. Bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

BP-nin SOCAR-dan (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qarabağ" layihəsində 35 faizlik pay alması barədə müqavilə  iki şirkət arasında keçən  il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. Layihənin operatoru kimi BP çıxış edir.

Təsadüfi deyil ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli keçən həftə jurnalistlər üçün keçirdiyi brifinqdə bu layihə üzərində də xüsusi dayanıb. Belə ki, hazırda "Qarabağ"da ilk addım kimi dənizdibi sensor qovşaqlarla (OBN) tədqiqat daxil olmaqla seysmik tədqiqat proqramı həyata keçirilir. OBN tədqiqatının "Qarabağ" haqqında bilgiləri artıracağı, quyuların planlaşdırılmasına  və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək edəcəyi gözlənilir. OBN tədqiqatı 2025-ci ilin dekabrında başlayıb və təqribən 3 ay yarım davam edəcək. Yüksək və ultra yüksəkdəqiqlikli seysmik tədqiqatda isə əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yaradan yeraltı təhlükələri müəyyənləşdirməkdir.

"Qarabağ" yatağında seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin oktyabr ayında ictimaiyyətə açıqlanıb və sənədin yekun variantı dekabrda dövlət tərəfindən təsdiqlənib.

Cio Kristofoli bildirib ki, "Qarabağ" yatağında işlərin sürətləndirilməsi üçün  seysmik tədqiqatlarla yanaşı, gələcək hasilat üçün tələb olunan obyektlərin layihələndirilməsinə başlanıb. Hasilatı həyata keçirmək üçün platforma tikilməyəcək. Hasilat  sualtı quyulardan əldə ediləcək. Quyular "Dərinsulu Günəşli" platformasına sualtı infrastruktur vasitəsilə qoşulacaq.

Yeri gəlmişkən, "Qarabağ" yatağı Bakıdan 120 kilometr şərqdə, "Günəşli" yatağından 20-25 kilometr aralıda, suyun 150-200 metr dərinliyində yerləşir. 

"Qarabağ"ı  mövcud  infrastrukturla birləşdirəcək  boru kəmərlərinin tikintisi yeni texnologiya ilə aparılacaq. Yəni tikinti dənizdə borudüzən gəmidən istifadə edilməklə deyil, quruda həyata keçiriləcək.

"Boru kəmərləri tamamilə sahildə quraşdırılacaq və sürüşdürmə üsulu ilə yatağa çatdırılacaq. Bunun üçün quruda xüsusi obyektin tikintisi planlaşdırılır, ondan digər layihələr üçün də istifadə olunacaq. Tikinti üçün yer artıq müəyyən edilib  və bu məsələ hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir", - deyə C.Kristofoli məlumat verib.

Qeyd edək ki, bu, tam yeni bir texnologiyadır və indiyədək Şimal dənizindən başqa  heç yerdə tətbiq olunmayıb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Rusiyanın komanda məntəqələrinə, anbarlarına və logistika mərkəzlərinə zərbələr endirib  

20:17
12 May

Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

20:16
12 May

Nazir: Səhiyyə Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında birgə təşəbbüslər əhəmiyyətlidir

20:15
12 May

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib  

19:58
12 May

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

19:51
12 May

YAP nümayəndə heyəti Çində səfərdədir

19:48
12 May

ƏƏSMN və AİB arasında sosial sahədə yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib  

19:43
12 May

Küveyt dəniz yolu ilə ərazisinə daxil olan dörd İran vətəndaşını saxlayıb

19:39
12 May

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub  

19:34
12 May

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir  

19:21
12 May

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

19:13
12 May

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

19:07
12 May

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib  

19:01
12 May

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub 

18:56
12 May

Avropa İttifaqı təbiəti mühafizə qaydalarını yumşalda bilər

18:46
12 May

Finlandiya Prezidentindən Avropaya çağırış

18:23
12 May

Fransa Aİ-nin büdcə razılaşmasının sürətləndirilməsinə qarşı çıxır  

18:13
12 May

Norveç yenidən Avropa İttifaqı yolunda?

18:03
12 May

BMT Hörmüz boğazının bağlanmasının fəsadlarını vurğulayıb

17:54
12 May

WUF13 Festivalı Sumqayıtda

17:53
12 May

Almaniyada hər 12 şirkətdən biri iflas təhlükəsi ilə üzləşib

17:53
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!