12 Mart 2026 08:20
132
SİYASƏT
A- A+
Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir


XIII Qlobal Bakı Forumunda dünyanı narahat edən aktual mövzular müzakirə olunacaq


Bakı növbəti dəfə mühüm qlobal tədbirə evsahibliyi edir. Martın 12-də, yəni bu gün Azərbaycan Respublikası Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XIII Qlobal Bakı Forumu öz işinə başlayır. 

Budəfəki forumun mövzusu "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması"dır. Forum çərçivəsində ənənəvi olaraq dünyanı narahat edən problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı kimi vacib mövzular müzakirə olunacaq. Eyni zamanda müxtəlif məsələlərə dair panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur. Tədbirdə dünyanın fərqli regionlarından nüfuzlu siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, sabiq dövlət və hökumət başçıları, alimlər və ekspertlər iştirak edəcəklər. 

Forumun budəfəki mövzusu kifayət qədər aktualdır. Nəzərə alaq ki, dünya hazırda tarixi keçid mərhələsindədir. Soyuq müharibədən sonrakı təkqütblü nizamın zəifləməsi və yeni, çoxqütblü düzənin formalaşması beynəlxalq münasibətlərdə ciddi gərginliklər yaradır. Müxtəlif geosiyasi mərkəzlərin fərqli yanaşmaları qlobal idarəetmə sistemlərini iflic vəziyyətinə gətirib çıxarır. Fikir ayrılıqlarının dinc yolla həlli üçün vahid platformaların çatışmazlığı dünyanı yeni toqquşma riskləri ilə üz-üzə qoyur. Dövlətlər arasında qarşılıqlı etimadın azalması həm iqtisadi, həm də siyasi əməkdaşlığı çətinləşdirir. Fikir ayrılıqları təkcə ideoloji deyil, həm də resurslar, sərhədlər və enerji təhlükəsizliyi üzərində cərəyan edir. Qlobal Bakı forumları kimi platformalar, rəsmi diplomatiyanın  həll edə bilmədiyi problemlərin, qeyri-rəsmi və daha elastik formatda müzakirəsinə şərait yaradır. Forumun məqsədi həm də dini, mədəni və etnik zəmində baş verən qarşıdurmaları azaltmaqdan ibarətdir. Ölkəmiz müxtəlif maraqlara sahib olan tərəfləri masa ətrafında toplamaqla sülhün və sabitliyin təmin olunmasına real töhfə verir. 

Dünən XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında mərkəzin həmsədrləri və idarə heyətinin üzvləri iştirak edərək, forumun əsas mövzuları, proqramı və gözlənilən nəticələri barədə media nümayəndələrinə ətraflı məlumat veriblər, qlobal gündəmin prioritet mövzuları barədə fikirlərini bölüşüblər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib ki, dünya yalnız keçid dövrünü deyil, həm də qırılma mərhələsini yaşayır. Onun sözlərinə görə, XXI əsrin siyasi, hərbi, ekoloji, humanitar və inkişafla bağlı problemlərinin öhdəsindən gəlmək üçün çoxtərəflilik yenidən formalaşdırılmalıdır. Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel isə vurğulayıb ki, dünya ciddi bir paradoksla üz-üzədir. Mişel diqqətə çatdırıb ki, dünya heç vaxt olmadığı qədər çoxqütblü olub: "Eyni zamanda isə çoxtərəflilik, yəqin ki, heç vaxt olmadığı qədər zəifdir". O bildirib ki, belə bir forum mövcud şəraitdə qarşılıqlı anlaşmanı gücləndirmək üçün böyük fürsətdir. Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov da deyib ki, Qlobal Bakı Forumu çərçivəsində dünyanın ən vacib mövzuları üzərində müzakirə aparılır: "Hesab edirəm ki, bu forum geosiyasi vəziyyət səbəbindən ən önəmli platformalardan biri olacaq". 

Ümumiyyətlə, Qlobal Bakı forumları beynəlxalq gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün mükəmməl platformaya çevrilib. Forum beynəlxalq liderləri bir araya toplayaraq qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə geniş və davamlı imkan yaradır. Tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2012-ci il sentyabrın 30-da dahi şairin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda bu mərkəz qlobal problemlərin həlli yollarını araşdıran mühüm beynəlxalq təsisat funksiyasını icra edir. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə ildən-ilə maraq artmaqdadır. Azərbaycanın belə forumlara evsahibliyi etməsi, iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. 

2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb. Budəfəki foruma müxtəlif regionlardan çoxsaylı iştirakçıların qatılması tədbirin genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin dialoqa verdiyi töhfəni bir daha nümayiş etdirəcək. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə evsahibliyi edən bir ölkə kimi rolunu gücləndirəcək.

Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkəmiz qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilməkdədir. Bu  cür forumların Bakıda keçirilməsi Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. 

Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir. Təbii ki, belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!