14 Noyabr 2025 08:50
7648
Səhiyyə
A- A+
Şirin mərəzin fəsadları

Şirin mərəzin fəsadları


Şəkərli diabet hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olur. Müalicə olunmadıqda ciddi fəsadlara yol açan bu xəstəlik, eyni zamanda digər xəstəliklərin gedişini də ağırlaşdırır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirilib.

1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. 2006-cı ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaq məqsədilə xüsusi qətnamə qəbul edib.


İnsulinin kəşfi milyonlarla insanın həyatını xilas etdi


Şəkərli diabet sağalmayan xəstəliklər sırasında yer alsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. 1922-ci ilin yanvarında kanadalı həkim Frederik Bantinq ilk dəfə insulin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana tətbiq edərək onun həyatını xilas edib. Bantinq bu ixtirasına görə patent hüququnu Toronto Universitetinə bağışlayıb. Elə həmin ilin sonlarında yeni preparat bazara çıxarılıb.

Frederik Bantinq və Con Makleodun birgə ixtira etdikləri bu hormon milyonlarla diabet xəstəsinin həyatını xilas edib. 1923-cü ildə onlar biokimya və təbabət sahəsində Nobel mükafatına layiq görülüblər.

Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı, dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab olunur. ÜST-nin hesablamalarına görə, diabet dünya üzrə ölüm hallarını 2-3 dəfə artırır. Xəstəliyə tutulanların sayı hər il yüksəlməkdədir. Risk qrupuna əsasən, 24-60 yaş arası insanlar daxildir.

Azərbaycanda da şəkərli diabetdən əziyyət çəkənlər az deyil. Təəssüf ki, bu rəqəm ildən-ilə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə ərazisində ilk dəfə diabet diaqnozu qoyulmuş xəstələrin sayı 33533 nəfərə çatıb. Onlardan 1134 nəfəri insulindən asılı olan, 32399 nəfəri isə insulindən asılı olmayan şəkərli diabet xəstəsidir.  2023-cü ildə bu rəqəm 30500 nəfər olub. Ümumilikdə tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı 2024-cü il üzrə 423523 nəfərdir. 2023-cü ildə bu rəqəm 385179 olub.


Tam müalicəsi olmasa da, onu idarə etmək mümkündür


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımovanın sözlərinə görə, şəkərli diabet orqanizmdə insulinin mədəaltı vəzi tərəfindən qismən və ya tamamilə ifraz olunmaması nəticəsində qanda şəkərin miqdarının yüksəlməsidir: "Dövrümüzün ən çox rast gəlinən xəstəliklərindən olan diabet xroniki insulin çatışmazlığı ilə əlaqədardır. Xəstəliyin şəkərli diabet tip 1, şəkərli diabet tip 2, hamiləlik (hestasion) diabeti və qeyri-spesifik növləri var. Qanda şəkərin miqdarının artması xəstəliyin əsas göstəricisidir. Tez-tez sidiyə çıxmaq, ağızda quruluq, həddindən artıq susuzluq, normadan çox yemə və doymama hissi diabetin əsas əlamətləridir. Bundan başqa, halsızlıq, bulanıq görmə, səbəbsiz çəki itkisi, dəridə quruluq və ayaqlarda keylik də müşahidə oluna bilər. Bu əlamətləri özündə müşahidə etdikdə həkimə müraciət etmək lazımdır. Nəzarət olunmadıqda, şəkərin uzunmüddətli yüksəkliyi gözlərə, böyrəklərə və damar sisteminə zərər verir. Bu, xüsusilə ayaqlarda keyləşmə, yanma və həssaslığın itməsi ilə özünü göstərir".

Həkim-endokrinoloq qeyd edib ki, şəkərli diabetin tam müalicəsi olmasa da, onu idarə etmək mümkündür. Ailəsində bu xəstəlik olan insanlar isə daha diqqətli olmalı, mütəmadi həkim müayinəsindən keçməlidirlər. Tip 1 diabet daha çox uşaqlarda və gənclərdə müşahidə olunur və müalicə yalnız insulin terapiyası ilə aparılır. Tip 2 isə, adətən, orta yaşdan sonra meydana çıxır və çox vaxt genetik meyillə əlaqələndirilir. Bu zaman mədəaltı vəzi insulin ifrazını tam yerinə yetirə bilmir. Adətən, antidiabetik preparatlarla müalicə edilir. Hestasion diabet isə hamiləlik zamanı aşkarlanır və yalnız insulin terapiyası ilə müalicə olunur.


Şəkəri nəzarətdə saxlamağın yolu düzgün pəhriz və aktiv həyat tərzidir


Qanda şəkərin normal səviyyədə qalması üçün ilk addım düzgün qidalanmadır. Həcər Kazımova bildirib ki, bu, müalicənin 60-70 faizini təşkil edir: "Qalan hissə isə insulin preparatlarının payına düşür. Xəstələr yağ və karbohidrat qəbuluna diqqət etməlidirlər, lakin onları tamamilə rasiondan çıxarmaq da doğru deyil. Sadəcə miqdar azaldılmalı və balanslı şəkildə qəbul olunmalıdır. Diabet xəstələri rafinə edilmiş şəkər məhsullarından uzaq durmalı, meyvələri isə normada və günə bölərək qəbul etməlidirlər. Fruktoza və saxaroza tərkibli qidalar məsləhət görülmür, əvəzində stevia kimi təbii dadlandırıcılar istifadə oluna bilər, lakin onlar da hər gün və çox miqdarda qəbul edilməməlidir.

"Qanda şəkəri normada saxlamaqda fiziki aktivliyin rolu böyükdür. Diabet xəstələri gün ərzində, xüsusən axşam saatlarında 7-8 km piyada gəzintiyə çıxmalıdırlar. Gəzintidən sonra qida qəbul etmək olmaz. Ayaqqabı seçiminə də diqqət yetirmək vacibdir. Dar, sıxan və nazik altlıqlı ayaqqabılar ayaq yaralarına və infeksiyalara səbəb ola bilər. Buna görə də diabetli şəxslərə yalnız rahat, yumşaq və təbii materialdan hazırlanmış ayaqqabı geyinmək tövsiyə olunur. Diabet xəstələri dərman qəbuluna da ciddi yanaşmalıdırlar. Heç bir halda özbaşına dərman qəbulunu dayandırmaq, dozanı dəyişmək və ya müalicəni pozmaq olmaz. Bu, ciddi fəsadlara gətirib çıxara bilər. Bu xəstəliklə yaşamaq mümkündür, əsas məsələ onu idarə etməyi bacarmaqdır", - deyə həkim-endokrinoloq vurğulayıb.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq

15:20
03 Mart

Prezident İlham Əliyev: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik  

15:16
03 Mart

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib YENİLƏNİB-3

15:10
03 Mart

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası plenar sessiyalarla davam edib  

15:01
03 Mart

Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında əməkdaşlıq inkişaf etdiriləcək  

14:59
03 Mart

BAEA İranın nüvə obyektinə ziyan vurulduğunu təsdiqləyib  

14:58
03 Mart

Hakan Fidan: İranın ABŞ bazalarına zərbələri genişmiqyaslı regional böhran riskini artırır

14:35
03 Mart

Yaxın Şərqdə davam edən müharibə Körfəzdə dəniz nəqliyyatını iflic edib

14:31
03 Mart

Latviya səfiri: Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var  

14:29
03 Mart

PUA hücumu Əl-Fuceyradakı neft hasilatı rayonunda yanğına səbəb olub

14:29
03 Mart

“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsi başlayıb

14:27
03 Mart

Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bir neçə layihə icra olunacaq 

14:21
03 Mart

SOCAR və “TotalEnergies” Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində önəmini vurğulayıb  

14:08
03 Mart

Səhər saatlarında İrandan 89 nəfər təxliyə olunub 

14:01
03 Mart

Nazir: Qarşıdakı onilliklər ərzində təbii qaz enerji təhlükəsizliyinin əsasını təşkil edəcək  

13:18
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!