20 Fevral 2026 08:50
1858
Səhiyyə
A- A+
Elektron siqaretlərin qadağan olunması zərurət idi

Elektron siqaretlərin qadağan olunması zərurət idi


Son dövrlərdə elektron siqaretlər cəmiyyətin müxtəlif yaş qrupları arasında sürətlə yayılmağa başlayıb. Siqaretə daha "təhlükəsiz" alternativ kimi təqdim edilsə də, bu cihazların estetik görünüşü, müxtəlif dad seçimləri, istifadəsinin rahatlığı və sosial mediada populyarlaşdırılması onların xüsusilə yeniyetmə və gənclər arasında trendə çevrilməsinə səbəb olub.

Məlumatlara görə, dünyada 13-15 yaş arası 38 milyondan artıq yeniyetmə elektron siqaretdən istifadə edir. Araşdırmalar göstərir ki, ənənəvi tütün məhsullarını buraxmaq məqsədilə elektron siqaretə keçənlərin təxminən 80 faizi sonradan bu məhsullardan asılı vəziyyətə düşür.

 

Cərimələr də müəyyən edilir

 

Artıq dünyanın 40-dan çox ölkəsində elektron siqaret qadağan edilib. Önümüzdəki illərdə bu sayın daha da artacağı gözlənilir. Azərbaycan da elektron siqaretlə mübarizə aparan ölkələr sırasındadır.

Elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə "Tütün və tütün məmulatları haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə hazırlanan qanun layihəsi dekabrın 30-da Milli Məclisdə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr də müəyyənləşdirilib. Layihəyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın sözlərinə görə, elektron siqaretlərlə bağlı qanunun qüvvəyə minməsi aprelin 1-dən nəzərdə tutulur. Komitə sədri bildirib ki, qanun pozuntusuna görə sanksiyalar məsələsi də artıq müzakirə olunur: "Elektron siqaretlər proqnozlaşdırılmayan müəyyən xəstəliklərin yayılmasına səbəb olur, bu da olduqca zərərlidir. Zahirən təhlükəsiz görünsələr də, həm kimyəvi tərkibi, həm də gələcəkdə hansı fəsadlara səbəb olacağı ilə bağlı hər hansı elmi tədqiqat yoxdur. Buna görə də elektron siqaretlərin qadağan olunması zərurəti yarandı. Bu istiqamətdə irəli sürülən təşəbbüs Milli Məclisin müvafiq komitələri tərəfindən dəyərləndirilərək qanunda dəyişiklik təklif olundu".

 

Zərərli vərdişdən yalnız birgə səylə xilas olmaq mümkündür

 

Elektron siqaret aerozollarının tərkibində olan propilenqlikol, dadlandırıcı maddələr, nitrozaminlər və müxtəlif metallar kimyəvi oksidləşmə və iltihabi proseslərə səbəb olaraq damarların zədələnməsinə, laxtalanmaya və koronar arteriyaların spazmına gətirib çıxarır. Nəticədə ürək damarlarında qan dövranı azalır ki, bu da ürək-damar və xroniki tənəffüs xəstəlikləri riskini artırır. Alimlər əvvəlki illərdə aparılmış və infarkt üzrə 430875, insult üzrə isə 1 milyondan çox insanı əhatə edən 12 elmi tədqiqatın nəticələrini təhlil ediblər. Aydın olub ki, elektron siqaretdən istifadə edən şəxslərdə infarkt keçirmə ehtimalı istifadə etməyənlərlə müqayisədə 53 faiz daha yüksəkdir. Xüsusilə əvvəllər ənənəvi siqaret çəkmiş və hazırda elektron siqaret istifadə edənlərdə riskin daha yüksək olduğu müəyyən edilib. Araşdırmada qeyd olunub ki, əvvəllər siqaret çəkmiş və sonradan elektron siqaret istifadə edən şəxslərdə insult riski siqaret çəkməyənlərlə müqayisədə 73 faiz çoxdur.

Xüsusilə yeniyetmə və gənclər arasında elektron siqaret istifadəsinin yayılması qəbuledilməzdir. Belə ki, yeniyetməlik dövrü şəxsiyyətin formalaşması baxımından olduqca həssas mərhələdir. Elektron siqaretlər hələ tam inkişaf etməmiş beyin fəaliyyətinə mənfi təsir göstərərək yaddaş zəifliyi, depressiya, davranış problemləri və diqqət pozuntularına səbəb olur.

Yeniyetmə və gənclərin elektron siqaret istifadəsinin qarşısını almaq üçün valideynlər, müəllimlər, səhiyyə mütəxəssisləri və dövlət qurumları birgə, sistemli və maarifləndirici tədbirlər həyata keçirməlidirlər. Ailə güclü təsir vasitəsidir. Əgər valideynlər və ya ailənin digər üzvləri tütün məmulatları və ya elektron siqaret istifadə edirsə, bu davranış yeniyetmə üçün normal qəbul edilə bilər. Valideyn nəzarətinin zəif olması, uşağın emosional ehtiyaclarının qarşılanmaması, maraqlı və faydalı fəaliyyətlərin çatışmaması gənclərin zərərli vərdişlərə yönəlməsini asanlaşdırır.

Həyatda məqsəd, motivasiya və məşğulluq olmadıqda riskli davranışlara meyil artır. Buna görə də gənclərə maraqlı alternativ fəaliyyətlər, sağlam həyat tərzi nümunələri və düzgün informasiya təqdim olunmalıdır ki, onlar bu zərərli vərdişlərdən uzaq dursunlar. İdman və incəsənətlə məşğul olmaq yeniyetmələrin vaxtlarını səmərəli keçirməsinə kömək edir, eyni zamanda onların mənəvi və sosial ehtiyaclarını qarşılayır. Gənclərin elektron siqaretə marağının azalması yalnız bir qurumun səyi ilə mümkün deyil. Bu problem cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti ilə həll oluna bilər. Maarifləndirmə, dəstək, alternativ imkanların yaradılması və effektiv nəzarət bu mübarizənin əsas dayaqlarını təşkil edir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:26
22 Aprel

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:23
22 Aprel

“Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli Qərarının ləğv edilməsi barədə

01:21
22 Aprel

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:20
22 Aprel

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilməsi və çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında (qurumlarında) çağrı xidmətlərinin təşkili barədə

01:17
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:16
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Bahar Muradova: Sosial şəbəkələrin zərərlərinin aradan qaldırılması üçün səyləri birləşdirməliyik

23:09
21 Aprel

“Zirə” Azərbaycan Kubokunda finala yüksəlib

22:36
21 Aprel

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub  

22:19
21 Aprel

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb  

21:29
21 Aprel

Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə yeni tərəfdaşlıq sənədi imzalanıb

21:16
21 Aprel

Dünyada neft qiymətlərində azalma müşahidə olunub

21:14
21 Aprel

Avstraliyada qaz vergisi ilə bağlı müzakirələr genişlənir

21:01
21 Aprel

“PlayStation”da yaş məhdudiyyəti

20:52
21 Aprel

Xarici işlər nazirləri ABŞ və İran arasındakı danışıqları müzakirə ediblər

20:43
21 Aprel

“Titanik”in yadigarı xilasedici jilet rekord qiymətə satılıb

20:31
21 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!