27 İyun 2024 10:00
364
İQTİSADİYYAT
A- A+
® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

 

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında “Air Cargo China 2024” sərgisində anlaşma memorandumu imzalanıb. Bu strateji tərəfdaşlıq Çjençjou ilə Bakı arasında hava yükdaşımalarının səmərəliliyini artırmaq üçün Asiya-Sakit Okean regionunu Avropa, Amerika və Afrika ilə birləşdirən möhkəm ikitərəfli hab modelini yaratmaq məqsədi daşıyır.

“Silk Way West Airlines” ilk dəfə olaraq “Air Cargo China 2024” sərgisində iştirak etməklə aviaşirkətin qlobal miqyasda fəaliyyətini genişləndirmək və yeni biznes imkanlarını kəşf etmək kimi niyyətlərini nümayiş etdirir. Bu nüfuzlu tədbirə qoşularaq “Silk Way West Airlines” Asiya bazarında mövcudluğunu gücləndirmək və beynəlxalq hava yükdaşımaları sənayesində yeni tərəfdaşlıqlar qurmaq məqsədlərini daşıyır.

“Silk Way West Airlines” 10 ildən artıqdır ki, Çin bazarında uğurla fəaliyyət göstərir, xidmətlərini davamlı olaraq genişləndirir və şəbəkəsini gücləndirir. “China Henan Aviation Group” ilə memorandum şirkətin inkişaf yolunda önəmli nailiyyət olaraq əlaqələrin gücləndirilməsini və yeni fürsətlərin yaradılmasını vəd edir.

Bu əməkdaşlıq strateji məkanlar, geniş marşrut şəbəkəsi və müxtəlif qiymətli resurslar daxil olmaqla hər iki tərəfin üstünlüklərindən yararlanmaq fürsəti yaradacaq. “Silk Way West Airlines” və “China Henan Aviation Group” birgə addımlar əsasında Çjençjou və Bakı arasında yükdaşıma marşrutlarının tezliyini əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyirlər. Bu təşəbbüs nəticəsində Çjençjou Asiya-Sakit Okean regionunun, Bakı isə Avropa, Amerika, Afrika və digər regionların mərkəzi hab mövqelərini tutacaqlar.

Silk Way West Airlines-ın Asiya-Sakit Okean regionu üzrə vitse-prezidenti Cenni Cao bildirib: “Biz “China Henan Aviation Group” ilə tərəfdaşlıq etməkdən məmnunuq. Bu əməkdaşlıq bizim Çjençjouda ötürmə qabiliyyətimizi və yükdaşıma həcmimizi artıracaq, rahat və səmərəli yerüstü dəstəyi təmin edəcək. Bu, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 777F”, “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, “Silk Way West Airlines” 2030-cu ilə qədər donanmasını dörd “Boeing 777F”, iki “Boeing 777-8F” və iki “Airbus A350F” daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!