11 Noyabr 2014 10:11
171
CƏMİYYƏT
A- A+
Şərur rayonunda yeni sosial obyektlər istifadəyə verilib

Şərur rayonunda yeni sosial obyektlər istifadəyə verilib

Dövlət qurumları yeni inzibati binada fəaliyyət göstərəcək

 

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının iş şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Son illər müasir inzibati binaların tikilməsi, mövcud binalarda yenidənqurma işlərinin aparılması da məqsədə xidmət edir. Yaradılan şərait əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, noyabrın 11-də Şərur şəhərində dövlət qurumları üçün yeni inzibati bina istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək deyib: Şərur rayonunda həyata keçirilən quruculuq tədbirlər bütün sahələri əhatə edir. Təhsil, səhiyyə, mədəniyyət və digər dövlət strukturlarının iş şəraitinin yaxşılaşdırılması, ictimai yaşayış binalarının yenidən qurulması, hərbi xidmət zamanı sağlamlığını itirmiş şəxslərin evlərlə təmin olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün istifadəyə verilən inzibati binada Şərur rayonunun 9 dövlət təşkilatı fəaliyyət göstərəcəkdir.
Ali Məclisin Sədri daha sonra deyib: Yaxşı iş şəraiti xidmətin düzgün təşkili ilə yanaşı, həm də yaxşı əhval-ruhiyyə deməkdir. Eyni zamanda hərtərəfli iş şəraitinin yaradılması dövlət təşkilatlarında çalışanlara göstərilən qayğının daha bir ifadəsidir. Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların problemlərinin araşdırılması və qanuni şəkildə həll olunması isə dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdir. Binada fəaliyyət göstərəcək dövlət qurumları da qarşıya qoyulan bu vəzifələri uğurla yerinə yetirməli, əməkdaşlar işə məsuliyyətlə yanaşmalı, yaradılan şəraitə öz xidməti vəzifələrini düzgün icra etməklə cavab verməlidirlər.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, aidiyyəti üzrə müraciət edən vətəndaşların qayğı ilə əhatə olunacağına əminliyini bildirib, kollektivlərə işlərində uğurlar arzulayıb.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.
Məlumat verilib ki, yenidənqurma işlərindən sonra inzibati binada Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şərur rayon şöbəsi, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik, Mənzil İstismar Sahəsi, rayon Məşğulluq Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şərur rayon şöbəsi, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin rayon bölməsi fəaliyyət göstərəcək. Binada Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının rayon təşkilatı, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının Şərur rayon şöbəsi və Şərur rayon 2 nömrəli Dövlət Notariat Kontoru üçün də müasir iş otaqları ayrılıb.
Otaqların hər biri təyinatı üzrə qurulub və ayrı-ayrı strukturların iş prinsipinə uyğun təchiz olunub. Bütün bunlar əməkdaşların səmərəli fəaliyyət göstərməsinə və sakinlərin rahatlığının təmin olunmasına xidmət edəcək.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şərur rayon şöbəsi üçün ayrılan iş otaqlarına baxış zamanı torpaqlardan təyinatı üzrə səmərəli istifadənin əhəmiyyəti vurğulanıb. Rayon Məşğulluq Mərkəzi üçün yaradılan müasir iş şəraiti bu sahədə fəaliyyətin daha səmərəli təşkilinə imkan verəcək. Qeyd olunub ki, əldə olunan davamlı iqtisadi inkişaf Şərur rayonunda məşğulluq məsələlərinin də səmərəli həllini şərtləndirib, məşğulluq səviyyəsinin daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Təkcə bu ilin 10 ayı ərzində rayonda 4 əmək yarmarkası keçirilib, 107 nəfər daimi işlə təmin olunub.

Şərur şəhərində ictimai yaşayış binası
yenidən qurulub

Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirləri inzibati binalarla yanaşı, yaşayış binalarının da müasir standartlar səviyyəsində yenidən qurulmasına səbəb olub. Sakinlərin rahatlığına xidmət edən bu işlər Şərur şəhərini də əhatə edib, şəhər mərkəzindəki ictimai yaşayış binaları əsaslı təmir olunub. Həyata keçirilən tədbirlər Şərur şəhərinin memarlıq quruluşunu tamamilə dəyişib, prospekt və küçələr müasir görkəm alıb. Şəhərin Nəriman Nərimanov küçəsindəki 7 nömrəli yaşayış binası da bu il həyata keçirilən quruculuq tədbirləri çərçivəsində yenidən qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: Şərur rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində 7 nömrəli ictimai yaşayış binası da əsaslı şəkildə yenidən qurulmuşdur. 1964-cü ildə istifadəyə verilən bina müasir tələblər səviyyəsində qurulmuş, mənzillərin sahəsi genişləndirilmiş, burada yaşayan 18 ailənin sosial məişət şəraiti xeyli yaxşılaşdırılmışdır.
Sakinlər adından minnətdarlıq edən Rəşidə Vəliyeva deyib ki, bu gün ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan islahatlar əhalinin rahat yaşayışına xidmət edir. Bu tədbirlər Şərur rayonunu da əhatə edib. Şərur şəhəri artıq müasir görkəm alıb. Hər il yeni binalar tikilir, park və xiyabanlar salınır, yollar təmir olunur. Bu işlər əhalinin rahat yaşayışına xidmət etməklə yanaşı, onların qurub-yaratmaq əzmini də artırır. Artıq 7 nömrəli ictimai yaşayış binasının sakinləri mənzillərində rahat yaşayacaqlar.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib, sakinlərə xoş həyat və uzun ömür arzulayıb.
Bildirilib ki, 2 mərtəbədən ibarət olan binada 18 mənzil var. Mənzillərdən 15-i ikiotaqlı, 3-ü isə üçotaqlıdır. Binanın interyeri tamamilə yenilənib, hər bir mənzildə kommunal şərait yaradılıb. Yenidənqurma işləri zamanı binanın elektrik, qaz, su və kanalizasiya sistemləri dəyişdirilib, mərkəzi antena sistemi qurulub. Şəhərə xüsusi gözəllik bəxş edən binanın fasadı da tamamilə yenilənib, həyətdə abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

Sosial qayğıya ehtiyacı olan Çomaxtur kənd sakinləri
üçün fərdi evlər tikilib

Muxtar respublikada insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu tədbirlərin davamı olaraq hərbi xidmət zamanı sağlamlığını itirmiş Şərur rayonunun Çomaxtur kənd sakinləri Rəşad Şahtaxtinski və Nəbi Nəcəfov üçün fərdi evlər tikilib.
Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evlərinin orderlərini təqdim edib.
Rəşad Şahtaxtinski yeni mənzillə təmin olunmalarını bu kateqoriyadan olan insanlara göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirib, ailə üzvləri adından minnətdarlıq edib.
Mənzillərdə sakinlərin rahatlığı üçün hər cür şərait var. İkiotaqlı evlərin hər birində müasir kommunal şəraiti yaradılıb, elektrik və qaz xətləri çəkilib.

Şərur şəhərində idman meydançası
istifadəyə verilib

Son illər Şərur rayonunda yaradılan müasir idman infrastrukturu gənclərin idmana olan marağını xeyli artırıbdır. Ayrı-ayrı idman növlərinin inkişafı üçün görülən bu işlər idmanın kütləviliyinə nail olunmasına və fiziki cəhətdən sağlam gəncliyin yetişdirilməsinə hesablanıb.
Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərindəki Əl Topu Oyunları İdman Meydançasında yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, meydançanın uzunluğu 42, eni isə 31 metrdir. 292 tamaşaçı tutumu olan meydançada müxtəlif səviyyəli idman yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər burada günün istənilən saatında idmanla məşğul ola biləcəklər.
Ali Məclisin Sədri gənclərin idmana cəlb edilməsinin vacibliyini vurğulayıb, rayon təşkilatları və ümumtəhsil məktəbləri arasında müxtəlif idman yarışlarının keçirilməsi barədə tapşırıqlar verib.


* * *


Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində aparılan quruculuq işləri ilə də maraqlanıb.
Məlumat verilib ki, hazırda Şərur şəhərinin Heydər Əliyev prospektində yerləşən 50 nömrəli ictimai yaşayış binası yenidən qurulur. Üç mərtəbədən ibarət olan binada 24 mənzil var. Binanın qapı və pəncərələri dəyişdirilib, kommunikasiya sistemləri tamamilə yenilənib. Hazırda binanın fasadında və həyətində də yenidənqurma işləri aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda amnistiya təşəbbüsünün siyasi və ictimai əhəmiyyəti  

16:12
16 Dekabr

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

15:44
16 Dekabr

Baş icraçı direktor: Azərbaycan-Ermənistan sülh danışıqlarında indiki əsas vəzifə razılaşdırılmış müddəaların həyata keçirilməsidir  

15:44
16 Dekabr

Rusiyada 5 bal gücündə zəlzələ baş verib  

15:40
16 Dekabr

Sos kəndində daha 21 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:39
16 Dekabr

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!