23 Yanvar 2021 00:47
1438
CƏMİYYƏT
A- A+
Şəhid mayor Namiq Əhmədov təkcə doğmalarının yox, həm də Vətənin və xalqın övladıdır

Şəhid mayor Namiq Əhmədov təkcə doğmalarının yox, həm də Vətənin və xalqın övladıdır

 

Doğma yurdunu, Vətənini canından əziz tutan və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canını fəda edən igid oğullarımızdan biri də Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulmuş mayor Əhmədov Namiq Hajan oğludur.

Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Namiq Əhmədovun xatirəsi həmyerliləri tərəfindən həmişə əziz tutulur. Dövlətin qayğısını hər an hiss edən şəhidimizin ailəsinə rayon rəhbərliyi tərəfindən də diqqət və qayğı göstərilir.

Bu günlər rayon rəhbərliyi bir qrup ictimaiyyət nümayəndəsi ilə birlikdə  növbəti dəfə şəhidin ailəsi ilə görüşmüşdür. Ziyarətçilər əvvəlcə şəhidin adına yaradılmış xatirə otağında onun şəxsi əşyaları, təltif edildiyi orden və medallarla, eləcə də şəkillərindən ibarət guşə ilə tanış olmuşlar. Prezident tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbərliyi qəhrəman şəhidimizin ölümündən sonra ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən Namiq Əhmədovun qanı yerdə qalmamış, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavab verilmişdir.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün oğullara Allahdan rəhmət diləyərək  bildirmişdir ki, Namiq hər zaman xalqın qəlbindədir. Onun xatirəsini əbədiləşdirmək üçün ayrıca otaq yaratmaqda da əsas məqsədi evini ziyarət edən qonaqlara onun döyüş yolunu, həyatını daha yaxından tanıtmaqdır. Bu otaq şəhidin ailəsi üçün təsəlli yeri olmaqla yanaşı, həm də onun ruhunun cismən də olsa aramızda olduğunu göstərməkdir.

Qeyd edək ki, şəhid mayor Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə anadan olmuşdur. Namiq 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etdiyinə görə Fəxri fərmanla təltif olunmuş, vaxtından əvvəl mayor rütbəsi alaraq “N” saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. Mayor Namiq Əhmədov 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

 

S.ƏLİYEV,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!