22 Oktyabr 2023 11:10
828
İQTİSADİYYAT
A- A+
Səyahət turizmi sağlamlığın rəhnidir

Səyahət turizmi sağlamlığın rəhnidir

 

Payız mövsümünün öz yeri, öz gözəlliyi var. Bu fəsli bəzən ruzi-bərəkət, bolluq, toy ayları, məhsul bayramı günləri kimi xarakterizə edənlər də olur. Payızda  meşələr, dağlar, dərələr, çaylar, göllər, bir sözlə, təbiət mənzərələrindən tutmuş bütün həyat dəyişir. Bu zaman babalardan qalma qızıl payız deyimi nə qədər dəyərli və mənalı görünür. Bu günlərdə ölkəmizdə inkişaf edən turizmin payız mövsümünü, payız səyahətini səbirsizliklə gözləyənlər kifayət qədərdir.
Qızmar yay fəslindən sonra gəzməli məkanlar, görməli yerlər, yay aylarının sonunda boşalan parklar, istirahət məkanları yenidən öz qapılarını səyahətçilərin üzünə açır, baş verən yeniliklər, bir-birindən əzəmətli və möhtəşəm tikililər, festivallar, sərgilər, maraqlı əyləncələr adamlarda başqa ovqat yaradır. 
Yaz-yay aylarında olduğu kimi, yerli və əcnəbi turistlər erməni işğalından azad edilmiş ərazilərdə, xüsusən də Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Laçında, Kəlbəcərdə gəzintidə olmaqda çox maraqlıdırlar.  Qızılı payızın bu gözəl günlərində həmin məkanlara müxtəlif istiqamətlər üçün nəzərdə tutulan birgünlük və ikigünlük turlar gəzinti həvəskarlarının ürəyincədir. Bölgələrdə keçirilən festivallar, sərgilər, ədəbi-bədii görüşlər, tarixi günlərin və el şənliklərinin təşkili payız turizminə əlavə çalarlar qatır. 
Psixiatr-həkim Fidan Feyzullayevanın fikrincə, piyada gəzmək, səyahət etmək həm fiziki, həm də psixoloji baxımdan sağlamlıq üçün çox faydalıdır. Səyahətlər ilk növbədə stresi azaldır, beyin fəaliyyətini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, gümrahlıq və xoş yuxu gətirir, xoşbəxtlik hormonlarını yüksəldir. Məkan yerdəyişmələri, gözəl mənzərələr, saf hava və sairə insanların ruhuna dinclik bəxş edir. Bir sözlə, səyahətlər insan orqanizmində yenilənmə funksiyasını daşıyır. Turist səfərləri zamanı və asudə vaxtlarda təmiz havada gəzmək sağlamlığın başlıca şərtlərindəndir. Çoxillik təcrübəmdən müşahidə edirəm ki, indi insanlar gəzintidə payız turizminə üstünlük verməyə başlayıblar. Bunun da səbəbləri var. Məsələn, həddindən artıq isti və ya soyuq havalarda oksigen bolluğu olur, digər tərəfdən,  payızda hotel və səyahət qiymətləri yay aylarına nisbətən ucuz başa gəlir və s. Üstəlik, təbiətin özü də bir ayrı cür gözəl olur bu fəsildə.
Payız turizm mövsümünün maraqlı ünvanları sırasında son illər Xəzəryanı istirahət zonalarından tutmuş, Şamaxıya, Naxçıvan Muxtar Respublikasına, ölkəmizin şimal qapısı hesab edilən Qusara, Qubaya, eləcə də İsmayıllıya, Qaxa, Gəncəyə, Göygölə, Şəmkirə, Gədəbəyə, Daşkəsənə, Lənkərana, Astaraya, Lerikə, Yardımlıya, habelə digər ərazilərə istirahətə və gəzintiyə gələnlərin sayı ilbəil artır. 
Ölkəmizdə Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən, istirahət və sağlamlıq ocaqlarının artımı istiqamətində son 10-15 ildə xeyli işlər görülüb. Dünya standartlarına uyğun yeni istirahət və sağlamlıq ocaqları, turist marşrutları yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə payız turizmini canlandırmaq, hərəkətliliyi artırmaq məqsədilə müxtəlif tədbirlərin, festivalların təşkili də bu sırada qeyd edilməlidir. 
Turizm üzrə mütəxəssis Aqil Ağalarov mətbuata açıqlamasında deyib ki, payız aylarında müxtəlif istiqamətlərdə birgünlük və ikigünlük payız turlarının təşkili diqqətçəkəndir: "Birgünlük daxili turlar daha çox İsmayıllı, Quba, Qəbələ, Lənkəran, Masallı, Lerik, Astara rayonlarına edilir. Bu zaman turist axını daha çox cənub bölgəsinə olur. Bu bölgələrə birgünlük turların qiyməti səhər, günorta yeməyi və çay süfrəsi daxil olmaqla bir nəfər üçün sərfəli qiymətə, ikigünlük turlarda dörd dəfə yemək, gəzinti və hotel xərcləri daxil olmaqla onlar da münasib qiymətə başa gəlir. Bu mövsümdə Mingəçevir-Göygöl, İsmayıllı-Qaranohur gölü, Şəki-Qax-Zaqatala turları üstünlük təşkil edir. Daha çox maraq doğuran "Astara-mandarin" turudur. Tur vaxtı sitrus meyvələri yığılır, çay plantasiyasına gəzinti, nahar və çay süfrəsi təşkil olunur ki, bu da turistlər üçün çox maraqlıdır. İsmayıllı-Qaranohur gölü ətrafına təşkil edilən turlara da maraq göstərənlər çoxdur. Oranın xüsusi payız mənzərəsi insanların xoşuna gəlir. Yay aylarında Naxçıvan çox isti olduğuna görə payız mövsümündə ora da turlar daha çox olur. Gediş-gəliş təyyarə ilə baş tutur. Naxçıvan turu da digər turlar kimi bir və iki günlük təşkil edilir. Göyçayda "Nar festivalı", Lənkəranda "Sitrus meyvələri festivalı", Zaqatalada "Fındıq festivalı", Balakənddə "Xurma festivalı", Qubada "Alma festivalı" yüksək səviyyədə keçirilir. Bu cür festival və bayramlar turistlərin həm alış-verişi, həm də istirahətlərinin maraqlı keçməsi üçün yaddaqalan olur. 
Görünən odur ki, festivallar daha geniş vüsət alır. Onlar olduqca rəngarəng keçirilir və turistlərin diqqətini çəkir. Ölkəmizin hər bir regionunda fərqli və bölgəyə məxsus meyvə-tərəvəz yetişir. Həmin məhsullara uyğun müxtəlif festivallar təşkil olunur. Bu, xarici turistlər üçün bir o qədər maraqlı olmasa da, yerli - daxili turizmin inkişafı baxımından məqsədəuyğundur. Bu festivalların ünvanı, coğrafiyası ildən-ilə artmaqdadır. Çox güman ki, belə festivallar yaxın gələcəkdə işğaldan azad edilmiş Şuşada, Ağdamda, Suqovuşanda, tarixi abidələr məskəni Kəlbəcərdə və digər ərazilərdə geniş vüsət alacaq. Yəni regionlardakı festivallar beynəlxalq miqyasa çıxarılaraq xarici turistlərin ölkəmizə gəlişinə yaxşı mənada təsir edəcək. Digər tərəfdən nar, xurma, qərzəkli, sitrus meyvələri və digər festivalların sayı artacaq. Yəni bu ənənənin coğrafiyasının genişlənməsi payız turizmi üçün müsbət addım olmaqla, yeni bir istiqamətdir. Əslində, bu festivallar qısamüddətli yox, bir neçə günlük, hətta bir həftəlik olsa daha diqqətçəkən və səmərəli olar. Bunun üçün tədbirlərin günlərini artırmaq, keyfiyyətini yüksəltmək  gərəkdir ki, həm yerli, həm də xarici turistlər onlara qatılmaqda maraqlı olsunlar.
Son illər ölkəmizdə təkcə meyvə-tərəvəz festivalları deyil, həmçinin plov, mürəbbə, musiqi, teatr, yaylaq və digər festivallar da keçirilir. Bunlar da özü-özlüyündə təqdirəlayiqdir, habelə ölkəmizə gələn əcnəbi və yerli turistlərin payız mövsümündə sayının artmasına səbəb olar.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!