28 Dekabr 2023 11:00
1565
Mədəniyyət
A- A+
"Şərur yallıları"nın mahir ifaçısı

"Şərur yallıları"nın mahir ifaçısı

 

Onu tanıyanlar, ifasını dinləyənlər sənətinin sehrinə düşürlər. Hər dəfə qara zurnanın ruhu riqqətə gətirən ecazkar səsini eşidəndə özünü başqa bir dünyada hiss edirsən. Kamal Babayev qara zurnanı dilləndirdikcə, havacatlar qanadlanıb səmaya yayıldıqca elə zənn edirsən ki, ruhun qanad açıb göylərdə uçur...
Bu el sənətkarını gözlərini yumub tarixin minillik yaddaşından xəbər verən qara zurnada qədim xalq musiqimizi ifa etdiyini görəndə elə zənn edirsən ki, Kamal ifa etmir, qara zurna qıy çəkib tarixi qəhrəmanlıqlardan söhbət açır...
Kamal Babayev 1954-cü il yanvarın 1-də Şərur rayonunun Billava kəndində anadan olub. Gözünü açandan evdə, həyətdə, el məclislərində, toy-düyündə eşitdiyi zurna səsinə aşiq olub. Bu sənətin sirlərini də uşaq vaxtlarından böyük qardaşı rəhmətlik Kamildən öyrənməyə başlayıb. Qardaşı - ustadı ilə birlikdə el şənliklərində ney, zurna, tütək çalıb. Yeniyetmə vaxtlarında - 16-17 yaşlarında  tamaşaçı qarşısına çıxıb. 1970-ci illərə təsadüf edən bu vaxtdan etibarən doğulub boya-başa çatdığı Şərurun adıyla bağlı olan yallıların ifaçısı kimi gündən-günə püxtələşərək sənəti ilə  könülləri fəth edib, ürəklərdə taxt qurub, xalqın, elin, ölkənin hörmətini, sonsuz məhəbbətini qazanıb. Ömrünü-gününü nəfəsli alətlərə bağlayan Kamal Babayev tütək, balaban və qara zurnada milli rəqslərimizi, el havalarını, yallıları xüsusi məhəbbət və məharətlə ifa edib. 45 il nəfəs alətləri ifaçısı kimi Azərbaycanın milli sərvəti olan "yallı"ların qorunub saxlanmasına, ölkədə və xaricdə təbliğinə xidmət edib. 
Hələ gənc yaşlarında öz sənətinin mahir ifaçısına çevrilən Kamal Babayev 1975-ci ilin may ayında "Şərur yallıları" haqqında ümummittifaq səviyyəsində nümayiş olunan 35 dəqiqəlik sənədli televiziya filminə çəkilib. Kamal Babayev 1977-ci ildə Ümumittifaq festivalında laureat medalı ilə təltif olunub. 1980-ci ildə Macarıstanda, 1984-cü ildə Polşada, 1988-ci ildə isə Moskvada keçirilən Beynəlxalq festivallarda iştirak edib. Həmçinin müxtəlif illərdə Türkiyənin İstanbul, Ankara, Antalya, Gümüşhanə, Zonquldak və digər onlarla şəhərində "Şərur" Xalq Yallı Ansamblı ilə birlikdə çıxışlar edib. 2001-ci ildə Misir Ərəb Respublikasında keçirilən XII Beynəlxalq Folklor Festivalında milli folklorumuzu - yallılarımızı nümayiş etdirib. 
"Şərur" Xalq Yallı Ansamblı ilə birlikdə müxtəlif ölkələrdən Naxçıvana mükafat kimi "Qızıl açar", "Qızıl balta" nişanları, medallar, diplomlar gətirib. Qobustan qayaüstü rəsmlərində, Gəmiqaya ətəklərindəki daşlarda ulu əcdadlarımızın təsvir etdiyi, ata kitabımız olan "Kitabi-Dədə Qorqud" dastanında yallıların elə nadir növləri var ki, bu gün onların hamısını çox az insan bilir. Belə qənimət adamlardan olan Kamal Babayev "Şərur yallıları"nı özündən əvvəlki nəsillərdən alıb özündən sonrakı nəsillərə ötürməyi bacaran sənətkardır.
Kamal Babayev uzun illər Şərur rayonunda fəaliyyət göstərən yaşlılardan ibarət "Nurani", uşaqlardan ibarət "Şərur qönçələri", yeniyetmələrdən ibarət "Şərur" Xalq Yallı ansambllarını qara zurnada, balabanda, tütəkdə müşayiət edib. 
Ustad  sənətkar Kamal Babayev 2014-cü ildə Polşanın Krakov şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar keçirilən "Naxçıvan günləri"ndə "Şərur" Xalq Yallı Ansamblı ilə birlikdə çıxış edib.
Həmin günlərdə ermənilər Polşada Azərbaycan yallılarını özününküləşdirərək təqdim etməyə cəhd etdilər. Kamal Babayevin ifasında səsləndirilən qədim yallılarımız Şərur Xalq Yallı Ansamblının təqdimatı ilə ermənilərin bu məkrli niyyətlərini puça çıxartdı.
Mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yallılarımız UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma siyahısına daxil edilib. Şübhəsiz, bu uğura nail olunmasında "Şərur yalılları"nın qara zurnada ifaçısı kimi Kamal Babayevin də rolu az olmayıb.
Milli musiqi mədəniyyətimizin, folklorumuzun inkişafında xidmətlərinə görə, istedadlı sənətkar 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına və 2012-ci ildə Prezident mükafatına layiq görülüb.
Bu günlər Kamal Babayevin 70 yaşı tamam olur.  Fikirlərə dalıb Kamal Babayevin ifasında "Cəngi" havasına köklənirik. Elə bilirik ki, Azərbaycan xalqının son illərdə, son aylarda, son günlərdə bütün ruhu elə  "Cəngi" havasına köklənir.

Asif ORUCOV,
amea-nın Naxçıvan bölməsi, şöbə müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!